PDF Oxu

Siyasət

  • 1 963

Birgünlük səfər, yüzillik xidmət - TƏHLİL

Birgünlük səfər, yüzillik xidmət - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir"

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, orada görülən işlərlə tanışlığı, eyni zamanda həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması, o cümlədən, infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanması, xalqın milli-mənəvi dəyərlərinin qorunması, regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, regional inkişaf proqramlarının uğurlu icrası və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən amillərdir.Ən əsası isə, birgünlük səfər, əslində, yüz illər boyu bölgə əhalisinin rifahına və rahatlığına xidmət edəcək. Çünki bu səfər çərçivəsində rayonun inkişafı üçün çox mühüm açılışlar və təqdimatlar reallaşır.

Bir sözlə, son 20 il ərzində dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib. Elə bu günlərdə, yəni avqustun 7-də…..

PREZİDENT İLHAM ƏLİYEVİN QAZAX, ŞƏMKİR, SAMUX VƏ BƏRDƏ RAYONLARINA SƏFƏRİ AZƏRBAYCANIN MİLLİ PRİORİTETLƏRİNƏ DOĞRU DAHA BİR ADDIM HESAB OLUNMALIDIR

Göründüyü kimi, Prezident İlham Əliyevin ötən gün Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, orada görülən işlərlə tanışlığı, ilk növbədə, dövlət başçısının regionların inkişafına olan diqqətin əyani təzahürüdür. Xüsusən dövlət başçısının açılışını etdiyi infrastruktur layihələri və obyektlər regionların paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olması və bölgələrimizin milli gəlirdə payının artırılması baxımdan çox önəmli hadisədir.

İstənilən ölkədə davamlı inkişaf üçün möhkəm zəmin yalnız uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. Azərbaycanda, xüsusilə Vətən müharibəsindən sonra müşahidə olunan yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, bu çərçivədə sosial-iqtisadi və siyasi nailiyyətlər, çox böyük nemətimiz olan milli və multikultural dəyərlər, habelə sabitliyin möhkəmliyi ölkədə sağlam və tarazlı iqtisadi artıma nail olunduğunu göstərir. Bütün bunlar Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır, amma eyni zamanda hazırda müşahidə olunan qlobal iqtisadi təlatümlər çərçivəsində cari müsbət nəticələrin davamlılığının təmin olunması zərurətini ortaya çıxarır.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və şaxələndirilmiş tədbirlər, Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsi ölkənin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Həmçinin, onu da vurğulamaq lazımdır ki, dövlət başçısının məhz 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğunu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafını müəyyən edib. Dövlət başçısının söylədiyi kimi: "Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər".

Bəli, bunun üçün isə əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır və bu isə yalnız bölgələrin potensialı hesabına mümkündür. Eyni zamanda, regionlarda cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmlənməsi vacib şərtdir. Onu da vurğulamaq lazımdır ki, 44 günlük qələbəmizdən sonra həm işğaldan azad edilmiş ərazilərimizdə, həm də regionlarımızda böyük quruculuq və bərpa işləri aparılır. Elə avqustun 7-də dövlət başçısının Qazax, Şəmkir, Samux, Bərdə rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyevin bu səfərləri bir daha təsdiqləyir ki, hazırkı dövrdə əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olmaqla yanaşı, bütün bölgələrin tərəqqisi prioritetdir. Cənab İlham Əliyevin bu bölgələrdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin açılışı bir daha görülən işləri təsdiqidir. Bir sözlə…

BİRGÜNLÜK SƏFƏR, YÜZİLLİK XİDMƏT: DÖVLƏT BAŞÇISININ BÖLGƏLƏRƏ SƏFƏRİ ƏHALİNİN RİFAHINA XİDMƏT EDİR

Bəli, bir günlük səfər zamanı yeni uğurların təməlinin qoyulması və xidməti kimi dəyərləndirilməlidir. Qazax, Şəmkir, Samux və Bərdə rayonlarında rayonuna səfəri çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi, avtomobil yolları və mebel fabrikinin, Şəmkirdə məktəb-liseyin, Samuxda Mərkəzi Xəstəxana və uşaq musiqi məktəbinin yeni binalarının, Bərdədə Qarabağ Regional DOST Mərkəzi və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışlarını etməsi sübut edib ki, bizim üçün prinsipial məsələ olan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, digər regionlar da möhtərəm Prezidentin diqqət mərkəzindədir. Məqsəd isə çox aydındır - uğurlu iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsi ilbəil yaxşılaşmalı, insanların yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxış bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxtdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidirlər. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib. Birgünlük səfər, əslində, yüz illər boyu bölgə əhalisinin rifahına və rahatlığına xidmət edəcək. Çünki bu səfər çərçivəsində rayonun inkişafı üçün çox mühüm açılışlar və təqdimatlar reallaşdı.

Həyata keçirilən siyasətin əsas hədəflərindən biri vətəndaş məmnunluğunun artırılması, əhaliyə sosial xidmətin təkmilləşdirilməsidir. Azərbaycan yenilikçi ölkə olaraq bu layihləri uğurla həyata keçirməklə dünyanın diqqətini özünə çəkir. Azərbaycan brendi kimi dünyaya səs salan bu layihələr beynəlxalq səviyyədə təqdir edilir, öyrənilməsinin və tətbiqinin vacibliyi bildirilir. Qeyd edilən rayonların timsalında görülən işlərin miqyasının genişliyi fonunda bu fikri böyük inamla qeyd edirik ki, regionların inkişafı dövlət siyasətinin əsasında dayanır. Nəzərə alsaq ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.

Dövlət başçısı İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.

Bir sözlə, Qazax, Şəmkir, Samux və Bərdə rayonlarının timsalında bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Həmçinin bölgələrə səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.

Beləliklə, yuxarıda sadalananlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdəyə səfəri, orada görülən işlərlə tanışlığı regionların inkişafına olan diqqətin əyani təzahürüdür və Cənab Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsi kimi dəyərləndirilməlidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər