Tarixi reallıq ondan ibarətdir ki, bir millət dövlət rəhbərlərinin düzgün, ağıllı siyasət aparması ilə ucalır və inkişaf edir. Yanlış və səhv siyasətin aparılması nəinki dövlətlərin dağılmasına, eləcə də millətlərin varlığının təhlükə altında qalması ilə nəticələnir. Bununla bağlı çoxsaylı faktlar və sübutlar göstərmək olar və bu zaman bir daha aydın olar ki, bu gün dövlət quruluşundan məhrum olan xalqlar günahkar axtarışı aparan zaman, birinci növbədə, öz içərilərinə nəzər yetirməlidir. Çünki problem öz aralarındadır. Əminliklə demək olar ki, bu gün fars-molla rejiminin müasir dünyanın bir hissəsi ola bilməməsinin əsas günahkarı irticaçı rejimin bəşəri dəyərlərin tələb və istəklərinə zidd siyasət aparmasıdır. Bundan çıxış edərək qeyd etmək ola ki, terroru dövlət siyasətinə çevirən fars-molla rejimi dağılmağa məhkumdur. Öz xalqına fəlakət yaradan, minlərlə insanı zindanlarda çürüdən rejim mütləq və mütləq məhvə məhkumdur. Əminəm ki, gözlənilənlər reallaşacaq və molla rejimi tarixin zibilliyinə atılacaq. Bu zaman güneydə müstəqil Azərbaycan dövləti yaranacaq və təbii ki, paytaxtı tarixi şəhərimiz olan Təbriz olacaq. Bunu terrorçu xislətli molla rejimi də anlayır. Hər vəchlə güneylilərin müstəqilliyə gedən yolunu əngəlləməyə çalışır. Lakin istəklərinə nail ola bilməyəcəklər. Necə ki, Qarabağdakı separatçı ermənilərə hər cür silah-sursat, maliyyə yardımları göstərsələr də, sonda məğlubiyyətə uğradılar elə erməni qardaşları kimi. Azərbaycanın müzəffər ordusu ermənilərin və onlara hərbi siyasi dəstək verənlərin başlarını dəmir yumruqla əzməklə 30 il işğal altında olmuş torpaqlarımızı azad etdik. Bu gün Qarabağımız azaddır. İşğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, abadlıq, tikinti işləri həyat keçirilir. İnsanlar öz doğma yurd-yuvalarına qayıtmaqla o yerlərə yeni həyat bəxş edirlər. Fars-molla rejimi, Fransa və digər məkrli qüvvələr hələ də ermənilərə öz qardaşlıq, bacılıq yardımlarını göstərməyə cəhdlər göstərirlər. Hətta hakimiyyətlərin yuxarı eşalonunda təmsil olunanlar açıq şəkildə ermənilərə dəstək nümayiş etdirirlər.
Fars-molla rejimi çökməyə məhkumdur
Bugünlərdə fars-molla rejiminin baş mollası Xomneyi “Zəngəzur bizim qırmızı xəttimizdir” deyə cəfəng fikir irəli sürmüşdür. Digər əbalı və başı çalmalı mollalar da ermənilərin himayəçisi rolunda çıxış edirlər. Halbuki fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi Xomeneyidən qalma ideologiyaya görə (bu, həm də xomeneyizm ideologiyası adlanır), müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozublar. Bu gün də eyni dəstək siyasətlərini davam etdirirlər. Vəziyyət o həddə çatıb ki, molla rejimi jurnalistləri də özləri kimi erməni maraqlarına zəhərləyiblər. “Səhər” televiziyası sanki İrəvandan erməni tribunası olaraq yayımlanır. Fars- molla rejiminin əsas mətbu orqanlarından olan “İran diplomatiyası” saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub. Başdan ayağa erməni təəssübkeşliyi ruhunda yazılan məqalədə molla rejimi növbəti dəfə həddini aşaraq düşmənçiliyini ortaya qoyur. Məqalədə “Dağlıq Qarabağ Muxtar bölgəsi”, “Stepanakert”, “Qırmızı xətt” ifadələri işlədilib ki, bu da rejimin mahiyyətindən irəli gəlir. Fars-molla rejimini təşvişə salan və ciddi narahat edən əsas problemlərindən biri Laçın sərhəd keçid məntəqəsindən Qarabağdakı ermənilərə yüklərin daşınmamasıdır. Məlum faktdır ki, bir il öncə molla rejimi müxtəlif quruplarla 27 diversantı Xankəndinə göndərmişdir. İndi isə bu keçid tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarətindədir. Bu isə molla rejiminin və digər xarici terrorçu dəstələrin Xankəndinə qanunsuz yüklərin, o cümlədən də, silah-sursatın daşınmasını qeyri-mümkün edib. Məlumatlara görə, artıq molla rejiminin Xankəndidəki diversantları müxtəlif yollarla ərazidən qaçıblar. Təbii ki, əgər diversantlar Qarabağda qalsa idi, onlar ərazilərdə müxtəlif terror aktları törədə bilərdilər. Çünki həmin diversantlar, məhz terror aktları planlaşdırmaq üçün ermənilərə yardıma göndərilmişdilər. Araşdırma apararkən məlum olur ki, fars-molla rejiminin yaratdığı terrorçu mərkəzlərinin əksəriyyəti Azərbaycana qarşı yönəlib. Siyahıya nəzər yetirək: Fələstin və Livanda - Hizbullah. İraq-Muqtəda əlsədr qruplaşması, “1920 İnqilab Briqadaları”, İraq Milli İslami Müqavimət partiyası. “Tuqaylar”ın yolu, “Ceyşul İslam”, “Ceyşul Mücahidin”, “Şiə Bədr Briqadaları”, “Əhl Hak” qruplaşması ,”Muxtar Ordusu”, “Sarallah Tuqayları”, “Mehdi Ordusu”, Suriya – Bəşər əsəd rejimi və şiə qrupları, Yəmən-Husilər, Azərbaycan-İslam partiyası, Müsəlman birliyi hərəkatı, Birlik təşkilatı, Hüseyn aşiqləri qrupu, Qarabağ islami müqavimət təşkilatı. Məhz bu kimi terror təşkilatları ilə fars-molla rejimi dünyanın müxtəlif bölgələrində terror aktları həyata keçirir.
Hər il molla rejimi 100 milyard dollar terrorizmin maliyyələşməsinə vəsait ayırır
Rəsmi məlumata görə, molla rejimi hər il terrorizmin maliyyələşməsinə 100 milyardlarla dollar vəsait ayırır. Suriyada, Əfqanıstanda, İraqda, Nigerdə, Afrikada və digər yerlərdə tökülən qanlarda fars-molla rejiminin əli və rolu var. Öz xalqı acından qırılır, yoxsulluq və aclıq içində inildəyir, terrora 100 milyard dollar pul xərcləyir. Ölkədə insan hüququ və azalıqlarının müdafiəsindən söhbət gedə bilməz. Addımbaşı insanlar təqib olunur, döyülür, təhqir olunur, zindanlara atılaraq çürüdülür. Azərbaycanın Milli Məclisin deputatı Nəsib Məhəməliyev bu barədə deyir: “İran və insan hüquqları…tam antoqonist fikirlərdir. Hansı insan haqlarından danışmaq olar ki, 21-ci əsrdə insanları küçələrdə qaldırıcı kranlardan asır, fərqli düşüncələrinə görə edam edirlər. Özünü dini lider adlandıran şəxs meydanlarda etiraz səslərini qaldıranlara qarşı amansız davranmaları barədə hərbçilərə əmr verir, səkkiz, doqquz yaşlı qız uşaqlarının siğə yolu ilə ərə verilməsini İslam dininə uyğunluğunu bəyan edir. Bir-iki saatlıq siğə ilə fahişəliyi stimullaşdırır. Bütün bunlar İslam deyil, əksinə, İslam adına ləkədir. İranın təbliğ etdiyi “dinin” əsl İslam dininə, müqəddəs Qurani-Kərimə heç bir aidiyyəti yoxdur. Bunun kökündə duran əsas səbəb fars-molla rejiminin hələ də Sasanilər imperiyasının darmadağın edilməsi ilə barışa bilməməsidir. Quranın saxtalaşdırılmasından tutmuş, dinə aidiyyəti olmayan çoxsaylı adət-ənənələrin, nağılların uydurulması bununla əlaqədardır. İranın İslam statusundan məhrum edilməsi ilə bağlı hüquqi mexanizm yoxdur. Belə məsələlər hər bir ölkənin öz işidir. İran onsuz da, antiinsani, antibəşəri siyasətinə görə 1979-cu ildən bəri beynəlxalq sanksiyalar altındadır. Yaxşı olardı ki, İslam Əməkdaşlıq Təşkilatı Ərəb Liqası, Afrika Birliyi kimi beynəlxalq təşkilatlar da İranın əcaib rejimi ilə hər hansı əməkdaşlıqdan imtina etsinlər. Hər kəsə bəllidir ki, İranın əsas amalı İslam dininin parçalanması, İslam ölkələrində anarxiyanın, xaosun yaradılmasıdır. İranın Yəməndə, İraqda, Suriyada, Livanda və başqa ölkələrdə törətdiyi cinayətlər xüsusi amansızlıqlarla, vəhşiliklərlə müşayiət olunmuş, milyonlarla insanın faciəsi ilə nəticələnmişdir. Din pərdəsi altında, “bismillahir-rəhmanirrəhim” kəlməsi ilə belə ağır cinayətləri ancaq İblis edə bilər”.
Bir sözlə, fəlakət dünyanın qapısı qarşısındadır. Bir tərəfdə terrorçu fars-molla rejimi, digər tərəfdə isə vəhşi toplumdan ibarət olan Ermənistan. Bəşəriyyət dinclik tapmaq istəyir ki, birlik və bərabərlik nümayiş etdirərək, bu iki terrorçu rejimi məhv etməlidir. Əks halda, insan ölümləri, dağıntılar davam edəcək.
İ.ƏLİYEV