PDF Oxu

Siyasət

  • 2 194

Erməni vəhşiliyi tarixin qan yaddaşından silinməyəcək TƏHLİL

Erməni vəhşiliyi tarixin qan yaddaşından silinməyəcək TƏHLİL

Ermənilər xarici güclərin hərbi-siyasi dəstəyilə Azərbaycan ərazilərinə köçürüləndən millətimiz üçün islaholumaz düşmənə çevrilib. Özlərinə yer seçib yaşamağa başlayandan məqsəd və məramları azərbaycanlıları soyqırıma məruz qoyub, şəhər və kəndləri dağıtmaq olub. Məkrli istəklərinə də nail oublar. İki yüz il ərzində iki milyondan çox azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məskəni dağıdılaraq yer üzündən silinmişlər. Vəhşi toplum insanları qətlə yetirib, torpaqlarımızı işğal etdikləri zaman maddi mədəniyyət nümunələrini, tarixi abiələrimizi də məhv etmişlər. Təkcə Şuşa şəhərində 600-dən artıq mədəniyyət nümunələrini vandallar məhv etmişlər. Düşmən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Əminəm ki, yağı düşmən döyüş meydanında əzildiyi kimi bəşəriyyət qarşısında da rəzil ediləcək. Demokratik düşüncəli dünya xalqları, ədalətli mövqe sərgiləyən beynəlxalq təşkilatlar ermənilərin layiqli şəkildə cəzalandırılması üçün sərt tədbirlər görəcək, qərarlar qəbul edəcəklər. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi tarixi fikiri xatırlamaq yerinə düşərdi: “Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”.

Tarixi qələbəmiz davamlı olacaq

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. “Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”. Erməni vəhşi toplumu işğaldan azad olunmuş ərazilərdə məscidləri, mədrəsələri, körpüləri dağıtmış və bəzi hallarda məscidlərdə heyvan saxlamaqla bəşəri dəyərləri təhqir etmişlər. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və digərləri erməni vandalizminin qurbanı olmuşlar. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.

Tarixi sənədləri araşdırarkən bəlli olur ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. Mövcud sənədlər hal-hazırda nəinki Azərbacanın dövlət arxivlərində. eləcə də Sankt-Peterburq, İrəvan, İstanbul arxivlərində də saxlanılır. Həm də məlum olur ki, İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər". Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. Tarix ədaləti bərpa edir. Hər zaman belə olub, bu gün də belə olacaq. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir

Söz yox ki, erməni vəhşi toplumu vandalizm əməllərini Qərbi Azərbaycan ərazlilərində də davam etdirmişdir. Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələrini də qeyd etməliyik. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdlarını tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir". Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir. Burada mövcud olan qəbiristanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu torpaqlara qayıdış əsas hədəflərimizdəndir. İnanıram və həm də əminəm ki, hərbi, siyasi, diplomatik qələbəmiz Zəngəzura, İrəvana və digər Qərbi Azərbaycan toppaqlarına qayıdışımızla davam etdiriləcək.

İ.ƏLİYEV

Digər xəbərlər