PDF Oxu

Siyasət

  • 2 512

"Yaxşı olar ki, Əli Kərimli bunları da "Vaşinqton Post"da desin" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yaxşı olar ki, Əli Kərimli bunları da "Vaşinqton Post"da desin" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün başda ABŞ olmaqla, Qərb demokratiya, insan hüquqları və azadlıqları deyil, anti-demokratiya ilə insanları təsir altına salır. Onlar həmin ölkələrin imicinə ziyan vurmaqla məşğuldurlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.Onun sözlərinə görə, "Vaşinqton Post" bu gün Azərbaycanda gedən prosesləri ədalət və haqq yolu ilə işıqlandırsa idi, möhtəşəm işlərə nəzər salardı: "Digər tərəfdən 30 il Azərbaycanın düşdüyü bəlaları, erməni faşizminin mahiyyətini, Azərbaycan xalqının zülmlərə düçar olmasını öz səhifələrində bir dəfə işıqlandırar, hadisələrə obyektiv qiymət verərdi. Amma çox təəssüflər olsun ki, "Vaşinqton Post" bunu etmədi və etmək fikrində də deyil. Çünki onun məqsədi müstəqilliyini qazanan, sərbəst müstəqil siyasət yeridən dövlətləri müəyyən vasitələrlə təsir altına salmaq, onlara öz müstəqilliyini qoruyub saxlamamaq üçün maneələr yaratmaqdadır.Bu günləri ölkə rəhbəri və Azərbaycan dövləti haqqında çox mənfur, reallığa əsaslanmayan fikirlər yürüdülür. Bunun kökü həm xaricdə oturan ermənipərəst qüvvələr və onlara dəstək verən yerli müxalifət, eləcə də Azərbaycanda olan Əli Kərimli kimi insanlardır.Əgər Əli Kərimli bu gün həmin yazının dərc olunmasından narahat olub bunu Azərbaycana bir xəbərdarlıq kimi qiymətləndirirsə, yaxşı olar ki, həyata keçirilən işləri, qazandığımız tarixi qələbələri, bu gün ermənilərin yeritdiyi təxribatları, ermənilərin şaiyələrini də dilə gətirsin və Azərbaycan xalqının hansı cəbhədə necə gərgin mübarizə apardığını bildirsin. Ermənilərin tərəfini saxlayan Azərbaycan əsgərlərini təcavüzkar adlandıran, Azərbaycan xalqını işğalçı hesab edən mənfurlara qarşı da cavab versin. Bildirsin ki, bu insanlar öz torpaqlarını düşməndən azad ediblər və öz haqq-hüquqları uğrunda mübarizə aparıb, 30 il cəhənnəm əzabı çəkiblər, ev-eşiklərindən didərgin düşüblər. Yaxşı olar ki, Əli Kərimli bunları da "Vaşinqton Post"da desin.Hansısa bir balaca məqalədə Azərbaycan haqqında mənfi bir fikir yazılanda bu çox böyük ajiotaj yaradır və müxalifət də bundan ləzzət alır. Əslində buna sevinmək olmaz. Azərbaycan xalqını və vətənini sevən hər bir kəs bundan narahat olmalıdır ki, niyə mənim dövlətim haqqında belə mənfur fikirlər yürüdürlər. Niyə Qərb Azərbaycan xalqının nəaliyyətləri haqqında yazmır?! Çünki bu gün bütün dünya deyirsə, Azərbaycan Qafqazda aparıcı dövlətdir, Azərbaycan iqtisadiyyatı inkişaf edib, Azərbaycan viran olunmuş torpaqlarında yenidərqurma işləri aparır. Lakin bizim müxalifət bunun əksini görür. Bu belə olmamalıdır. Xırda məsələləri şişirdib xalqı aldatmaq olmaz. Xalq artıq Qərbin də, onların mətbuat orqanlarının da yazdıqlarına inanmır. Çünki bu yalan və əsassız faktlardır. Ona görə də düşünürəm ki, belə məqalələr bizi öz yolumuzdan döndərə bilməz. Ağlı başında olan insanlar belə böhtan xarakterli bəyanatlara heç vaxt inanmazlar".

Ayşən Vəli

Digər xəbərlər