PDF Oxu

Siyasət

  • 1 777

Müharibə Rusiya ərazisinə keçir TƏHLİL

Müharibə Rusiya ərazisinə keçir TƏHLİL

Volodimir Zelenski Moskvanın dağıdılması ilə bağlı hədəflərini açıqladı

2022-ci ilin fevranın 24-dən başlayan Rusiya- Ukrayna müharibəsi getdikcə daha amansız və dağıdıcı xarakter almaqdadır. Müharibənin uzanması yeni insan ölümlərinin, dağıntıların artmasına, qaçqınların sayının çoxalmasına səbəb olur. Siyasətçilər isə müzakirələrlə müharibəni dayandırmağa cəhd etmirlər. Nəticədə Ukraynanın şəhərləri, qəsəbələri bombalanır, hər gün yüzlərlə insan öldürülür, şikəst edilir. Artıq verilən məlumatlara görə, 18 milyona yaxın insan Ukraynanı tərk edib, onların sayının bir qədər də artacağı proqnozlaşdırılır. Hər iki tərəf özünü haqlı hesab edir. Rusiya tərəfi Ukraynada ölkənin denazifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyat keçirdiyini bəyan edir. Ukrayna isə suveren dövlətin ərazisinə soxulub, insanları öldürüb, dağıntılar törətməklə rəsmi Moskvanın müharibə cinayətləri törətdiyini qeyd edir. Ukrayna prezidenti açıq şəkildə bəyan edib ki, Rusiya qoşunlarını ərazisindən çıxarıb, vurduğu zərəri ödəməyənə qədər savaşın dayandırılması mümkün olmayacaq. Söz yox ki, V.Zelenskini amiranə fikir ifadə etməyə NATO-nu hərbi-siyasi dəstəyi həvəsləndirir. Çünki NATO-nun dəstəyi olmasa idi, Ukraynanın uzun müddətə Rusiya qarşısında duruş gətirəcəyi inandırıcı deyil. 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği artıq 43,7 milyard dolları ötüb. Ötən həftə ABŞ Müdafiə Nazirliyi Ukraynaya növbəti 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.Yardıma, xüsusilə, Patriot və NASAMS sistemləri və HIMARS sistemləri üçün əlavə döyüş sursatları, Stinger zenit sistemləri, tank əleyhinə Javelin sistemləri, 32 Stryker zirehli personal daşıyıcısı, 155 mm və 105 mm-lik artilleriya mərmisi daxildir. Bundan əlavə, ABŞ hərbi yardım paketinə TOW raketləri, Hornet pilotsuz uçuş sistemləri, Hydra-70 təyyarə raketləri, "taktiki aeronaviqasiya sistemləri", maneələri dəf etmək üçün partlayıcı sursatlar, 28 milyondan çox atıcı silah və qumbaraatan, gecə görmə qabiliyyəti və termal görüntüləmə sistemləri, eləcə də ehtiyat hissələri və təlim sursatları.

Müharibə daha amansız xarakter alır

ABŞ-la yanaşı, Avropa ölkələri də Ukraynaya hərbi yardımlarını əsirgəmirlər. Lakin buna baxmayaq, Rusiya əvvəlcədən müəyyənləşdirdiyi hücum taktikasından geri çəkilmir. Əksinə, demək olar ki, bəzi ərazilərdə üstünlüyü ələ alır. Avqustun 1-dən 2-ə keçən gecə Rusiya tərəfi Kiyevdə, eləcə də Kiyev və Odessa vilayətlərində bir neçə partlayışlar həyat keçirib. Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtında baş verən partlayışlar nəticəsində tələfat və dağıntıların olmadığını bildirib. Bu arada şəhər hərbi idarəsinin rəisi Sergey Popko bildirib ki, bir neçə parça uşaq meydançasına düşüb, rayonlardan birində qeyri-yaşayış binası yanıb. Ukrayna prezidenti Vladimir Zelenski avqustun 2-nə keçən gecə baş verən partlayışlardan sonra ölkənin cənubunda “əhəmiyyətli” dağıntıların qeydə alındığını deyib: “Təəssüf ki, ziyan var. Ən əhəmiyyətliləri ölkənin cənubundadır”. Ukrayna Prezidenti Volodimir Zelenski onu da bildirib ki, Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı: “Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi "xüsusi hərbi əməliyyat"ın başlanmasından 522-ci gün ötür. Ukrayna güclənir. Tədricən müharibə Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına geri qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir. Lakin biz şüurlu olmalıyıq, çünki keçən il olduğu kimi, bu qış da rusiyalı terrorçular bizim enerji sektorumuzu vura bilərlər. Kritik obyektlərə zərbə endirə bilərlər”.

Ukrayna silahlı qüvvələri Belqoroda və Voronoje hücümlar təşkil ediblər

V.Zelenskinin Rusiyanı hədələməsinin ardınca Ukrayna silahlı qüvvələri Belqoroda və Voronoje hücumlar təşkil ediblər, eyni zamanda, Moskvaya pilotsuz zərbə dronları ilə hücum təşkil olunub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Moskva hava məkanını keçməyə çalışan bir neçə PUA-nı vurub. Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Belqorod vilayətinə 80-ə yaxın mərmi atıb və pilotsuz uçuş aparatlarından bir neçə partlayıcı qurğu atıb. Məlumatda o da vurğulanır ki, avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri pilotsuz katerlərdən istifadə edərək Qara dəniz donanmasının gəmilərinə uğursuz hücum cəhdi edib: “Rusiya Silahlı Qüvvələri (SQ) Luqansk Xalq Respublikası (LXR) ərazisində gedən döyüşlər zamanı çoxlu sayda NATO silahını ələ keçirib. Kubok kimi əldə edilən hər şey öyrənilir və sənədləşdirilir, daha sonra onun gələcək taleyi müəyyənləşən anbarlara göndərilir.Rusiya hərbçiləri Xerson vilayətində İRİS-T hava hücumundan müdafiə sistemini məhv ediblər. İki qayıq və on ukraynalı hərbçi də məhv edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, çərşənbə axşamı, avqustun 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) Bosfor boğazına doğru hərəkət edən Rusiyanın mülki nəqliyyat gəmilərinə hücum etmək üçün üç yarımdalma pilotsuz qayıqdan istifadə etməyə cəhd edib.

Rusiya Silahlı Qüvvələri KXDR-də Ukrayna Silahlı Qüvvələrinin Dəniz Piyadaları Korpusunun sursat anbarını məhv edib. Rusiya hava hücumundan müdafiə sistemi 16 HIMARS raketi və 21 APU pilotsuz təyyarəsini ələ keçirib. Rusiya hava hücumundan müdafiə qüvvələri Xerson vilayətində Ukraynaya məxsus Mi-24 helikopterini məhv edib. Ukrayna Silahlı Qüvvələrinə məxsus helikopter Dnepr çayının sağ sahilində Mixaylovka kəndi yaxınlığında vurulub”. Bu arada uzun müddət aralıqda görünməyən Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Zaporojye istiqamətindəki komanda məntəqələrindən birinə baş çəkdiyi qeyd edilir. Bu da onu göstərir ki, qiyamçı Priqojinin hərəkələrindən sonra kənarda dayanıb gözləmə mövqeyində olan Gerasimova yenidən etimad göstərilib və o, xüsusi səlahiyyətlər almaqla müharibə bölgəsinə göndərilib. Müharibə Araşdırmaları İnstitutunun hesabatında qeyd olunur ki, avqustun 1-də Gerasimov Qərbi Zaporojye vilayətində irəli komandanlıq məntəqəsini təftiş edib və Ukrayna əməliyyatları və ərazidəki Rusiya müdafiəsi haqqında videobrifinq keçirib: “Bu video Gerasimovun iyunun 24-də Vaqner PMC-nin yaradıcısı Yevgeni Priqojin tərəfindən təşkil edilən üsyandan sonra ilk ictimai çıxışlarından biridir və Rusiya Müdafiə Nazirliyinin Gerasimovun teatr komandiri rolunu vurğulamaqda davam etdiyini göstərir”. Bundan əvvəl bəzi Rusiya mənbələri Vaqner üsyanından sonra Ukraynada hərbi əməliyyatların komandiri postunda Gerasimovu general-polkovnik Mixail Teplinskinin əvəzlədiyini iddia etmişdi. Bununla belə, ISW qeyd edib ki, onlar müvafiq şayiələri yoxlaya bilməyiblər və Gerasimovun Rusiya Silahlı Qüvvələrindəki mövqeyini nominal olaraq qoruyub saxlaya biləcəyinə inanırlar. "MN-nin videoyazılarında Gerasimov Ukraynanın cənubda əks-hücum əməliyyatının sektorlarından birində Rusiyanın müdafiə əməliyyatlarının memarı kimi göstərilir. Bu rol əvvəllər Ukraynadakı Birləşmiş Qüvvələr Qrupunun keçmiş komandan müavini, ordu generalı Sergeyə aid edilirdi. Surovikin və 58-ci Birləşmiş Ordunun (Cənub Hərbi Dairəsinin) keçmiş komandiri general-mayor İvan Popov, Gerasimovla qarşıdurma və RF Nazirliyində iyerarxiyaya riayət edilməməsi səbəbindən 28 iyun və 15 iyulda baş vermiş ehtimal olunan işdən çıxarılana qədər. Müdafiə Nazirliyi”, ISW hesabatında deyilir.

Polşa müharibə astanasında

Valeri Gerasimovun yenidən etimad qazanaraq əsas rolda çıxış etməsindən sonra Polşanın narahatlığı bir qədər də artıb. Polşanın Milli Müdafiə Nazirliyi çərşənbə axşamı axşam iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğunu təsdiqləyib. Polşa Müdafiə Nazirliyi Polşanın hava məkanının sərhəd yaxınlığında təlimlər keçirən helikopterlər tərəfindən pozulduğunu iddia edir - Minsk bu təlimlər barədə Varşavaya əvvəlcədən məlumat verib. “Sərhəd keçidi Bialovieza şəhəri ərazisində çox aşağı hündürlükdə baş verib ki, bu da radar sistemlərinin onu aşkarlamasını çətinləşdirib. Buna görə də bu gün səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı kommunikedə məlumat verib. Polşanın radar sistemləri Polşanın hava məkanının pozulması hallarını qeydə almayıb”, - deyə agentlik izah edib. Hadisəyə cavab olaraq Polşanın milli müdafiə naziri Mariuş Blaşçak sərhəddə hərbçilərin sayının artırılması və əlavə qüvvə və vasitələrin, o cümlədən döyüş helikopterlərinin yerləşdirilməsi barədə göstəriş verib. Polşa da insidentlə bağlı NATO-nu məlumatlandırıb və hadisəni izah etmək üçün Belarusun müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib. Xatırladaq ki, “Vaqner” adlanan qruplaşmanın yaraqlıları bir müddətdir Belarusda olub, Rusiyada üsyan cəhdindən sonra oraya köçüblər. Polşa tərəfi dəfələrlə “Vaqneritlər”in Polşa üçün təhlükə törətdiyini vurğulayıb, Belarus-Polşa sərhədinin mühafizəsini gücləndirib. Ötən gün Polşanın Baş naziri 100 "Vaqnerit"in Suwalki dəhlizi adlanan yerə - Polşa-Litva sərhədi boyunca şərti hərəkət etdiyini rəsmən elan etdi. Bu kimi hərbi təlatümlər onu deməyə əsas verir ki, hər an Polşa- Belarus qarşıdurması baş verə bilər. Bu isə NATO-nun müharibəyə cəlb edilməsi və Rusiyanın müharibənin önündə çıxış etməsi demək olar. Nəticənin arzuolumaz proseslə müşahidə ediləcəyi şübhəsizdir. Çünki müharibə iştirakçıları nüvə silahına malik dövlətlərdir. Tərəflərdən biri məğlubiyyətini həzm edə bilməyəcəyi təqdirdə, nüvə silahını işə sala bilər ki, bu da dünyanın sonu ola bilər.

İ.ƏLİYEV

Digər xəbərlər