PDF Oxu

Siyasət

  • 1 341

Azərbaycan-Rusiya münasibətləri balanslaşdırılıb ŞƏRH

Azərbaycan-Rusiya münasibətləri balanslaşdırılıb ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə bir çox məsələlərə münasibət bildirmişdir.Müsahibədə Azərbaycan-Rusiya münasibətlərinə də toxunulub. Bu gün Rusiya-Azərbaycan münasibətləri barədə birmənalı şəkildə danışmaq çətindir. Çünki Rusiyanın tarixinə baxsaq görərik ki, bu ölkə qonşularla daim problemlər yaşanıb. Yəni ortada münaqişələr, işğallarla dolu bir tarix var. Məsələn, ən yaxın tariximiz olan cümhuriyyət dövrünü götürsək görərik ki, Rusiya bərabərhüquqlu münasibətlərin qurulmasına heç də can atmayıb,daim özünü “böyük qardaş” statusunda görüb. Nəticədə bolşevik Rusiyası 28 aprel 1920-ci ildə Azərbaycanı işğal edib. Qaldı ki, 1991-ci ilin 18 oktyabrından dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrə, Rusiya-Azərbaycan münasibətlərində yenə də problemlər qalırdı. Çünki Qarabağ problemini yaradan yenə də Rusiya idi. Əvvəlki illərdə olduğu kimi, erməni kartından istifadə edərək bunu yaratmışdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Rusiya münasibətlərində, demək olar ki, dönüş yarandı. Yəni artıq qardaş Türkiyənin təsiri ilə Azərbaycanın regionda daha da güclənməsi və Rusiya-Ukrayna müharibəsinin təsiri regionda yeni vəziyyət yaratdı. Bu, Rusiya ilə Azərbaycan arasında bərabər səviyyəli münasibətlərin inkişafına kömək etdi. Əgər Rusiya qısa vaxt ərzində Ukraynanı ələ keçirsəydi, o zaman münasibətlər tamam başqa müstəvidə ola bilərdi. Bu zaman Rusiyada imperiyapərəst siyasət daha da güclənə bilərdi. Rusiyanın Ukraynaya hücumunda məqsəd keçmiş SSRİ-ni bərpa etmək idi. Ancaq indiki vəziyyətdə həm Azərbaycanın güclü dövlət olması, həm qardaş Türkiyənin Azərbaycanla Şuşa Bəyannaməsi imzalaması artıq yeni bir dövrün başlanğıcı deməkdir. Bu da Azərbaycan-Rusiya münasibətlərinin bərabər səviyyəli münasibətlərə gəlib çatmasına kömək edir. Azərbaycanla Rusiya arasında mədəni münasibətlər hər zaman olub. Ticarət-iqtisadi əlaqələr daim inkişaf etdirilib. Hazırkı dövrdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Azərbaycan buna qoşulmayıb. Bu da indiki bərabərsəviyyəli münasibətlərin daha da inkişafına kömək edir. Prezidentin çıxışında səslənən fikirlər də məhz müasir dövrdəki münasibətlərə söykənir. Çalışmaq lazımdır ki, bu münasibətlər daha da inkişaf etsin. Rusiya-Azərbaycan münasibətlərinin yolunda olması Ermənistanı narahat edir. Çünki bu, qarşı tərəfə öz mənfur planlarını həyata keçirməyə imkan vermir. Münasibətlərin yaxşı olması Qarabağ məsələsinin birdəfəlik həllinə, Zəngəzur dəhlizinin açılmasına təkan verəcək. Nəticə etibarı ilə bütün bunlar Qafqazda sülhün bərpa olunmasına töhfə verə bilər”. Ermənistan da öz növbəsində Rusiya ilə münasibətlərdə sabit xətt nümayiş etdirmir. Son vaxtlar Rusiyadan çox Qərbə üz tutan Ermənistan “ikili” oyun oynayır. Lakin artıq “ oyunlara “, “şoulara” yer qalmayıb. Əlahəzrət fakt, faktlığında qalır: Azərbaycan haqlı mübarizə aparır və bu mübarizə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ədalətin kəndiri nazilər, heç vaxt qırılmaz.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər