PDF Oxu

Siyasət

  • 2 030

“Azərbaycan ordusu müharibə dövründə olduğundan daha güclüdür” MÜNASİBƏT

“Azərbaycan ordusu müharibə dövründə olduğundan daha güclüdür” MÜNASİBƏT

“Paşinyan “Euronews” telekanalına müsahibəsində Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirsə də, reallıqda o öz hərəkətləri ilə sülhdən uzaq olduğunu nümayiş etdirir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün Paşinyana, sadəcə, şifahi şəkildə bildirdiyi parametrləri ilə Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənəddə imzası ilə təsdiq etmək və ölkəmizin daxili işlərinə müdaxilə hesab olunan hərəkətlərdən uzaq dayanmaq lazımdır: “Paşinyan beynəlxalq aktorlarla görüşlərdə özünü çox yazıq və məsuliyyətli kimi aparır. Amma danışıqlar prosesi başa çatmamış təxribatlar törədilməsinə tapşırıq verir. Bu, Paşinyanın dedikləri ilə əməlləri bir-birinə uyğun gəlmədiyini göstərir. Dövlət rəhbərləri dediyi sözün arxasında dayanırlar. Ona görə də, xalq öz taleyini və ölkənin gələcəyini dövlət başçısına etibar edir. Paşinyanda isə elə hərəkətlər heç vaxt müşahidə olunmayıb. O, həmişə bu gün deyilən sözün sabah əksini edir. Ona görə də, Paşinyanın sözlərinə nə inam, nə də etibar var. Onu da qeyd etmək istəyirəm ki, sülhün alternativi yoxdur. Çünki sülh olmadan müharibə aparmağa Ermənistanın nə gücü var, nə də cəsarəti. Bu gün Ermənistana dayaq dayananlar da heç vaxt Ermənistana görə Azərbaycanla müharibə etməz. Hamı Azərbaycanın ordusunun gücünü döyüş meydanında görüb. Bu gün Azərbaycan ordusu müharibə dövründə olduğundan daha güclüdür. Ermənistan rəhbərliyi özünü və xalqını aldatmaq əvəzinə Azərbaycanla münasibətləri normallaşdırsa, bu, ilk növbədə, özləri üçün yaxşıdır”.

GÜLYANƏ

Digər xəbərlər