Azərbaycan dövlət və cəmiyyət qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından tarixin mühüm dövrünü yaşayır. İqtisadiyyatın inkişafı, iqtisadi və sosial proqramların həyata keçirilməsi, böyük transmilli enerji nəqliyyatı layihələri uğurla davam edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, ölkəmizin beynəlxalq mövqeləri getdikcə möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin edilir. Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar kursu iqtisadiyyatda böyük uğurların əsasını qoymuş, ölkəmizdə mühüm irəliləyişlərə səbəb olmuşdur. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq aləmdə tanıdılması əməli məqsədlər idisə, son 20 ildə reallıqlar qarşıya yeni hədəflər, dövlətimizin müstəqilliyinin yüksəldilməsi üçün yeni vəzifələr qoyub. 30 ildir davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Son 20 ildə ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, aparılan mütərəqqi islahatlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın dünyada, o cümlədən dünya mediası arasında siyasi çəkisini getdikcə artırıb. Xəbər məlumatlarının aparıcı təchizatçılarından biri, Fransanın Lion şəhərindən səkkiz dildə (ingilis, ərəb, italyan, ispan, alman, portuqal, rus və fransız) peyk, kabel və yerüstü şəbəkələr vasitəsilə, 121 ölkədə 189 milyondan çox evi əhatə edən və gecə-gündüz yayımlanan “Euronews” telekanalıdır.
Cari ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibə verib. Dünya media nümayyəndələrinə davamlı müsahibə verən dövlətimizin Baçşısı, bu dəfə də sadəlik, tarixi faktlar və dürüstlük üzərində qurulmuş nitqi ilə, reallıqlara əsaslanaraq, Azərbaycan xalqının haqq səsini dünya ictimayyərinə çatdırdı. Müsahibədə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh üçün hazırrlıq işləri ilə bağlı, o cümlədən beynəlxalq iştirakçıların mövqeyi, 2020-ci il noyabrın 10-da Bəyanatının real mahiyyəti, Ermənistanın mövqeyi və sülh danışıqları və pespektivləri, Avropa İttifaqı (Aİ) ilə münasibətlər haqqında və ümumilikdə Aİ-nın və digər dünya güclərinin regionda baş verən istər təxribat xarakterli, istərsə də sülh prosesində vasitəçiliyindən danışıldı. Əbətdə ki, bunların hamısı ictimayyətə məlumdur, və müasir dünyada İT texnologiyaların güclü inkişafı fonunda heç kimə sirr deyil. Əfsuslar olsun ki, bəzi qüvvələr klassik siyasi manevrlərdən hələ də istifadə etmək niyyətindədirlər və bu günki reallıqlar, Azərbaycanın gündən-günə güclü olmasını, qüdrətini, regiona və dünyaya verdiyi tövhəni, o cümlədən verə biləcək potensiyalı həzm edə bilmirlər, müxtəlif formalı təxribatlara əl atırlar. Anlamırlar ki, rəhbəri Cənab İlham Əliyev olan Azərbaycanla, bu yanaşmaları istifadə etmək olmaz, azərbaycan xalqının gücünü, həmrəyliyinin nəzərə almaq lazımdır, Azərbaycanla atmacalar, təxribat, informasiya arenasında manipulyasiya dilində danışmaq olmaz.
Nəzərə alsaq ki, “Euronews” televiziyası Avropa məkanda yerləşir və Aİ-n təmsilçisidir və baş gərargahı Fransada yerləşir, yaxşı olardı ki, bu qurumun məsul şəxsləri daim diqqətində saxlasınlar ki, Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri də Avropa dövlətləri ilə əlaqələrdir. 1993-cü ildən Azərbaycan Avropa İttifaqı ilə əlaqələrdə maraqlı olduğunu bəyan edib və bu təşkilatla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd 1996-cı il aprelin 22-də imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş” olmuşdur. Ümummilli Lider Heydər Əliyev, 1999-cu ildə qüvvəyə minmiş və münasibətlərin hüquqi-normativ əsasını təşkil edən müqaviləni “Azərbaycan dövləti üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə” kimi qiymətləndirmişdir. Bu müqavilə cəmiyyətin müxtəlif sahələrində - siyasi, iqtisadi, mədəni, sosial və digər əlaqələrin inkişafına yönəlmişdi. 2017-ci ilin fevralında Aİ və Azərbaycan siyasi dialoqa, ticarətə və qarşılıqlı faydalı əməkdaşlığa təkan verməli olan yeni çərçivə sazişi üzrə danışıqlara başlamışdır. Post müharibə dövründə Aİ-nın sülhə dair təşbbüskarlığı normal xarakter daşıyır və bu işdə kifayyər qədər ciddi nəticələr almaq olar. Müsahibə zamanı cənab İlham Əliyevin dediyi kimi: ”Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir”.
Bu gün hər birimiz Azərbaycanın sürətli və hərtərəfli inkişafının şahidiyik. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq, müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkəmizin sürətli tərəqqisinin və davamlı inkişafının təmin edilməsi istiqamətində genişmiqyaslı işlər uğurla davam etdirilir. Son illər Respublikamız bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın genişləndirilməsi istiqamətində əsaslı addımlar atılır. Vətəndaşlarımızın maddi rifahının yüksəldilməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmlərinin liberallaşdırılması, iqtisadi inkişafın əsas amillərindən biri olan azad rəqabət üçün geniş imkanlar açılır. Tikinti-quruculuq işləri, abadlıq işləri geniş vüsət aldı. Ümumilikdə, uğurlar iqtisadi, siyasi, sosial və digər sahələri, eləcə də enerji layihələrini əhatə edir və paralel olaraq beynalxalq müstəvidə ölkəmizin və xalqımızın qüdrətinin artmasına ciddi tövhə verir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü