PDF Oxu

Siyasət

  • 2 352

“Azərbaycan-Rusiya münasibətləri bir çox sahələrdə perspektivlərə malikdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan-Rusiya münasibətləri bir çox sahələrdə perspektivlərə malikdir” - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident Rusiyanın Azərbaycana təyin olunan səfirini qəbul edərkən, Azərbaycanla Rusiya arasındakı münasibətlərlə bağlı vacib mesajlar verdi. Bütövlükdə nəzərə almaq lazımdır ki, Rusiya coğrafiyanın ən vacib ölkələrindən biridir və Azərbaycan Rusiya ilə münasibətlərə xüsusi önəm verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, verilən mesajlarda iki dövlət arasında ticari, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlığın daha da dərinləşdiyi bildirilib: “Burada səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərinin ruhunu özündə əks etdirir.Hesab edirəm ki, bu münasibətlər hazırda yaxşı vəziyyətdədir. Rəqəmlər və statistika da söyləməyə əsas verir ki, Azərbaycan-Rusiya münasibətləri bir çox sahələrdə perespektivlərə malikdir”.

Digər xəbərlər