Doğma ana laylasından mayalanıb,
Qopuzların havasından mayalanıb,
İgidlərin davasından mayalanıb,
Ana dilim, hər vaxt onu şərəf sayaq,
Dilimizdə danışmağa utanmayaq.
Dilimizdə danışmağı şərəf sayaq.
Elman Həbib
Hər il avqustun biri ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi səxavətlə qeyd edilir. zərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı " Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət və ənənələrini unutmamalı,onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi; “Dil Ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərinin adı ilə sıx bağlıdır.
Dilim üçün qılınc vurdu Şah İsmayıl,
Dağlar dedi: millət ayıl, millət ayıl,
Daşlar dedi: millət ayıl, millət ayıl.
Beş igiddən, beş kişidən biri sayıl.
Keşiyində oğul kimi duraq oyaq,
Dilimizdə danışmağa utanmayaq!
Elman Həbib.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perespektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.
Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin bir avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi.
Artıq 20 ildir bu əlamətdar günü qeyd edirik. Neçə belə illərə...
Ana dilimizin və əlifbamızın bayramı mübarək!
Aytəkin Hacızadə
YAP Yasamal rayon “A.M.Şərifzadə küç.762” ( Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs) ünvanı üzrə partiya təşkilatının sədr müavini