“Vaqif Xaçaturyanın həbsi tamamilə hüquqi əsaslar üzərində həyata keçirilib. Ermənistan xarici İşlər Nazirliyinin bununla bağlı bəyənatı beynəlxalq hüquq normalarına sığmır”. Bu fikirləri politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xaçaturyan cinayətkardır, əli 25 vətəndaşımızın qanına bulaşıb,14 nəfəri yaralayıb, 359 soydaşımızın yurdundan didərgin düşməsində bilavasitə iştirak edib: “Onun həbsini Azərbaycanın Qarabağdakı erməni icmasına güya ki, zorakılıq göstərmək, onlarla təhdid dilində danışmaq və onların Ermənistandan güya ki, təcrid olunmasına xidmət edən siyasətlə əlaqələndirilməsi absurddur və erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı proseslərə xidmət etmir. Xaçaturyanın həbsi ilə bağlı Azərbaycanın İnterpola belə ismarıcları olub, bu mənada onun həbsi həm dövlət qanunvericiliyinə, həm də beynəlxalq qanunvericiliyə uyğun qaydada həyata keçirilmişdir. Bu məsələ ətrafında Ermənistan xarici işlər nazirliyinin təşəbbüsü ilə başlanan şou beynəlxalq birliyə yalan və iftira ilə bağlı məlumatların ötürülməsindən başqa bir şey deyil və əlbəttə, qarşı tərəflə yekun sülh müqaviləsinin imzalanması məqsədilə gedən danışıqların məzmun və ruhuna ziddir”.
GÜLYANƏ