PDF Oxu

Siyasət

  • 11 656

“Paşinyanın söylədikləri erməni riyakarlığından başqa bir şey deyil” MÜNASİBƏT

“Paşinyanın söylədikləri erməni riyakarlığından başqa bir şey deyil” MÜNASİBƏT

“N.Paşinyan bu günlərdə növbəti dəfə Azərbaycanla sülhə nail olmaq üçün əlindən gələni edəcəyini bəyan etdi. Bundan əvvəl- “sülh gündəliyindən imtina etsək, bu, Ermənistanın və Qarabağın sonu ola bilər”, - demişdi. Bu cür sülhpərvər bəyanlara baxmayaraq baş nazir “sülh sazişi”nin imzalanmasını mümkün qədər ləngitmək üçün əlindən gələni edir və bu davranışın səbəbini onun qəti addımlar atmağa, öz üzərinə məsuliyyət götürməyə qadir olmamasında axtarmaq lazımdır”. Bunu “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.

A.Səmədov onu da bildirib ki, ötən il Brüsseldə əldə olunmuş razılığa görə sülh danışıqları və Bakı-Xankəndi arasında ermənilərin hüquq və təhlükəsizliyinin təminatı barədə danışıqlar ayrılıqda aparılmalı, bu formatlar bir-birinə qarışdırılmamalıdır: “Belə bir öhdəlik götürməsinə baxmayaraq hər dəfə sülh sazişi müzakirə olunarkən Ermənistan təmsilçiləri Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini gündəliyə çıxarır və bununla da prosesi uzatmağa çalışırlar. Heç təsadüfi deyil ki, parlamentin sədri Alen Simonyan açıq şəkildə bəyan edib ki, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi qoyulmasaydı, “sülh sazişi”ni indiyə qədər 3-4 dəfə imzalamaq olardı”.

Bir neçə gün bundan əvvəl başlayan “humanitar yardım şousu” da sülh danışıqlarına zərbə vurmaq və yekun razılaşmanın imzalanmasını ləngitməyə yönəlib. Bir tərəfdən Ermənistan Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü və suverenliyini qəbul edir, digər tərəfdən, Azərbaycan hakimiyyətinə xəbər vermədən, onun razılığını almadan 361 ton humanitar yükü “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşısına gətirir. Üstəlik, 17 səfiri və 2 beynəlxalq təşkilat təmsilçisini yanına alaraq onları da “şou”nun ikinci dərəcəli, epizodik oyunçularına çevirir. Bütün bunlar göstərir ki, Nikol Paşinyanın sülh razılaşmasının imzalanmasını arzuladığı barədə söylədikləri erməni riyakarlığından başqa bir şey deyildir”.

GÜLYANƏ

Digər xəbərlər