PDF Oxu

Siyasət

  • 2 712

Müsavat TV-də "Master klass " TƏHLİL

Müsavat TV-də "Master klass " TƏHLİL

İttihamlar 90-cı illərin ritorikası, xəyanət, vəzifə hərisliyi, rüsvayçılıq... Bəli, söhbət Azərbaycanın dəyişməyən müxalifət "liderlərindən" gedir. Azərbaycan-Ermənistan arasında mümkün sülh ilə bağlı və ordumuzun "Qisas" əməliyyatı ilə bağlı danışılanlara, yazılanlara baxırdım. Təsadüfən qarşıma Nemət Pənah və Pənah Hüseyn çıxdı.. Müsavat TV-də Sevinc Telmanqızının verilişində iki Pənah "Debat" edirdilər, əgər elə adlandırmaq olardısa.

Bilirsiz, məsələ siyasət deyil, məsələ heç müxalifət də deyil. Məsələ burasındadır ki, bir iqtidara baxırsan, bir də bunlara adamın heyifi gəlir, bu cür iqtidarın belə müxtəlifəti var.

Bir tərəfdə dünyaya baş tutan, bölgədə lider olan, geosiyasi məkanda söz sahibi olan Azərbaycan iqtidarı, bir tərəfdə də bir-birlərini agent adlandıran, özlərini və tutduqları siyasi xətti xalq qarşısında biabır edən, aciz və cılız müxalifət siyasətçiləri.

Düzünü deyim, bu formada, belə bir mövzuda şərh vermək doğru olmazdı mənim üçün, lakin bugünkü gün üçün və siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi mərhələsində bu mövzu düşünürəm yetərincə yazılmalı və araşdırılmalı mövzudur.

Nə vaxt baxırsan müxtəlif media qurumları vasitəsi ilə siyasi partiyalar haqqında qanunu tənqid edir, qeydiyyat şərtlərini bəyənmirlər, lakin maraqlıdır, belə adamlar 90-cı illərin ritorikası ilə bir-birlərini xalq önündə təhqir edərək 5.000 üzvü necə və hansı formada partiyalarına qatmağı necə düşünürlər ?

Özlərini qonşu dövlətlərin xüsusi xidmət orqanlarının agentləri adlandıran müxalifət sabah iqtidar olsa, onda o belə çıxır ki, o iqtidar Azərbaycan xalqının yox, başqalarının olacaq.

Güclü dövlət üçün güclü xalq, güclü ordu, güclü iqtisadiyyat, güclü iqtidar olmalı olduğu kimi, həmçinin, güclü müxalifət də olmalıdır. Əslində, cənab Prezident İlham Əliyevin təsdiqlədiyi siyasi partiyalar haqqında qanun Azərbaycanda daha güclü partiyaların ictimai-siyasi meydanda söz sahibi olması üçün atılan addımdır. Həm də bu qanun bizə, yəni Azərbaycan xalqına nəyin necə olduğunu görməyimiz üçün bir şansdır.

Cəmil Həsənlinin "Soros" etirafı, Əli Kərimlinin beynəlxalq təşkilatlar etirafı indi də iki Pənahın vətənə, millətə, dövlətə xəyanət etirafları.

Azərbaycan xalqı yenidən AXC-Müsavat töküntülərinin üzlərini gördü. Düşünürəm bu kimi hallar bizə gələcək müqəddəratımızda yol göstərir və verəcəyimiz qərarlarda doğru istiqamət almağımız üçün kömək edir.

Pənah Hüseyn, Nemət Pənaha deyir ki, "sənin altında imzan olan etirafların var (əlində vərəqi qaldırır), sən özün meydanda azadlıq üçün toplaşan camaatı dağıtmaq üçün üç gün çalışdığını etiraf etmisən", yəni bunlar özlərini Azərbaycan azadlıq hərəkatının öndərləri sayırlar..

Ramin Bəhmənli,

YAP Ağdam rayon təşkilatının fəalı

Digər xəbərlər