PDF Oxu

Siyasət

  • 1 501

Azərbaycanın sülh təklifi rəsmi İrəvan üçün son şansdır ŞƏRH

Azərbaycanın sülh təklifi rəsmi İrəvan üçün son şansdır ŞƏRH

44 günlük Şanlı Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu “məğlubedilməz ordu” mifini darmadağın etdi və döyüş meydanında tarixi ədaləti pərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında söz sahibinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi və müsahibə zamanı səslənmiş olan firkirlər çox mühüm geosiyasi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış vəziyyətə toxundu və qeyd etdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış sənəd sülh sazişi olmasa da müharibəni dayandırmaq üçün Bəyanatdır. Amma buna baxmayaraq üçtərəfli sənəd əslində Ermənistanın kapitulyasiya aktıdır. Sözsüz ki, bundan sonra yekun sülh sazişinin əldə edilməsi məqsədilə müəyyən təşəbbüslərə ehtiyac var idi. Məhz bu kontekstdə Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Azərbaycanın Ermənistana təklif etdiyi sülh prinsipləri ərazi bütövlüyü, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn müddəalarına əsaslanır. Bu, təbii ki, 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq Azərbaycanın yeni sülh təşəbbüsüdür.

Azərbaycan sülh təklifi rəsmi İrəvan üçün son şansdır və Ermənistan tərəfi bu təklifi dəyərləndirməlidir. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlar Azərbaycanın diktə edən tərəf kimi formalaşmasına böyük zəmin yaratmış oldu. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Qeyd edək ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması qaçılmazdır, çünki başqa yolu yoxdur və xüsusilə vurğulamaq lazımdır ki, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bunun başqa alternativi yoxdur!Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir. Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarından biri də Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Ermənistan tərəfi hələ də bu öhdəliyi yerinə yetirməyib. Ermənistanın siyasi rəhbərliyinin bu qərəzli mövqeyi öz ölkəsini və xalqını uçuruma aparmaqdadır.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər