PDF Oxu

Siyasət

  • 10 796

“Hələ də Qarabağda yüzlərlə müharibə canisi qalmaqdadır” MÜNASİBƏT

“Hələ də Qarabağda yüzlərlə müharibə canisi qalmaqdadır” MÜNASİBƏT

“Meşəli sakinlərinə qarşı törədilmiş cinayətlərin təşkilatçılarından olan Vaqif Xaçaturyanın həbs olunaraq Bakıya gətirilməsi təkcə Ermənistandakıları deyil, Qarabağdakı erməniləri də ciddi şəkildə təşvişə salmışdır”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, onlar anlayırlar ki, bu addımın atılması Azərbaycan hakimiyyətinin gücünü, qətiyyətini bir daha nümayiş etdirəcək və Qarabağdakı separatizm hərəkatına ağır zərbə vuracaq: “Çünki təbiətcə qorxaq olduqları hamıya məlum olan ermənilər yalnız cəza almayacaqlarına əmin olduqda cəsarətlənir, tutduqları yoldan dönməyəcəklərini “cəsarətlə” bəyan edirlər. Son 35 ildə erməni cinayətkarlar ilk dəfə öz əməllərinə görə real cəza almaq ehtimalı ilə üz-üzə qalıblar və dərk ediblər ki, onları cəzalandırmaq qətiyyəti göstərən Azərbaycan hakimiyyətini bu yoldan döndərmək mümkün olmayacaqdır. Bu şəraitdə hətta Qarabağ separatçılarının liderlərindən olan hərbi cinayətkar Samvel Babayan reallıqları qəbul etməyi, Azərbaycan hakimiyyəti ilə danışıqlara getməyi təklif edirsə, qondarma parlamentin sədri-“ermənilər tankı traktorla əvəz etməyə hazırdır”- deyərək “vəzifəsindən” istefa verirsə, Qarabağ separatçılarının arxasında dayananların narahat olması təbiidir. Onlar da anlayırlar ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “oyun bitdi”-bəyanatını elə-belə verməyib. Digər tərəfdən, bu gün Qarabağda yüzlərlə müharibə canisi hələ də qalmaqdadır və onlar yaxşı başa düşürlər ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib Ermənistana qaça bilməyəcəklər. Bu şəraitdə son ümid yenə də bütün dünyada məşhur olan “erməni haray-həşiri”nə qalır. Ancaq bu dəfə dəfələrlə sınaqdan keçirilmiş “fənd” onların dadına çatmayacaq”.

GÜLYANƏ

Digər xəbərlər