PDF Oxu

Siyasət

  • 1 898

“Prezidentin Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Prezidentin Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi zamanı Qarabağ erməniləri ilə bağlı dedikləri diqqət çəkir. Prezident bildirir ki, Qarabağda yaşayan ermənilər başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm. Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqları bu gün Qarabağ ermənilərini ən çox narahat edən məsələlərdir. Rəsmi Bakı ermənilərin bu narahatlığını yaxşı bilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.Politoloq sözlərinə belə davam edib: “Ermənilər qeyd olunan məsələləri mədəni muxtariyyət və ya xüsusi bir status çərçivəsində onlara verilməsini istəsə də rəsmi Bakı bununla razılaşmır. Məsələ ondadır ki, ermənilərin xüsusi status kimi tələb etdiyi hüquqlar Azərbaycan konstitusiyası ilə ölkədə yaşayan bütün etnik azlıqlara verilir. Digər etnik azlıqlara verilən hüquqların ermənilərə xüsusi imtiyaz kimi verilməsi həm məntiqsizdir, həm də ölkədə yaşayan digər xalqlara ədalətsizlikdir.Prezidentin çıxışının diqqətçəkən digər məqam isə məlum açıqlamaların Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbərinin yayıldığı bir zamanda deməsidir. Düzdür, xəbər hələlik təsdiqini tapmasa da mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının maraqlarına uyğundur. Cənab Prezidentin qeyd etdiyi təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi məsələləri mümkündür ki, Yevlaxda və ya bu formatda digər şəhərlərin birində baş tutacaq görüşün əsas müzakirə mövzusu olacaq. Yəni Bakı üçün mədəni muxtariyyət və ya xüsusi imtiyaz kimi məsələlər müzakirə mövzusu deyil. Prezidentin dediyi məsələlərdə yalnız və yalnız Azərbaycan Konstitusiyasında göstərilən maddələr əsasında Qarabağ ermənilərinə təklif edilir.Cənab Prezident müsahibə zamanı Qarabağ ermənilərinin təmin ediləcəyi hüquqlar arasında bələdiyyə hüquqlarını da vurğulayıb. Bu olduqca mühüm detaldır. Ermənilərin bələdiyyə hüququ mövcud Azərbaycan reallıqları əsasında təmin ediləcək. Ermənilərin inteqrasiyası baş tutarsa, pilot layihə kimi ilk olaraq buna Xankəndi bələdiyyəsi ilə start verilə bilər. Təbii ki, bu, subyektiv yanaşmamdır və belə olmaya da bilər. Lakin mühüm olan Prezidentin bələdiyyə detalını vurğulamasıdır və bu heç də səbəbsiz deyil”.
Ayşən Vəli

Digər xəbərlər