PDF Oxu

Siyasət

  • 3 360

Müharibə veteranlarına dövlət qayğısının növbəti nümunəsi TƏHLİL

Müharibə veteranlarına dövlət qayğısının növbəti nümunəsi TƏHLİL

Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı Sərəncama əsasən, yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Azərbaycan artıq 32 ildir ki, müstəqildir. Müstəqilliyin qazanılmasında və qorunub saxlanılmasında ölkəmizin ərazi bütövlüyü uğrunda savaşlarda qanı və canı ilə iştirak edənlərin xüsusi rolu var. Bu savaşlarda fiziki sağlamlığını itirənlər də, döyüşlərdə şəhid olanların ailələri də müstəqilliyin bəhrəsini dövlətin qayğısı ilə təmin olunmaqla görür. Bu qayğı davam edəcək. Ölkəmizin sosial siyasətində Qarabağ savaşının iştirakçıları - əlillər və şəhid ailələri xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar hesab olunur.Məhz Prezident İlham Əliyev iyulun 27-də imzaladığı Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamı bir daha dövlətin veteranlara göstərdiyi qayğının göstəricisidir.Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.Nazirlər Kabinetinə sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

DÖVLƏTİN SOSİAL SİYASƏTİNDƏ ŞƏHİD AİLƏLƏRİNİN, MÜHARİBƏ ƏLİLLƏRİ VƏ VETERANLARININ HƏYAT ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI PRİORİTET MƏSƏLƏDİR

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Ölkə baçşısının rəhbərliyi ilə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Cənab Prezident hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Dövlətin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması isə prioritet məsələdir. Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev də müharibə əlillərinin, şəhid ailələrinin problemlərinə hər zaman həssaslıqla yanaşıb. Ölkə başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır. Bu Fondun yaradılması həm Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, həm də şəhid ailələrinin təminatına hərtərəfli dəstək verilməsi baxımından vacibdir. Fondun yaradılması eyni zamanda cəmiyyətimizə də vacib bir mesaj verir. Belə ki, şəhid ailələrinə, qazilərə göstərilən qayğını, diqqəti hiss edəndə vətəndaşlarımızın Vətənə, xalqa bağlılığı daha da yüksələcək, insanlarımızda vətənpərvərlik duyğuları daha da artacaq. Təbii ki, Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cənab Prezidentin göstərişinə əsasən müəyyən məsələlər, o cümlədən şəhid ailələrinə vəsaitin verilməsi, evlərin tikilməsi, qazilərimizə müəyyən vəsaitin ödənilməsi öz həllini tapır.

AZƏRBAYCAN SOSİAL DÖVLƏTDİR VƏ BİZ BUNU SÖZLƏ YOX, ƏMƏLİMİZLƏ TƏSDİQLƏYİRİK

Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas başlıca hədəfi insanların sosial rifahının yaxşılaşdırılmasıdır. Ötən il bu istiqamətdə yürdülən siyasət nəticəsində əhatəli sosial müdafiə tədbirlərini həyata keçirib və əhalinin sosial rifah halı daha da yaxşılaşıb. Prezidenti İlham Əlyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı müvafiq Sərəncamla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin icrası nəzərdə tutulub. Belə ki, minimum əmək haqqqının 300 manatdan 345 manata qaldırılması, minimum pensiya məbləğinin 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması bir daha təsdiqləyir ki, Azərbaycanın sosial dövlət modeli nümunəvi və uğurludur.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ İŞTİRAKÇILARINA PREZİDENT TƏQAÜDÜ 330 MANATA ÇATDIRILIB

Prezident İlham Əliyev 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 manat müəyyən edilsin.İndiyə qədər həmin şəxslərə verilən Prezident təqaüdünün aylıq məbləği 300 manat idi.

ŞƏHİD AİLƏSİ ÜÇÜN PREZİDENT TƏQAÜDÜNÜN MƏBLƏĞİ 600 MANAT MÜƏYYƏN EDİLİB

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib. Bəli, bütün bu görülən işləri, məhz Azərbaycan Prezidenti İlham Əliyev bunu sözdə yox, əməldə göstərib. Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev sosial sahənin çoxşaxəli olduğunu qeyd edərək deyib ki, buraya özünüməşğulluq proqramını da əlavə etmək olar: «Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək». İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edildiyini söyləyən dövlət başçısı söyləyib ki, cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Bəli, sözü ilə əməlləri üst-üstə düşən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial sahə həmişə paralel getməlidir: “Ona görə də, hələlik, limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”. Bir sözlə, bütün bu uğurlu işlər onu göstərir ki, dövlət Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi yönündə bundan sonra da sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq. Dövlət başçımızın dediyi kimi: «Qəhrəman döyüşçülərimiz gələcəkdə də daim mənim nəzarətim altında olacaqlar».

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər