Avqust ayının 10-u Biləsuvar şəhərində Vətən müharibəsinin şəhidi Astanlı İqbal İlqar oğlunun anadan olmasının 26-cı il dönümü münasibətilə ata yurdunda mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qəhrəman Şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin daima əziz tutulacaq, dövlətimiz hər zaman Şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.Daha sonra şəhər qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Biləsuvar şəhər qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Astanlı İqbal İlqaroğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif edilib. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri – şəhidin yaşadığı küçə İqbal İlqar oğlu Astanlının adınadır.
Allah rəhmət eləsin!