Ucuz rolun düşük trolları anlamırlar ki, Rasim Balayev kimi böyük sənətkarla ancaq fəxr edib, qürur duymaq olar
Tam qətiyyətlə demək olar ki, dağıdıcı müxalifətin yaxın vaxtlarda düzəlməsi və normal düşüncə axarı ilə fəaliyyət göstərməsi mümkün deyil. Ən azı ona görə ki, dağıdıcı müxalifətin qazanı xarici maraqlı dairələrin ayırdığı maliyyə vəsaiti hesabına qaynayır. Hələ də “Milli Şura”nın sədri Cəmil Həsənli “Soros” Fondunun (özü müsahibəsində etiraf edib ki, “Soros”dan aylıq maaş alıb) ayırdığı pullardan özünə əyin-baş alır, qarnına çörək yeyir. Hələ də AXCP sədri Əli Kərimli müxtəlif qaranlıq dairələrin maliyyəsindən bəhrələnib, İngiltərədəki ailəsinə ev-eşik alıb, övladlarının eyş-işrət məclislərində kef etmələrinə şərait yaradıb. Eynilə Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri də özlərinə maddi cəhətdən yüksək təminatı xarici dairələrin hesabına qururlar. Təbii ki, gəliri, çıxarı xarici ağalarının ayırdığı pullardan asılı olan müxalifət liderlərinin Azərbaycanın milli və dövlətçilik maraqlarından çıxış etmələri inandırıcı deyil. Yalnız o halda susa bilərlər ki, xarici qüvvələrlə aralarında ciddi problemlər yaransın. Hazırkı məqamda tərəflər arasında belə bir problem görünmür. Hələ ki, sıx və geniş əlaqələrə malikdirlər. Əli Kərimlinin, Tofiq Yaqublunun, Cəmil Həsənlinin Ermənistandakı revanşistlərin, Laçın sərhəd keçid məntəqəsi yaxınlığında təxribatlar törətməyə cəhd edən ermənilərin səsinə səs vermələri xəyanətkar amplualarından irəli gəlir. Hər məqamda ölkəmizdə gedən inkişafı qara eynəkdə görmək, sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımları inkar etmək onlara verilən tapşırıqdan irəli gəlir. Bu məxluqlar bir dəfə də olsun Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi zəfərlə bağlı sevincli fikirlərlə xarici radiostansiyalara, TV-lərə və ya mətbu orqanlara açıqlamalar verməyiblər. Əksinə, Ə.Kərimli, T.Yaqublu, C.Həsənli parlaq hərbi, siyasi, diplomatik qələbəmizə kölgə salmağa çalışıb və erməni dayılarısayağı fikirlər səsləndiriblər.
Dağıdıcı müxalifətin ermənilərin səsinə səs vermələri onların satqın xislətindən irəli gəlir
Sosial şəbəkələrdə yazılanlara istinadən demək olar ki, dağıdıcı müxalifətin başbilənləri az qala günün əsas hissəsini sosial şəbəkələrdə keçirirlər. Yazdıqları, paylaşdıqları ancaq şər və böhtandan ibarətdir. Onlardan bəzilərini qeyd edirəm ki, oxucular da tanış olub, müxalifətçilərin necə bir erməni dəyirmanına su tökən qərəzli insanlar olduqlarını bir daha görsünlər: Növbəti dəfə deputat seçilə bilmədiyi üçün simasını dəyişib, simasıza çevrilən “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli yazır: “Dünən bu haqda yazmışdım, bu gün xəbəri gəldi. Qubad bəylə bağlı sanksiya tələbləri səslənəcək və get-gedə artacaq. Söhbət təkcə Qubad İbadoğlu kimi bir ziyalının, alimin həbsdə məhv edilməsinin Azərbaycan üçün Maqnitski perspektivləri açmasından getmir”. “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu sərsəm ifadələrlə yenidən ucuz layk qazanmağa çalışıb. Yazır ki, ölkəmizdə o qədər hadisələr baş verir ki, cavab statusları yazmağa vaxt çatdıra bilmədiyindən, dostlarının köməyindən (yəqin ki, AXCP-dəki troll dəstəsinin rəhbəri İlham Hüseynli nəzərdə tutulur) istifadə edir. Bu, o T.Yaqubludur ki, ermənilərə xoş gəlib erməni lobbisindən aldığı maliyyə yardımlarının artırılmasına nail olmaq üçün Koçaryan, Sarkisyan, Vardanyan və digər yanlar kimi danışıb, ermənilərin maraqlarına uyğun ifadələr səsləndirir. Hələ utanıb çəkinmədən Qarabağdakı erməni separatçılarına statusun verilməsi kimi cəfəng fikir söyləyir.
Özünü “bloger” kimi sosial şəbəkələrdə təbliğ etməyə çalışan Əfqan Muxtarlı: “Türkiyə növbəti dəfə milli və qoşulduğu beynəlxalq qanunları pozaraq gənc alim Fazil Qasımovu həbs edib Azərbaycana təhvil verib. Qasımov evində həbs edilib, əvvəl deport kampına aparılıb daha sonra Azərbaycan səfirliyinə təhvil verilib”. Arayış üçün qeyd edim ki, bu, o Əfqan Muxtarlıdır ki, ermənilərlə işbirliyinə gedib Azərbaycana qarşı cəsusluq etdiyi üçün həbs edilmişdir. Sonradan dövlətimiz böyük humanistlik göstərərək onun azadlığa çıxmasını həyat keçirdi. Bu gədə də böyük xeyirxahlığı dəyərləndirib, xalqımıza, hakimiyyətə minnətdarlıq etməkdənsə, AXCP sədri Əli Kərimlinin dəstəsinə qoşulub trolluq edir. Sosial şəbəkələrdə Azərbaycan dövlətinə və xalqına qarşı ittihamlar irəli sürür. Görünür, bu məxluq həbsxana üçün darıxıb. Belə hal yaranarsa, Ə.Muxtarlıya humanistlik göstərilməyəcək. Çünki qanunvericiliyə görə, bir şəxsə yalnız bir dəfə amnistiya aktından yararlanmaq şansı verilir. Ondan da Ə.Muxtarlı istifadə edib.
“Ey bədbəxt, sənin gözlərində tor var”.
AXCP RH-nin üzvü Fuad Qəhrəmanlı sosial şəbəkələrdə yaramaz statusları ilə özünü söydürənlərdəndir. Çünki bu məxluq əxlaqdan, mənəviyyatdan tez-tez statuslar paylaşır. Halbuki, bu şəxs söylədiklərini ailəsinə qarşı qəddar rəftarı ilə çoxdan itirib. Hər şeyini itirmiş bu məxluq yazır: “Bu fikirləri müxalifətçi olaraq deyil, doğrudan da, bəzi suallara cavab almaq marağı olan insan kimi yazıram. Azərbaycan hakimiyyətində olanları gerçəkdən də anlamaq olmur, nə istəyirlər, niyə belə edirlər”. AXCP RH-nin üzvü İlham Hüseyn, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azadlıq qəzetinin yazarı Səadət Cahangir, Altay Göyüşov və digərləri isə Azərbaycanın tanınmış aktyoru, “İstiqlal” ordeni ilə təltif olunan Rasim Balayevi məsxərəyə qoyurlar, onun sənətinə və şəxsiyyətinə alçaldıcı ifadələr yazırlar: “Tarix də maraqlı şeydir ki, dövrünün hakimlərinə qarşı asilikləri və cəsarətləri ilə tarixə düşmüş Nəsimi və Babəkin rolunu yaltaq və qorxaq Balayev canlandırıb. Ona görə də Nəsimi ilə Babəkin aqibəti edam, Balayevinki isə medal almaq olub. İndi tarixin də maraqlı tərəfi elə ondadır ki, ölümündən sonra Balayev kimilər haqqında kino çəkmirlər, məhz elə Nəsimilər və Babəklər haqqında çəkirlər. Ölüm isə hamımız üçün var, hamının da həyatı qısadır”. Bu ucuz rolun, düşük trolları anlamırlar ki, Rasim Balayev kimi böyük sənətkarla ancaq fəxr edib, qürur duymaq olar. Onun oynadığı rollar dünya kino fondunun qızıl səhifəsinə daxil olub. Ə.Kərimlidən göstəriş alaraq biriniz “İrasim” digəriniz “Yalıncıq” deyə aşağılamağa çalışarkən unudursunuz ki, sizlər Rasim Balayevin ayaqqabısının tozu ola bilməzsiniz. Elə “Babək” filmində Babəkin dediyi kimi, “Ey bədbəxt, sənin gözlərində tor var”. Belə demək də olar, ay yazıq və bədbəxt trollar, sizlərin gözlərinizdə tor var, yaxşı olardı ki, ayılın və dünyaya günəş kimi doğan Azərbaycanda gedən işıqlı, qürurverici işlərə baxın.
İ.ƏLİYEV