PDF Oxu

Siyasət

  • 1 665

Fars-molla rejimi tarixin arxivinə göndərilir TƏHLİL

Fars-molla rejimi tarixin arxivinə göndərilir TƏHLİL

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan dünyanın ən inkişaf edən, azad, demokratik dövlətlərindəndir. 44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərində hərbi qələbə qazanması və bu qələbəni siyasi, diplomatik cəbhədə başa çatdırması ölkəmizin gücünə güc qatdı. Artıq işğaldan azad edilmiş ərazilər gülüstana çevrilir, hər yerdə quruculuq, abadlıq, tikinti işləri aparılır. Bunun fonunda keçmiş qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Yəni, Azərbaycanda dostu sevindirib üzünü gülüdürən, düşmənin bağrını çatladan işlər həyata keçirilir. Görünən ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi uğurlardan ən çox Fransa, Ermənistan və fars-molla rejimi narahatlıq keçirir. Belə demək mümkündürsə, Azərbaycan dövlətinin bütün sahələr üzrə qazandığı nailiyyətlə sanki sözügedən dövlətlərin başına od töküb. Məhz buna görə də, hər vəchlə Azərbaycana qarşı gözdənsalma kampaniyası aparırlar. Fransa və Ermənistanın Azərbaycana qarşı yönəldilmiş terror fəaliyyətləri anlaşılandır. Bu ölkələr tarixən Azərbaycan xalqına düşmən münasibətdə olublar. Digər tərəfdən, canlarında hələ də səlib yürüşlərinin izləri qalmaqdadır. Fars-molla rejiminin Azərbaycana qarşı Fransa və Ermənistanla eyni ittifaqda birləşməsi başa düşülən deyil.

Molla rejimi Şərqi Zəngəzurun açılmasından narahatdır

Molla rejimi özünü islam dövləti hesab edir və bütün müsəlmanların bir-birinə qardaş olduğunu söyləyir. Lakin xristian Ermənistanla birləşib, əhalisi müsəlmanlardan ibarət olan Azərbaycan dövlətinə qarşı qəsbkar siyasət həyata keçirir. Ermənistanla eyni mövqedən çıxış edərək müsəlman məscidlərinin dağıdılmasında, müsəlman ziyarətgahlarının yer üzündən silinməsində, müsəlmanların öldürülüb, soyqırıma məruz qalmasında iştirak edir. “Ermənistana qardaş” deyib erməni terrorçuları ilə eyni səngərdə müsəlmanlara qarşı vəhşiliklər törədilməsində iştirak etməsi, əslində, fars- molla rejiminin fiziki görkəmi müsəlman, ruhu isə xristianlıqdan ibarətdir. Həm də o məsələ təsdiq olunur ki, fars-molla rejimi arasında bir ağıllısı yoxdur. Yəni, qırılmışın hamısı erməni xislətlidir və müsəlman Azərbaycana qarşı düşmən mövqedədir. Fikir verin, Xomneyni deyilən baş molla durub-durub sayıqlayır ki, - “Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir”. Deyən lazımdır, Zəngəzur dəhlizi açılır, sənə nə? Azərbaycan Şərqi Zəngəzurdakı tarixi torpaqlarda suverenliyini bərpa edəcək, sənə nə? Suallar təbii ki, çoxdur. Cavabların isə verilməyəcəyi şübhəsizdir. Çünki erməni təəssübkeşləridir və özlərini ermənilərdən biri hesab edirlər.

Azərbaycanın dünyada artan gücü fars–molla rejimini narahat edir

Fakt ondan ibarətdir ki, Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Keçmiş ittifaq respublikalarının demək olar ki, hamısında qarşıdurma mövcuddur, bir növ xaos və anarxiya hökm sürür. Eləcə də, dünyanın bir sıra ölkələrində vətəndaş müharibələri, dövlətlərarası münaqişələr cərəyan edir. Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarını azad etməsi və dünyanın ən sakit dövlət imicini qoruyub saxlaması yuxarıda qeyd etdiyim kimi, əmmaməli mollaları ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycana qarşı məkrli və terrorizm siyasəti aparırlar. İngiltərə, Fransa və nəhayət, Tehranda səfirliyimizə edilən xain hücumları ölkəmizin dünyada artan nüfuzuna, gücündən və qüdrətindən narahat olmalarından irəli gəlir. 2023-cü ilin yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində bir nəfər səfirlik əməkdaşı şəhid edildi, iki nəfər isə ağır yaralandı. Bu günə qədər də molla rejimi səfirliyə edilən xain hücuma düz-əməlli izahat verməyib, həm də dövlət səviyyəsində üzr istənilməyib. Bu yaxınlarda Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti sammitində fars–molla rejiminin xarici işlər naziri səfirliyimizə edilən xain terror aktı ilə bağlı aparılan istintaq araşdırmalarını Azərbaycan tərəfini məlumatlandıracaqlarını bildirmişdir. Ancaq verilən söz vədindən uzun vaxt keçməsinə baxmayaraq fars-molla rejimindən məsələ ilə bağlı səs-soraq yoxdur. İnandırıcı deyil ki, hansısa həqiqəti əks etdirən və terror aktını fars-molla rejiminin təşkil etməsini etiraf edən məlumatları rəsmi Bakıya təqdim etsinlər. Çünki bəşəriyyət üçün təhlükə mənbəyi olan fars-molla rejiminin prinsiplərinə və terror dövlət fəaliyyətinə ziddir. Molla rejimi bütün insanlıq və bəşəri dəyərlərdən uzaq olan bir rejimdir. Belə rejimlər sivil, demokratik dünya üçün təhlükə mənbəyidir. Belə təhlükəli terrorçu dövlətin zərərsizləşdirilməsi dünyanın rahat nəfəs alması demək olar. Molla rejimi öz xalqına, xüsusilə də, güneyli soydaşlarımıza qarşı amansızlıq göstərir. 22 yaşlı Məhsa Əmininin amansızlıqla öldürülməsindən sonra başlanmış etirazların yatırılmasında ən vəhşi, qəddar üsullardan istifadə edilir. Nəticədə, 1200-ə yaxın insan öldürülüb ki, onların da yarıdan çoxu azərbaycanlılardır. 73 uşaq qətliamın qurbanı olub, 25 min insan gecələr evlərindən oğurlanaraq zindanlara atılıblar. Bu vəhşilik Xoy şəhərində baş verən zəlzələdən əziyyət çəkən azərbaycanlılara qarşı etinasız münasibətlə davam etməkdədir. Onlarla insan zəlzələnin qurbanı olub, minlərlə ailə evsiz-eşiksiz qalıb. Azərbaycan, Türkiyə və Pakistan, Xoy şəhərində zəlzələdən əziyyət çəkən insanlara humanitar yardım təklif etsələr də, əmmaməli mollalar yardımdan imtina etdilər. Bu isə onu deməyə əsas verir ki, molla rejimi Azərbaycan dövlətinin tarixi torpaqlarında yaşayan soydaşlarımıza humanitar yardımların göstərilməsindən narahatdır. Qorxur, vahimələnir ki, güneyli soydaşlarımız qardaş yardımından ruhlanar və azadlıq eşqi daha da genişlənər. Bu isə onlar üçün fəlakətlə nəticələnər.

Çox yaxın zamanda Təbrizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaq

Ancaq əminəm ki, gec-tez biz səhrəd-filan keçmədən Təbrizə, Tehrana, Xoya, Ərdəbilə və digər tarixi torpaqlarımıza gedəcəyik. O yerlərdə bir bayraq - üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Tarixi gerçəkliklər unudulmayıb. Biz bir zaman güneydə müstəqil dövlət qurmuşduq. 1905-ci il Səttərxan, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945-ci ildə isə Pişəvəri inqilabı baş verib. Pişəvəri hərəkatı güneyli soydaşlarımızın parlaq dövlətçiliklərini qurmaqla yekunlaşdı. Bu dövlət bir il yaşadı. Təəssüf ki, ovaxtkı SSRİ rəhbərliyinin İran rejimi ilə sıx işbirliyi milli hökumətin süqutu ilə yekublaşdı. Bir illik dövlətçilik tarixində Pişəvəri hökuməti qadınlarla kişiləri bərabər hüquqlara malik olmasına dair qanun qəbul etdi. Milli Məclis yaradıldı, Milli Ordu formalaşdı, Dövlətin bayrağı yaradıldı, demokratik seçki qanunu qəbul edildi, Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Dilimiz rəsmi dövlət dili oldu. Demokratik milli hökumət devrilsə də, ümidlər sonsuzdur ki, Güneydə müstəqil, azad dövlət yaradılacaq. Güneydə başlayan milli azadlıq hərəkatı yaxın vaxtlarda milli dövlətin yaradılması ilə nəticələnəcəyi şübhəsizdir. Ekspertlərin də gəldiyi qənaətə görə, 2025-ci ilə qədər fars-molla rejimi tarixin arxivinə göndəriləcək və yerində azad, demokratik Azərbaycan Cümhuriyyəti yardılacaq.

İ.ƏLİYEV

Digər xəbərlər