PDF Oxu

Siyasət

  • 1 882

Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını daima rəhbər tutur ŞƏRH

Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını daima rəhbər tutur ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Bu müsahibənin məhz mədəniyyət paytaxtımız Şuşa şəhərində baş tutması demək olar ki, xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.Möhtərəm Prezident İlham Əliyevin Avropanın ən böyük telekanallarından olan, çoxmilyonluq auditoriyaya sahib olan “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub desək yanılmarıq. Azərbaycan dövləti 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edib və bu gün Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə olunması istiqamətində əməli fəaliyyət göstərir. Qazanılan Zəfər təkcə silahın gücü deyil, Prezidentin, millətin liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsi idi. Möhtərəm Prezidentimizin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması, əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.Məlumdur ki, ermənilərin “təbliğat maşın”ı yalan, böhtan, iftira üzərində qurulan bir mexanizmdir. Mənfur ermənilərin “təbliğat maşınıları”nın istehal etdiyi uydurma, saxta məlumatlar əsrlərdən bəri indi də davam edir. Onlar indi də guya azərbaycanlıların “zavallı ermənilərə” qarşı “qəddarlığ”ı barədə dünya ictimaiyyətini inandırmağa cəhd edirlər. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı sayəsində hər zaman ermənilərin yalanları ifşa edilir, həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırılır. Prezident İlham Əliyevin informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacarır. Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət və perspektivlərlə bağlı sualları cavablandırmaqla yanaşı bir sıra digər mühüm siyasi proseslərlə bağlı da mövqeyini açıqladı. Cənab Prezidentin digər müsahibələrində olduğu kimi bu müsahibə də konkret tərəflərə ünvanlanmış mesajlarla zəngin idi. İlk olaraq 2020-ci il 10 noyabr bəyanatına toxunan ölkə başçısı həmin sənədin sülh razılaşması deyil, məhz kapitulyasiya aktı olduğunu xatırladaraq ölkəmizin yekun sülhün həlli üçün konkret təşəbbüslərlə çıxış etdiyini bildirdi. Həqiqətən də sülh sazişinin prinsiplərini müəyyən edən və bu prinsipləri irəli sürərəkən beynəlxalq hüququn prinsiplərindən çıxış edən tərəf məhz elə Azərbaycan olub. Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq məhz bizim sülh təklifi ilə çıxış etməyimizin beynəlxalq ictimaiyyət tərəfindən də bilinməsi olduqca vacibdir.Azərbaycan Ermənistanla sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq. Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir.

Nicat İsmayılov

YAP Yasamal rayon Akim Abbasov 73 E ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər