Avqust ayının 2-də Biləsuvar rayonun Nərimankənd kəndində 2014-cü ilin avqust döyüşlərində şəhid olmuş Əliyev Pərvin Səlahəddin oğlunun və Hüseynov Rahil Əfsər oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olunub. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər Şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək baş sağlığı diləklərini çatdırıblar. Daha sonra kənd qəbirstanlığında şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Pərvin Səlahəddin oğlu Əliyev 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə”, müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli və “Qüsursuz xidmətə görə” II dərəcəli medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kiçik giziri Rahil Əfsər oğlu Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!