London İqtisad Universitetinin rəsmi saytında Qubad İbadoğlunun adı yoxdur
Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin maddi durumlarını “mühacir biznesi” ilə bir qədər də yaxınlaşdırmağa çalışdıqları faktdır. O da bəllidir ki, dəfələrlə dağıdıcı müxalifət partiya sədrləri müxtəlif şəxslərə 2500-3000 manata saxta partiya vəsiqələri satıblar. Sonradan İngiltərə, Fransa və Almaniyada bu kimi saxtakarlıqların üstü hüquq - mühafizə orqanları tərəfindən açılıb və “partiya üzv”ləri Azərbaycana deportasiya olunublar. Daha dəqiq desək, bir qədər əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elə o zaman xaricdə təhsil alan azərbaycanlı tələbələrdən biri saxta partiya vəsiqəsi ilə mühacir həyatı yaşamağa çalışmış, lakin həbs edilmiş insanların acınacaqlı həyatını belə şərh etmişdir: “Pul atdıqları insanları intihar həddinə çatdıran, sonra arsız-arsız durub həmin insanların düşdükləri vəziyyətə görə iqtidarı günahlandıran bu siyasi işbazlar indi artıq qanun qarşısında cavab verməyə hazırlaşırlar. Almaniya polisinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəbəkənin bir çox üzvləri saxlanılıb. İndi söz "biz saxta sənəd vermirik" deyən həmin partiya liderlərinindir. Əgər deməyə sözləri varsa”. Lakin Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və digərləri qeyri-qanuni əməllərinə görə ifşa olunsalar da, partiya üzvlərinə anormal hərəkətlərinə görə, izahat verməyiblər. Bununla da bir daha partiya üzvlərinə, ümumilikdə partiyanın nizamnaməsinə və əsasnaməsinə hörmətsizliklərini nümayiş etdiriblər. Bu azmış kimi utanıb çəkinmədən siyasətdə hörmət sahibi olduqlarını da iddia edirlər. Kimsə konkret cinayət əməlinə görə, həbs ediləndə erməni axçıları kimi bardaş qurub hay-küy salırlar. İddia edirlər ki, həbs olunan filankəs bilikli, savadılı şəxsdir. Hətta hay-küylərinə siyasi don geyindirib, bağırırlar ki, guya həbs edilən müxalifətçi dünyada tanınan elm adamı, professordur.
London İqtisad Universitetinin saytında Q.İbadoğlunun adı yoxdur
Səthi araşdırma aprarkən aydın olur ki, ətrafında müdafiə sipəri çəkməyə çalışdıqları şəxs həqiqətən də cinayət törətmiş insandır. Son günlər Qubad İbadoğlu ətrafında dağıdıcı müxalifətin əsassız və mənasız şou yaratması deyilənlərə misal ola bilər. Artıq istintaq orqanları tərəfindən sübuta yetirilməkdədir ki, professor kimi təqdim etməyə çalışdıqlar “məşhur iqtisadçı” əslində, saxta pul kəsən və yayan mütəşəkkil dəstənin fəallarındandır. Çox da onu tanınmış iqtisadçı, London universitetinin müəllimi kimi təqdim edirlər. Hələ bilmək olmaz Q.İbadoğlu həqiqətən də sözügedən universitetdə müəllim olaraq çalışır, ya yox. Çünki London İqtisad Universitetinin saytında Q.İbadoğlunun adına və soyadına rast gəlmədik. Bu isə əsaslı suallar yaradır, yalan informasiyanı yaymaq nəyə və kimə lazımdır. Nədən Q.İbadoğlu London İqtisad Universitetinin müəllimi olmadığı halda, özünü universitetin müəllimi kimi təqdim edir? Yəqin ki, Universitet məsələyə hüquqi prizmadan aydınlıq gətirəcək.Maraqlıdır ki, bəzi dağıdıcı müxalif ünsürlər Qubad İbadoğlu kimi özləri haqqında həqiqətdən uzaq olan məlumatlar yayırlar, elə Cəmil Həsənli kimi.
Cəmil Həsənli peşəkar yalançı statusu ala bilər
“Milli Şura”nın sədri Cəmil Həsənli hər fürsətdə yalandan uydurur ki, guya o İngiltərə Universitetində müəllim olaraq çalışır. Hətta bir qədər də dərinə gedərək uydurur ki, ona dünyanın bir neçə universitetindən dəvət gəlib, lakin o dəvətləri rədd edib. Yenə də sosial şəbəkələrə üz tutan “tarixçi” və “professor” yazır: “Mənim London Universitetinin Tarix Araşdırmaları İnstitutunda dəvətli tədqiqatçı kimi 2 illik səmərəli fəaliyyətimi nəzərə alaraq bu ilin iyul ayının ortalarında İnstitutun Elmi Şurası 2023/2024-cü dərs ilində mənə daha yüksək vəzifəyə - Baş Elmi İşçi vəzifəsinə təyin etmək barədə qərar verib”. Məsəl var deyərlər, yalançının yanında, elə özü kimi yalançı şahid olar. AXCP sədri Əli Kərimli əqidə dostunun yalanlarına şərik olub və onu özünün təbirincə müdafiə etməyə çalışıb: “Həqiqətən Milli Şuranın sədri, dünyaca məşhur tarixçi professor Cəmil Həsənlini ötən ay dünyanın iki tanınmış universiteti işə dəvət edib. Professor Cəmil Həsənli rəsmi dəvətlərə baxmayaraq, nə London Universitetinə, nə də Harvard Universitetinə işləməyə gedəcək. Bakıda qalıb Milli Şuranın sədri olaraq çalışacaq”.Bu yerdə deyiblər, filan adam elə yalanlar danışır ki, “bişmiş toyuğun gülməyi gəlir”. Dağıdıcı müxalifət məxluqları elə sözlər deyib, özlərini elə yekə-yekə təqdim etməyə çalışırlar ki, adamın matı-qutu quruyur. Düşünürsən ki, həqiqətən də bu məxluqlar ya özləri peşakar yalançılardır, ya da qarşısındakıları avam hesab edirlər. Lakin qanmırlar ki, cəmiyyət elə bir yüksək intellektə, bacarığa malikdir ki, nəyin yalan, nəyin düz olduğunu bilir. Bu baxımdan Cəmil Həsənlinin, Qubad İbadoğlunun yalanları özlərinin ifşası ilə nəticələnəcək. Daha doğrusu, onların adlarının universitetin rəsmi saytında olmaması dediklərinin yalandan başqa bir şey olmadığını göstərir. Bununla bir daha özlərini rüsvay və ifşa etmiş olurlar.
İ.ƏLİYEV