PDF Oxu

Siyasət

  • 2 261

Azərbaycan Çin əlaqələri dinamik inkişaf edir ŞƏRH

Azərbaycan Çin əlaqələri dinamik inkişaf edir ŞƏRH

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən Ölkə başçısı İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir. Cənab prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat məsələlərini xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. əsas məsələ qonşularla yaxşı münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyildir. Ona görə də bu illər ərzində Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.

Cənab Prezidentin qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ölkəmizin artıq hazır infrastrukturu var idi. İndi isə texniki imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bir neçə il əvvəl Ələtdə dəniz ticarət limanı istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi və hazırda isə onun imkanları 25 milyon tona qədər çatdırılır.Xüsusilə vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dünyanın bir çox ölkələri ilə olduğu kimi, Çin Xalq Respublikası ilə də əlaqələr daha intensiv və dinamik inkişaf etməyə başladı. 1994-cü il 7-10 mart tarixlərində Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuş, Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmişdir. Səfər zamanı iki dövlət arasında bir çox istiqamətləri əhatə edən 8 müqavilə imzalanmışdı.

Eyni zamanda, Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamış, iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanmışdır.

Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər