Lerik rayonu Anbu kəndində şəhid gizir Əhmədov Tural Əkrəm oğlunun doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, 2000-ci il avqustun 2-də dünyaya göz açan Tural Əhmədov 2021-ci il noyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.