PDF Oxu

Siyasət

  • 2 156

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi - TƏHLİL

Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Biz ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq"

"2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi". Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Azərbaycanın Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladığını və ictimaiyyət qarşısında bunu açıqladığını vurğulayan dövlətimizin başçısı bildirib: “Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq”.

"BİZ NƏ BU GÜN, NƏ DƏ GƏLƏCƏKDƏ NÖVBƏTİ MÜHARİBƏ İSTƏMİRİK"

Bəli, Azərbaycan həmişə qalib olub və bu gün də qalib ölkə olaraq şərtləri keçərlidir. Lakin ermənilərin “təbliğat maşın”ı yalan, böhtan, iftira üzərində qurulan bir mexanizmdir. Mənfur ermənilərin “təbliğat maşınıları”nın istehal etdiyi uydurma, saxta məlumatlar əsrlərdən bəri indi də davam edir. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı sayəsində hər zaman ermənilərin yalanları ifşa edilir, həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırılır. Prezident İlham Əliyevin informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacarır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə son vəziyyət və perspektivlərlə bağlı sualları cavablandırmaqla yanaşı bir sıra digər mühüm siyasi proseslərlə bağlı da mövqeyini açıqladı və bu müsahibə konkret tərəflərə ünvanlanmış mesajlarla zəngin idi. Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır.

"AVROPA İTTİFAQI ƏN YAXŞI VASİTƏÇİ OLA BİLƏR, ÇÜNKİ BİZİM İTTİFAQLA MÜNASİBƏTLƏRİMİZ QARŞILIQLI HÖRMƏTƏ, ETİMADA VƏ MARAQLARA SÖYKƏNİR"

Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də aparılan danışıqlar və vasitəçilərlə bağlı oldu. Xüsusilə də Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlara toxunan ölkə başçısı bildirdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim İttifaqla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Onu da vurğulamaq lazımdır ki, Aİ-nin ədalətli vasitəçi olmasına ümidlər bu birliyin regionda sabitlikdə maraqlı olmasından irəli gəlir. Qurum bölgə ölkələrinin dayanıqlı inkişafında maraqlıdır. Avropa İttifaqı yaxşı başa düşür ki, sülh olmadan dayanıqlı inkişafı təmin etmək faktiki olaraq mümkün deyil. Sözsüz ki, burada Aİ-nin özünün iqtisadi maraqları da vacib rol oynayır. Onu da vurğulamaq lazımdır ki, bölgədə sabitliyə nail olmaq yeni qlobal əhəmiyyətli layihələrin icrası üçün əsas şərtdir. Odur ki, Aİ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının tezləşməsinə çalışır. Çünki sülh sazişi nə qədər tez imzalanarsa, bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, Avropa İttifaqının özü üçün də bölgədə yeni imkanlar aça bilər.

Bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan üçün vasitəçinin kim olmasından asılı olmayaraq yekin nəticə vacibdir. Prezident İlham Əliyev cənabları da də bu məqama toxunaraq demişdir: "Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir.

Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik".
Dövlət başçımızın bu mesajı faktiki olaraq vasitəçi qismində çıxış edən bütün tərəflərə ünvanlanan mesajdır. Çünki Azərbaycanın mövqeyi bəllidir: ədalətli sülh sazişi ilə nəticələnən təşəbbüsləri dəstəkləmək. Çünk…

"AVROPA İTTİFAQI ƏN YAXŞI VASİTƏÇİ OLA BİLƏR, ÇÜNKİ BİZİM ONUNLA MÜNASİBƏTLƏRİMİZ QARŞILIQLI HÖRMƏTƏ SÖYKƏNİR"

1992-ci ildən etibarən, hələ işğal dövründə danışıqlar apardığımız zaman Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki düşünürük ki, Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir.

Xüsusən İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyət göstərmədiyini qeyd edən dövlətimizin başçısı bildirib: “Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”.

"ERMƏNİSTAN ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ MÜBAHİSƏLƏNDİRƏN BÜTÜN İDDİALARINI KƏNARA QOYSA, TEZLİKLƏ SÜLH VARİANTINI TAPA BİLƏRİK"

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun: "Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək".

"MÜHARİBƏDƏ QALİB GƏLMƏK MƏNİM HƏYATIMIN, SİYASİ HƏYATIMIN MİSSİYASI İDİ VƏ O UĞURLA BAŞA ÇATDI. BİZ MÜHARİBƏDƏ QALİB GƏLDİK”

Ölkə başçısı öz müsahibəsində 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəyə xüsusi olaraq toxunaraq bildirdi ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik”.

“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”, – deyə Azərbaycan Prezidenti bir daha diqqətə çatdırdı. Eyni zamanda, ölkə başçımız müsahibəsində açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq Konstitusiyamıza uyğun şəkildə ölkəmizdə yaşayan bütün xalqların istifadə etdiyi və faydalandığı hüquqlardan yararlana bilərlər. Əks halda, onlar ölkəni tərk etməlidirlər. Daha dəqiq desək, Qarabağda yaşayan ermənilərin iki yolu var. Təbii ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində bütün xalqların, vətəndaşların hüquqlarını qoruyur və buna təminat verir. Ona görə də bu məsələ bir daha Prezident İlham Əliyevin müsahibəsində xüsusilə qeyd olundu. Laçın yolu ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycanın regiondakı dəyişikliklərlə, o cümlədən Ermənistanla bağlı mövqeyi açıq şəkildə bəyan edildi.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının “Euronews”a müsahibəsindəki ciddi mesajlar, cəsarətli, qətiyyətli fikirlər həm Ermənistana, həm də onun havadarlarına xəbərdarlıq kimi də qəbul edilməlidir. Beləliklə, bu gün Ermənilər iki yoldan birini seçməlidirlər. Ya Azərbaycan vətəndaşı kimi öz hüquq və vəzifələrinə sahib çıxmalı, ya da keçmişdə olduğu kimi növbəti dəfə özləri özlərini uydurma “soyqırımına” məruz qoyub torpaqlarımızı tərk etməlidirlər”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər