Azərbaycanın dağıdıcı müxalifətinin açıq şəkildə xarici maraqlı dairələrin təmsilçisi rolunda çıxış etməsi cəmiyyətdə olduğu kimi, partiyalar daxilində də ciddi konfliktlərin yaranmasına səbəb olub. Ciddi qarşıdurmalar aşağılarla yuxarılar arasında dərin uçurum yaradıb. Məhz bu uçurum yeni istefaların, qopmaların baş verməsinə gətirib çıxarıb. Böhranlı ağır vəziyyəti dəyişmək üçün müxalif liderləri müxtəlif addımlar atır, qərarlarla çıxış edir, açıqlamalar verirlər. Hətta dağıdıcı müxalif partiyaların rəhbərliyinə yeni simalar cəlb etməklə, müasir çağırışlara uyğun addımlar atdıqlarını nümayiş etdirirlər. Amma nə yazıqlar ki, əksər hallarda o şəxslər şanssız olurlar, nəinki cəmiyyətdə, ümumilikdə, baş vurduqları siyasət aləmində hörmət və izzət sahibi ola bilmədiklərindən uğursuzluğa düçar olub, kor-peşman əski mövqelərinə qayıdırlar.
Müxalifətə qoşulan hansısa şəxs Əli Kərimlidən, Tofiq Yaqubludan, Cəmil Həsənlidən və digərlərindən nəyi öyrənə bilər?
Meydana siyasi reallıqları düzgün dərk edən və xaricdən asılılığı olmayan yeni gənc liderlər çıxmalıdır. Lakin bugünkü reallıqda müxalifət düşərgəsində bunu görmək və ya "yeni simaları" cəmiyyətə təqdim etmək mümkün deyil. Çünki siyasi arenaya çıxan yeni simalar indiki korlanmış müxalifət funksionerlərinin cərgəsində əriyərək, sıradan çıxır və ya elə onların bir tayı olurlar. Müxalifət patiyası sırasına qoşulan hansısa şəxs Əli Kərimlidən, Tofiq Yaqubludan, Cəmil Həsənlidən və digərlərindən nəyi öyrənə bilər? Sözügedən şəxslər dövlətçiliyə qarşı çıxan, milli maraqlar təhdid edən şəxslərdir. T.Yaqublu elə bir zibil yoxdur ki, onun altından çıxmasın. 2013-cü ilin yanvarında İsmayıllı hadisələrini qızışdıranlardan biri də T.Yaqublu və digərləri idi. O zaman Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilirdi ki, İsmayıllı iğtişaşları zamanı vəziyyəti gərginləşdirən səbəblərdən biri kimi Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun İsmayıllıya "səfəri" göstərilir. İ.Məmmədov və T.Yaqublu İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi yönələn çağırışlar etmişlər. Bu qanunazidd əməllər istintaq yolu ilə sübuta yetirildi və hər iki iğtişaşçı layiq olduqları cəzanı aldılar. Lakin sonrakı mərhələdə dövlətimiz böyük humanistlik göstərərək onların vaxtından əvvəl azadlığa çıxmalarına yardımçı oldu.
T.Yaqublu ya erməni lobbisindən maliyyə yardımları alır, ya da elə V.Xaçaturyanın əmisi uşaqlarından biridir
Gözləmək olardı ki, T.Yaqublu və İ.Məmmədov səhvlərindən nəticə çıxararaq xalqın istək və tələblərinə uyğun fəaliyyət yolu tutacaqlar. Ancaq “eşşək batdığı palçığa ikinci dəfə də batar” məsəlinə uyğun olaraq T.Yaqublu və İ.Məmmədov adətlərini və xarakterlərini dəyişmədilər. T.Yaqublu torpaqlarımızın işğaldan azad edilməsindən sonra erməni maraqlarına uyğun çıxışlar etməyə başladı. Hətta erməni caniləri Koçaryan, Sarkisyan, Ohanyan, Artunyan və digərləri kimi revanşist açıqlamalar səsləndirir. Utanıb, çəkinmədən, həyasızcasına “Zəngəzur dəhlizi Azərbaycan dövlətinin avantürasıdır” və ya “Bölgədə sabitliyin yaranması üçün Azərbaycan dövləti Qarabağdakı ermənilərə status verməlidir” kimi fikirlər səsləndirir. Xocalı rayonunun Meşəli canilərindən olan Vaqif Xaçaturyanın həbsindən sonra T.Yaqublu daha çox əndişələnməyə başlayıb. O, Vaqif Xaçaturyanın hüquqi məsuliyyətə cəlb olunmasından danışarkən "Azərbaycan istintaqı və məhkəməsi tamamilə siyasiləşib və haqlı olaraq onlara nə ölkəmizdə, nə də dünyada etimad yoxdur", - deyə bildirib. Bu, onu göstərir ki, T.Yaqublu ya erməni lobbisindən maliyyə yardımları alır, ya da elə V.Xaçaturyanın əmisi uşaqlarından biridir. Bu şəxs iddia edir ki, o, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Əgər həqiqətən də o, müharibə iştirakçısıdırsa, ermənilərin vəhşiliklərini, qəddarlıqlarını əyani şəkildə görüb, həm də onun şahidi olub ki, müdafiəsinə qalxdığı Vaqif Xaçaturyan kimi canilər azərbaycanlıları qoca, uşaq, qadın fərq etmədən amansızlıqla qətlə yetiriblər, Xocalıda, Meşəlidə, Kərkicahanda və digər ərazilərimizdə dünyada analoqu olmayan soyqırımı aktları törədiblər. T.Yaqublu bunun fonunda erməni vəhşilərinin müdafiəçisi rolunda çıxış etməklə heç də müharibə iştirakçısı olmadığını nümayiş etdirir. Olsa-olsa o çəpərin arxasında dayanıb, müharibə gedən ərazilərə boylanan insanlardan ola bilər. V. Xaçaturyan kimilər isə layiq olduqları cəzanı mütləq və mütləq alacaqlar. Buna T.Yaqublu və onun ermənipərəst dostları əmin olsunlar.
İ.ƏLİYEV