Qubad İbadoğlu konkret olaraq törətdiyi iqtisadi xarakterli cinayət əməllərinə görə, məsuliyyətə cəlb olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülərək 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu neçə illərdir ki, müxtəlif ölkələrdə yaşayaraq anti-Azərbaycan qüvvələrin himayəsi altında ölkəmizin milli mənafeyinə, dövlətçilik maraqlarının əleyhinə fəaliyyətlə məşğul olub, Onun terror təşkilatı kimi tanınan FETO ilə əlaqələri, bu təşkilatın rəhbəri Fətullah Gülənin dəstəyi ilə ABŞ və İngiltərədə müxtəlif fəaliyyətlərə cəlb olunması barədə Azərbaycanın hüquq-mühafizə orqanlarında kifayət qədər təkzibolunmaz əsaslar sübut olunub. Belə ki, Azərbaycanın Daxili İşlər Nazirliyinə Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiyalara görə, Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə həmin FETO ilişgilərinin olması təsdiq edilib”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov qeyd edib ki, Q.İbadoğlu xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrində hər zaman yaxşı paul əldə edib, anti-Azərbaycan fəaliyyətinə görə illər boyu yaxşı qrant alıb. Onun Avropa və ABŞ-da fəaliyyətində də bu “fəaliyyəti” rol oynayıb.
Millət vəkili qeyd edib ki, Qubad İbadoğlu nə qədər özünü siyasətçi kimi təqdim etməyə çalışsa da bu sahədə karyerası uğursuz olub. “Vaxtilə AMİP-də təmsil olunan, sonra uzun illər ərzində “Müsavat” Partiyasının divan üzvü olan və həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşdırılıb. Sonra ADR adlanan təşkilat yardıb ki, burada da uğursuzluğa düçzr olub. ADR-dən kütləvi istefalar dalğası başlayıb, Səxavət Əlisoy, professor Adil Qeybulla, İsmayıl Nəzərli və 40-dək tərəfdaşı Qubad İbadoğlunu kəskin formada pisləməklə istefa veriblər. Siyasətçi kimi özünü doğrultmayan İbadoğlu “BİZ TV” vasitəsilə dövlətimizin əleyhinə açıq fəaliyyətlə məşğul olub. Onun efirə dəvət etdiyi şəxslərin böyük əksəriyyəti xarici ölkələrdə gizlənərək Azərbaycana qarşı çalışan erməni lobbisinin maraqlarını ifadə edən şəxslər olubdur”.