PDF Oxu

Siyasət

  • 1 914

Prezident İlham Əliyev çıxışı ilə dünyaya mühüm mesajlar verdi ŞƏRH

Prezident İlham Əliyev çıxışı ilə dünyaya mühüm mesajlar verdi ŞƏRH

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dönəmində olduğu kimi, postmüharibə dövründə də hər dəfə xarici media orqanlarına verdiyi müsahibələrində hər bir Azərbaycan vətəndaşının ürəyindən keçənləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Dövlətimizin başçısının “Euronews” kanalına müsahibəsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı, ordusu, dövləti İkinci Qarabağ müharibəsində yalnız Ermənistana deyil, bütün dünyaya cəsarətini, əzmini göstərmiş oldu. Bunun qarşısında isə Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına qol çəkdi. Lakin həmin vaxtdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan hökuməti hər zaman olduğu kimi yalanları və bəhanələri ilə normallaşma prosesinə əngəl törədir. Ermənistan tərəfi sülh sazişini imzalamaq prosesindən yayınmaqla yalnız özünə ziyan vurur. Azərbaycan dövləti onun ərazisində yaşayan erməniləri 30 illik işğal dövründə olduğu kimi, indi də digər xalqların nümayəndələri kimi himayə etməyə hazırdır. Mən özümdən nümunə çəkmək istəyərdim ki, məktəbdə oxuduğumuz dövrdə də, bu gün də qonşuluğumuzda ermənilərin yaşadıqlarının şahidi olmuşuq. Onlara Azərbaycanda yaşamaq çətin və mümkünsüz olsaydı, çoxdan çıxıb gedərdilər. Azərbaycan xalqı tarixboyu tolerantlığı ilə seçilib. Hətta bəzi məqamlarda həddən artıq tolerant olmağımız bizim əleyhimizə işləyib. Amma Azərbaycan dövləti və xalqı heç nəyə baxmayaraq, tolerantlıq dəyərinə hər zaman sadiqdir. Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi müsahibəsində söylədiyi kimi, ölkəmizin ərazisində yaşayan ermənilərin bütün hüquqlarının, ümumiyyətlə, rahatlığının təminatçısıdır. Amma Qarabağda yaşayan erməni əhalinin Azərbaycan dövlətinə qarşı saymamazlığı artıq onu seçim qarşısında qoya bilər. Bu seçimi Azərbaycan tərəfinin öz ərazisində yaşayan ermənilərə verməsi isə onun legitim hüququdur. Ya yaşadığın ölkənin ərazi bütövlüyünü tanıyıb dövlətinə, qanunlarına hörmət edib tabe olacaqsan, ya da özünü hansı ölkədən hiss edirsənsə, gedib orada məskunlaşacaqsan. Dövlətimizin başçısı müsahibəsində Laçın yolu və daşınmalar üçün alternativ marşrut təklifi haqqında geniş məlumat verməklə Ermənistanın “humanitar vəziyyət” və “blokada” ilə bağlı dezinformasiyalarının dünya ictimaiyyətinin aldadılmasına yönəlik siyasi manipulyasiya olduğunu sübuta yetirdi.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi qurulduqdan sonra da hərbi təxribatlar törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, silah və təhlükəli yüklərin daşınmasını müsahibə vasitəsilə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Digər məqamlardan biri də Azərbaycanın Qarabağdakı erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün alternativ Ağdam-Xankəndi yolundan istifadənin səmərəli və daha funksional olması haqqında idi.

Məhz bu təklifin regionda maraqlı nüfuzlu iştirakçılar tərəfindən dəstəklənməsinin səbəbi beynəlxalq hüquqla Azərbaycanın legitim addımlarına dəstəkdən başqa, həm də bu marşrutun zaman və məsafə baxımından daşınmalar üçün daha səmərəli olmasıdır. Prezident qeyd etdi ki, alternativ Ağdam-Xankəndi yolundan istifadə təklifinin Avropa İttifaqı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bu təkliflərə qarşı çıxır və təxribatlara əl atır. Azərbaycan Prezidenti Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirdi və xüsusi olaraq vurğuladı ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir. Jurnalistin Ermənistan vətəndaşlarının diqqətinə hədəflənən sualı ətrafında Azərbaycan Prezidentinin cavabı bir neçə istiqamətdə hədəfli idi. Prezident Azərbaycanın sülh və sabitlik məqsədilə atdığı addımların regionda bütün iştirakçıların maraqlarına cavab verməsi və ən əsası, ölkəmizin regionda sülh və sabitlik üçün səylərinin davamlı etdirəcəyini təkcə Ermənistana deyil, həm də bütün dünya ictimaiyyətinə çatdırdı.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər