44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi bəzi xarici güclərin, eləcə də sapı özümüzdən olan baltaların ciddi narahatlığına səbəb oldu. Bu baxımdan, hər vəchlə parlaq qələbəyə kölgə salmaq, müəyyən hallarda zərər vurmaq üçün müxtəlif təxribatçı addımlar atır, açıqlamalar verib bəyanatlar səsləndirirlər. Lakin bu kimi təxribatçı əməllərə, separatçı hərəkətlərə baxmayaraq Azərbaycan xalqı qələbə yolunu davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, bərpa və tikinti işləri həyata keçirib, insanların öz tarixi yurd-yuvalarını qayıdışını təmin etməklə yanaşı, dövlətimiz rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı ərazilərdə suverenliyin bərpası üçün sərt və qətiyyətli addımlarını atmaqdadır. 2023-cü ilin aprelin 23-də Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd-keçid məntəqəsinin qurulması suverenliyimizin təmin olunması istiqamətində atılan ən mühüm addımlardandır. Artıq separtçıların və onların xaricdəki himayədarlarının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı ərazilərə silah-sursatın və digər qeyri-qanuni avadanlıqların daşınmasının qarşısı alınıb. Bununla yanaşı, xarici ölkə vətəndaşlarının Azərbaycanın icazəsi və razılığı olmadan Xankəndinə daxil olmaları mümkün deyil. Haqlarında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarış verilmiş şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Cəllad cəzadan qaça bilmədi
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviçin Laçın sərhəd-keçid məntəqəsində saxlanılması cinayətkarın cəzasız qalmasının qeyri-mümkün olduğu bir daha nümayiş etdirildi. Bu, o canidir ki, bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiyaetmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində Xaçaturyan Vaqif Çerkezoviç iyulun 29-da Ermənistana gedərkən sərhəd-buraxılış məntəqəsində həbs edilib. O məhkəmə qarşısına çıxarılaraq layiq olduğu cəzanı alacaq, bu, şübhəsizdir. Lakin erməni cinayətkarının həbsindən Paşinyan və onun hərbi xuntası qədər Azərbaycanın dağıdıcı müxalifətinin narahatlıq keçirməsi başa düşülən deyil. Haradasa ermənilərin hay-küyləri anlaşılandır. Yəni, ermənidən fərqli mövqe gözləmək mümkün deyil.
Cəmil Həsənli Xaçaturyanı niyə müdafiə edir?
“Milli Şira” və AXCP funksionerlərinin Xaçaturyanın həbs edilməsindən sonra sosial şəbəkələrdə ermənilər kimi ağlaşma qurmaları bir sıra suallar yaradır. Birincisi, Cəmil Həsənli, Əli Kərimli, Tofiq Yaqubu və digərləri ermənidirlər, yoxsa azərbaycanlı? İkincisi, Meşəli soyqırımında insanları vəhşicəsinə qətlə yetirmiş Xaçarturyanın həbsinə görə dövlətimizə qarşı ittihamlar səsləndirib, “86.6 min km² ərazini həbsxanaya çeviriblər”, “Əvvəlcə özünüzü düzəldin, ermənilər qaça-qaça reinteqrasiya edəcəklər. Ölkəni qapalı həbsxanaya çevirmisiniz ” kimi sosial şəbəkələrdə statuslar paylaşmaq Azərbaycan xalqının heysiyyatına toxunmaq deyilmi? Necə ola bilər ki, insanları qətlə yetirmiş, ev-eşiyini dağıtmış Xaçaturyanın şəklini paylaşıb onu müdafiə edəsən, ona etdiyi vəhşiliklərə görə haqq qazandırasan. Tam əminliklə demək olar ki, dağıdıcı müxalifət ya Ermənistanın xüsusi xidmət orqanları ilə iş birliyindədirlər, ya da erməni lobbisindən tapşırıq alıblar. Düzdür, bundan əvvəl də dağıdıcı müxalif ünsürlər ermənilərə xoş gəlmək, onların arasında ruh yüksəkliyi yaratmaq üçün milli varlığımızı təhdid və təhqir edən açıqlamalar verib, statuslar paylaşmışlar. Misal üçün, 44 günlük Vətən müharibəsi vaxtı bütün siyasi partiyalar birləşərək beynəlxalq təşkilatlara ermənilərin vandal əməlləri ilə bəyanatlar, müraciətlər ünvanladıqları zaman AXCP, Müsavat və “Milli Şura” müraciətlərə qoşulmaqdan imtina etmişdilər. 2020-ci il sentyabrın 12-14-də Azərbaycan ordusu Qaragöl istiqamətində mövqelərini bir qədər irəli çəkib, möhkəmləndirmə işləri apararkən, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, “Milli Şura”nın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri ABŞ-ın qaranlıq dairələrinin layihəsi olan Sevinc Osmanqızının və Qənimət Zahidin “Azərbaycan saatı” TV-lərinə çıxıb, Azərbaycana qarşı erməni maraqlarına xidmət edən açıqlamalarla çıxış etmişdilər.
Hər bir cinayətkarın aqibəti Vaqif Xaçaturyan kimi olacaq
Bütün cəmiyyət Zəngəzur dəhlizinin açılmasına çalışdıqları bir məqamda T.Yaqublu “Zəngəzur dəhlizi Azərbaycan dövlətinin avantürasıdır”, - deyə Arayik, Koçaryan, Sarkisyansayağı fikirlər bildirmişdir. C.Həsənli “Sülhə nail olmaq üçün Qarabağdakı ermənilərə ən yüksək status verilməlidir”, - deyə cəfəng fikir söyləmişdir. Məlum olduğu kimi, hazırda ermənilər Laçın sərhəd-keçid məntəqəsi önündə Xankəndidəki ermənilərə “humanitar yardım” aparmaq adı ilə təxribat həyata keçirməyə çalışırlar. Lakin Azərbaycan sərhədçilərinin qorxusundan təxribatı açıq şəkildə göstərə bilmirlər. Sadəcə, sərhəd yaxınlığında bəzi qərəzli ölkələrin və fars molla rejiminin səfirlərinin iştirakı ilə şou göstərirlər. Yəni, dünyanın diqqətini özlərinə cəlb etməyə çalışırlar. Dünya birliyi isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ermənilərin şou xarakterli hərəkətlərini ironiya ilə qarşılayırlar. Azərbaycanın dağıdıcı müxalifəti bir dəfə də olsun Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında ermənilərin qurduqları şounu tənqid edən, ən azı irad bildirən mövqe ifadə etməyiblər. Əksinə, Ə.Kərimli “ermənilərin humanitar yardım almağa haqları olduğunu” bildirib. Bununla onun təfəkkürünün Şərqi Zəngəzurda dayanıb tülkü kimi Azərbaycan sərhədlərinə boylanan fars–molla rejiminin Ermənistandakı səfirindən fərqli düşüncəyə və təfəkkürə malik olmadığını göstərir. Bir sözlə, AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin, “Milli Şura”nın üzvləri Tofiq Yaqublunun, Gültəkin Hacıbəylinin və digərlərinin Azərbaycana münasibətdə maraqları fars mollalarının və erməni vəhşi toplumun maraqları ilə üst-üstə düşür. Lakin erməni vəhşi toplumu, fars mollaları, fransız təxribatçıları və Azərbaycanın dağıdıcı müxalifəti nə düşünmələrindən və hansısa təxribatlar planlaşdırmalarından asılı olmayaraq Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları onları çətinlik çəkmədən zərərsizləşdirəcək. Necə ki, Müzəffər Ordumuz Vətən Müharibəsində erməni terrorçularını və onlara hərbi, siyasi dəstək göstərənləri 44 gün ərzində məhv edib, təslimçilik aktını imzalamağa məcbur etdi. Cinayət törədib küncdə-bucaqda gizlənənlər gec-tez üzə çıxacaqlar və bu zaman onların da aqibəti Vaqif Xaçaturyan kimi olacaq.
İ.ƏLİYEV