AXCP-nin Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Yusubov ilə partiyanın funksioneri Ramiz Abdullayev əlbəyaxa dava ediblər
Müxtəlif vaxtlarda dağıdıcı müxalif liderlər arasında istər təmsil olunduqları bloklar daxilində, istərsə də rəhbərlik etdikləri partiyalarda pərdəarxası söz atışmaları əlbəyaxa davalara çevrilib. Blokların dağılması, partiyaların parçalanması, kütləvi istefaların baş verməsi əksər hallarda ağır, gərgin qarşıdurmalardan, əlbəyaxa davalardan qaynaqlanır. Hansısa məsələ ətrafında birgə çıxış edirlərsə, deməli, burada anti-Azərbaycan dairələrin tapşırıq və göstərişləri var. Əslində isə, öz aralarında korporativ mənafe savaşı aparırlar. Bu gün müxalif düşərgə və siyasi partiyalar ənənəvi acı taleyini yaşayır. Yəni partiyalararası və təşkilatlardaxili qarşıdurmalar acınacaqlı xarakter daşıyır. Məhz bu amili əsas gətirən ekspertlər müxalifət düşərgəsindəki çəkişmələri qladiatorlar arasındakı qanlı savaşa bənzədirlər. Ən ağır vəziyyətin AXCP daxilində hökm sürdüyü müşahidə edilir. Çünki Ə.Kərimlinin yanlış və səhv siyasəti AXCP daxilində ciddi konfliktlərin yaranmasına gətirib çıxarıb. Əksər qarşıdurmalar maliyyə bölgüsü üstündə yaranır. Ə.Kərimli müxtəlif vasitələrlə xarici fondlardan, ayrı-ayrı şəxslərdən aldığı maliyyə vəsaitlərini özü təkbaşına mənimsəməyə çalışıb. Bu da nəticə etibarı ilə söz-söhbətlərə, ciddi qarşıdurmalara gətirib çıxarıb.
AXCP qızğın alverin aparıldığı “siyasi bazarı” xatırladır
Demək olar ki, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP qızğın alverin aparıldığı “siyasi bazarı” xatırladır. Bazarda maliyyə fırıldaqlarının üstünün aşkarlanması səbəbindən dava-dalaş ağır fəsadların yaranmasına gətirib çıxarır. Bir neçə gün öncə daha bir maliyyə fırıldağının üstünün açılması ilə yaranan dava AXCP-nin Gəncə şəhər təşkilatında baş verib. Dərhal da hadisə sosial şəbəkələrə çıxarılıb və qızğın müzakirələrə səbəb olub. Yayılan məlumata görə, AXCP Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Yusubov ilə partiyanın funksionerlərindən Ramiz Abdullayev əlbəyaxa dava ediblər. Səbəb Bəxtiyar Yusubovun AXCP, daha doğrusu, Əli Kərimli üçün toplanan 2000 manatı Ramiz Abdullayevə faizlə borc verməsi olub. Lakin bir müddət keçib və Ramiz Abdullayev ona partiya üçün toplanmış puldan borc verildiyini öyrənib və məsələ əlbəyaxa davaya çevrilib. Bu barədə məlumat verən adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, uzun müddətdir Bəxtiyar Yusubov toplanmış vəsaitləri həm özü mənimsəyir, həm də bir qismini Əli Kərimli ilə bölür. Yəni, AXCP üçün yığılan pullar qeydiyyatdan keçmir, hesaba daxil olmur, yalnız "qara kassa"larda fırlanır. Bəxtiyar Yusubov isə yığılan pullardan özünə düşən payı sələmə verir və içki məclislərinə xərcləyir. Hətta deyilənə görə, Bəxtiyar Yusubovun anası Mehriban Rzayeva da Gəncə şəhərində məşhur sələmçi kimi tanınır. El məsəlidir, “tay axtarıb, tayını tapar”. Ə.Kərimlinin əqidə dostları hesab etdiyi ətrafı özü kimi fırıldaqçılardan, dələduz və içki düşkünlərdən ibarətdir. Belələri haqlı olaraq ictimai rəydə qınaq obyekti olur, sosial şəbəkələrdə tənqid və təhqir edilirlər. Nəticə isə yoxdur. Yəni, Ə.Kərimli istefa mədəniyyəti nümayiş etdirərək, sədrlikdən istefa vermir. Çünki o, siyasətə gəlir mənbəyi kimi baxır. Ancaq sağlam cəbhəçilərin də bir səbri var. Həmin cəbhəçilər bir məqamda mövqelərini birləşdirərək, Ə.Kərimlini tarixin arxivinə göndərəcək və bununla da AXCP-dəki söz-söhbətlərə son qoyulacaq.
İ.ƏLİYEV