PDF Oxu

Siyasət

  • 1 665

AXCP-də xaos dərinləşir ANALİZ

AXCP-də xaos dərinləşir ANALİZ

Əli Kərimlinin yanlış siyasəti partiyanın yenidən parçalanmasına gətirib çıxaracaq

Dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsi onların yanlış və səhv siyasət aparmaları ilə bağlıdır. Buna baxmayaraq, müxaliflər öz məkrli və çirkin siyasətlərindən əl çəkmirlər. Bu da onların xarici ağalarından geri dönüş edilməməsi ilə bağlı sərt tələb qoymalarından irəli gəlir. Müxalifət xarici maraqlı dairələrin tələbi qarşısında boyunlarını tükdən də incə hesab edərək, verilən göstərişlərə uyğun fəaliyyət yolu tuturlar. Gah milli dəyərlərimizi təhqir edir, gah da xalqın mənafeyinə zidd açıqlamalar verirlər. Bütün bunlar onu təsdiq edir ki, Əli Kərimli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Cəmil Həsənli və digərləri üçün inkişaf edən Azərbaycan, dövlətçiliyə sədaqətli olan qalib xalq görmək ağır dərddir. Onlar ölkəmizin uğurlarını görəndə qəm-qüssəyə qərq olurlar, yasa batırlar. Qarabağın işğaldan azad edilməsi Fransa, fars-molla rejimi və Ermənistan qədər dağıdıcı müxalifət üçün də böyük faciədir. Çünki onlar Qarabağın işğalda qalmasını və qaçqın, köçkünlərin ağır, çətin şəraitdə yurd həsrəti ilə yaşamalarını arzu edirdilər. Qısası, “Milli Şura” və AXCP birbaşa xarici qaranlıq dairələrin Azərbaycandakı təzyiq qrupları funksiyasını yerinə yetirirlər.

Əli Kərimliyə qarşı narazı cəbhəçilərin sayı artmaqdadır

Hazırkı reallıq ondan ibarətdir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra AXCP kimi dağıdıcıyönümlü partiyalar daxilində rəhbərliyin yanlış siyasətinə etiraz edənlərin sayı artmaqdadır. Daha doğrusu, partiya üzvləri Ə.Kərimlinin AXCP-ni özünün şəxsi firmasına çevirməsini qəbul etmək istəmirlər. Bu səbəbdən də onun avtoritar idarəetməsinə etirazlarını bildirirlər. Bəzi hallarda Ə.Kərimlinin istefasını da tələb edirlər. Xüsusilə də, bu kimi çağırışlar AXCP-nin şou xarakterli qurultayından sonra daha da güclənib. Partiya üzvləri Ə.Kərimlinin alternativi olmadan sədrliyə namizədliyinin irəli sürülməsi və istəyinə nail olmasını boş qapıya vurulan top kimi dəyərləndirirlər. Ə.Kərimlinin “qurultay” oyununun ardınca partiyanın Gəncə şəhər təşkilatının sədrinin partiya pullarını sələmçilikdə istifadə etməsi kimi hallar AXCP-dəki xaosun dərinləşməsinə təkan verib. Artıq narazı cəbhəçilər etirazlarının AXCP rəhbərliyi tərəfindən qulaqardına vurulduğunu gördüklərindən sosial şəbəkələrə üz tuturlar. Məhz bu səbəbdən də sosial şəbəkələrdə AXCP-də baş verən anormal hadisələrin müzakirəsi cəbhəçilər tərəfindən aparılır.

Nurəddin Məmmədlinin “facebook” hesabını da Əli Kərimlinin tapşırığı əsasında İlham Hüseynlinin rəhbərlik etdiyi trol dəstəsi idarə edir

Sosial şəbəkələrdə yazışmalara istinadən demək olar ki, bir sıra “cəbhəçi”lər öz hesablarında yazdıqları statuslarda Ə.Kərimlinin nə üçün qurultaydan sonra partiyanın Ali Məclisinin yığıncağını tələm-tələsik keçirmək və yenidən Nurəddin Məmmədlini sədr seçmək istədiyini təftiş edirlər. Bildirilir ki, bu, AXCP sədrinin avtoritarizmi gücləndirmək üçün növbəti oyunudur. Çünki N.Məmmədli “dilsiz-ağılsız” və “dişsiz” biri olduğuna görə Ə.Kərimliyə sözsüz itaət edir. Hətta deyilənlərə görə, Nurəddin Məmmədlinin “facebook” hesabını da Əli Kərimlinin tapşırığı əsasında İlham Hüseynlinin rəhbərlik etdiyi trol dəstəsi idarə edir. Şübhəsiz, partiya daxilində bu vəziyyətlə barışmayanlar da var. Bir qisim cəbhəçi sosial şəbəkə hesablarında etdikləri paylaşımlarda Tofiq Yaqublunun kürəkəni Seymur Həzinin AXCP Ali Məclisinin sədri seçilməsi tərəfdarı olduqlarını vurğulayırlar. Bu isə partiya daxilində çatların genişlənməsinə, üstəlik, Tofiq Yaqublu ilə Ə.Kərimlinin kəllə-kəlləyə gəlməsinə təkan verir. Aqressivləşən və sağa-sola hücum edən Ə.Kərimlinin hərəkətləri isə partiya üzvləri tərəfindən normal qarşılanmır. Partiyadan uzaqlaşanlar dərhal onun əleyhinə statuslar yazaraq ifşa və rüsyav edirlər. Bütün bunlara əsaslanaraq demək olar ki, AXCP yaxın vaxtlarda parçalanma mərhələsini məhvolma mərhələsi ilə əvəzləyəcək. Yəni, bu partiya ya sıradan çıxacaq, ya da başqa partiyaların tərkibində əriyəcək.

İ.ƏLİYEV

Digər xəbərlər