PDF Oxu

Siyasət

  • 2 511

Qarabağ ermənilərinin xilas yolu - Azərbaycan qanunlarına tabe olmaq - TƏHLİL

Qarabağ ermənilərinin xilas yolu - Azərbaycan qanunlarına tabe olmaq - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Əgər düzgün seçim etsələr, onlar da Azərbaycan cəəmiyyətinin bir hissəi olaraq normal həyat yaşayacaqlar"
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, qalib ölkə olaraq Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır.Qalib Komandan kimi Azərbaycvn Prezidenti İlham Əliyev hər zaman açıqlamalarında bildirir ki, sülhün qorunması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərmayə qouluşu üsün real zəmin yaratmış olacaq. Və…
ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİNİN YEGANƏ ÇIXIŞ YOLU OLDUĞUN ANLAYIR
Prezident İlham Əliyev iyulun 22-də Şuşada "Euronews" televiziyasına müsahibə zamanı ölkə başçımız bir sıra vacib məqamlara toxunub. Dövlətimizin başçısının da vurğuladığı kimi, 10 noyabrda imzalanan sənəd Bəyanatdır, sülh müqaviləsi deyil. Azərbaycan sülh müqaviləsinin bağlanmasında maraqlı olan tərəfdir.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Ölkə başçısı Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsi zamanı bir daha sülhün vacib olduğunu vurğuladı və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə, erməni icmasına və Ermənistandakı ermənilərə bir sıra vacib mesajlarını çatdırdı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, “Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.”Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni azlıqlarınada mesajını çatdıraraq qeyd etdi ki, “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk.”Çünki bu gün Azərbaycan bütün dünyada sülhsevər ölkə olaraq tanınır. Və erməni havadarları istisna olmaqla bütün dünya İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı haqq savaşı olduğunu qəbul edir. Bunlarla yanaşı, qalib ölkənin öz düşməninə sülh təklif etməsi də görünməmiş hadisədir. Lakin bütün bunların fonunda qarşı tərəfin Azərbaycanın bu humanist addımını qiymətləndirməməsi yalnız onun sülh tərəfdarı olmadığının, əmin-amanlığı, təhlükəsizliyi təhdid etdiyinin göstəricisidir.Azərbaycan yeganə ölkədir ki, qalib ölkə olsa da, düşməninə sülh təklif edir, regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına çalışır. Sülh müqaviləsi imzalanacaqsa bu yalnız Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında imzalanacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim sülh istədiyimiz ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.
Məlumdur ki, ölkəmiz 5 prinsipdən ibarət olan sülh paketini Ermənistana təqdim edib. Sülh müqaviləsi ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində reallaşmalıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 30 illik işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurda olan yaşayış məntəqələri demək olar ki, tamamilə dağıdılıb. Ağdam, Füzuli yerlə-yeksan edilib, xarabalığa çevrilib. Bu gün Azərbaycan işğaldan azad edilmiş əraziləri öz daxili vəsaiti hesabına yenidən qurur və bərpa edir.Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibəsində həm Qərbə, həm də beynəlxalq təşkilatlara ünvanlanan bir sıra mühüm mesajlar da yer alır. Belə ki, müsahibədə o da bildirilir ki, Azərbaycan, həmçinin Avropa İttifaqı ilə Ermənistanla sülh müqaviləsinin imzalanması barədə danışıqları davam etdirir. Şübhəsiz, Azərbaycan separatizmə qarşı Qərbin Ukraynaya olan dəstəyinin məhz Cənubi Qafqazda da reallaşmasını istəyir. Çünki bir tərəfdən Avropa İttifaqı, Qərb, eləcə də aparıcı dövlətlər Ukrayna məsələsində vahid mövqe nümayiş etdirdilər. Azərbaycan da uzun müddət torpaqları işğala məruz qalan ölkələrdən biri olub və burada hələ də separatizm meyilləri mövcuddur. Bu ölkələrin Qarabağ məsələsində də oxşar mövqe nümayiş etdirməsi çox vacib idi və indi də vacibdir.
Təbii ki, Azərbaycan Prezidenti bu məsələni bir daha diqqətə çatdırdı. Eyni zamanda, ölkə başçımız müsahibəsində açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq Konstitusiyamıza uyğun şəkildə ölkəmizdə yaşayan bütün xalqların istifadə etdiyi və faydalandığı hüquqlardan yararlana bilərlər. Əks halda, onlar ölkəni tərk etməlidirlər. Daha dəqiq desək, Qarabağda yaşayan ermənilərin iki yolu var. Təbii ki, Azərbaycan öz Konstitusiyası çərçivəsində bütün xalqların, vətəndaşların hüquqlarını qoruyur və buna təminat verir. Ona görə də bu məsələ bir daha Prezident İlham Əliyevin müsahibəsində xüsusilə qeyd olundu.
"QARABAĞDAKI ERMƏNİLƏR QONDARMA LİDERLƏRİNİN ARXASINCA GETMƏMƏLİDİRLƏR"
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində vurğulayıb ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər: "Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. “Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər".Prezident qeyd edib ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar: "Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm".
"QARABAĞDA YAŞAYAN ERMƏNİLƏR BİZİM VƏTƏNDAŞLARIMIZDIR VƏ ONLARIN TALEYİNİ, ONLARIN GƏLƏCƏK HƏYATINI BİZ HƏR HANSI BİR ÖLKƏ İLƏ MÜZAKİRƏ ETMƏK FİKRİNDƏ DEYİLİK, O CÜMLƏDƏN ERMƏNİSTANLA"
Prezident İlham Əliyev Qarabağdakı dinc erməni əhali haqqında da mövqeyini növbəti dəfə bildirib: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”Dövlətimizin başçısı müsahibəsində açıq şəkildə bəyan edib ki, Qarabağda yaşayan ermənilər üçün Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.”Bir sözlə, Prezident İlham Əliyev “Euronews”a verdiyi müsahibə son zamanlarda istər Ermənistan rəhbərliyi, istərsə də Qərb dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən qeyri-adekvat açıqlamalara tutarlı cavab olub. Dövlətimizin başçısı bu platformadan məharətlə yararlanaraq həm bu gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin Azərbaycanın nəzarəti altında fəaliyyətinə aydınlıq gətirib, həm də Qarabağda yaşayan ermənilərin blokadaya alınması ilə bağlı yalanları ifşa edib, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin, Azərbaycanın atdığı hər bir addımın bütün regionda, dünyada sülhün əldə olunmasına xidmət etdiyini bir daha bildirib.Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, Ermənistan rəhbərliyi indiyədək digər öhdəliklərinin icrasından yayınmağa çalışsa da, sonda onları yerinə yetirməyə məcbur olub. Bu həm də ona işarədir ki, Ermənistan bu öhdəliklərini də yerinə yetirməyə məcbur olacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər