PDF Oxu

Siyasət

  • 2 860

Əli Kərimli və Cəmil Həsənli özlərini rüsvay etdilər ANALİZ

Əli Kərimli və Cəmil Həsənli özlərini rüsvay etdilər ANALİZ

Yalanmı, gerçəkmi deyilənə görə insan ya kasıbçılıqdan dünyasını dəyişir, ya da toxluqdan haqq dünyasına qovuşur. Yüz faiz əminəm ki, Afrikada və Ermənistanda insanlar kasıbçılıqdan və ya məşəqqətli həyata dözməyərək ölürlər. Ancaq toxluqdan, xüsusilə də varın, dövlətin, pulun, paran olduğu halda dünyadan köç edəsən, bu, bir balaca anlaşılan deyil. Düzdür, deyilənlərə görə, qədərindən artıq qida qəbul etdiyindən dünyadan köçənlər olur. Görünür, bundan çıxış edərək, "Milli Şura"nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli sosial şəbəkələrdə iddia edib ki, "acından ölür". Birincisi, Gültəkin Hacıbəyli varlı, karlı məxluqlardandır. Yəni pulunu, parasını balta kəsməz. Deputat olduğu vaxtlarda, onu-bunu jantaj edib, özünə böyük varidat toplayıb. Bu səbəbdən də onu imkanlı insan kimi tanıyırlar. Mülklərinin ümumi siyahısı belədir:

Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;

Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;

Goradil kəndində 30 sot torpaq sahəsi;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;

Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 “A” ünvanında mənzil.

Jantaşçı müxalifətçi xanımın əldə etdiyi mal-mülk bu siyahı ilə bitmir. Araşdırmalar təsdiq edir ki, onun Türkiyə və Gürcüstanda da mal-mülkləri var. Bundan sonra onun deməsi ki, “acından ölürük” bir az saxtakarlıq, bir qədər də riyakarlıqdır. Ya da ki, bu məxluq daha çoxunu istəyir. Görünür, daha çoxuna nail olmaq üçündür ki, G.Hacıbəyli yazır ki, Qubad Ibadoğlunun saxta ABŞ dolları kəsdiyi bəlli olandan sonra onu təkrarən LSE -ə dəvət etdilər ki, gəlin bizə saxta pul hazırlamaq bacarığınızı öyrədin: “Qubad bəylə əməkdaşlıq edilsə, dollar və manat kəsməyin sirrini öyrənmək olar. Dollar çap edən adam üçün, manat kəsmək su içmək qədər asan olmalıdır axı”.

Dağıdıcı müxalifətin Soros fondunun Cənubi Qafqaz üzrə koordinatoru Ceymis Şifordən təlimat aldığı aşkarlanıb

Maraqlıdır ki, cəmiyyətdə işverən kimi tanınan, “Milli Şura” nın üzvü Tofiq Yaqublu da dolayısı ilə G.Hacıbəyli ilə həmrəy olduqlarını və dollar kəsmək üçün Q.İbadoğlunun təcrübəsindən bəhrələnməyin vacib olduğunu bildirib. Tam əminliklə demək olar ki, istər T.Yaqublunun, istərsə də G.Hacıbəylinin söylədikləri onların öz ağıllarının məhsulu deyil. Çünki onlarda ağıl olsa idi, kifayət qədər varı, dövlətləri olduğu halda, həyasızcasına “biz acından ölürük” deməzdilər. Deməli, bu cür dayaz düşüncənin sahibini kimsə yönəldir və ya ağıllarına deyil, ağızlarına gələni danışmağa məcbur edir? Kimdir ki, onlar? Təbii ki, Soros fondunun Cənubi Qafqaz üzrə koordinatoru Ceymis Şifor. Məlumdur ki, C.Şiforun AXCP sədri Əli Kərimli ilə virtual formada əlaqələri mövcuddur. Bu əlaqələrin isti olması səbəbindən Gürcüstandan AXCP - yə maliyyə vəsaitləri göndərilib. Xatırlayırsınızsa, dəfələrlə AXCP-nin sədr müavinləri qaçaqmalçılıq yolu ilə Azərbaycana Gürcüstandan valyuta keçirməyə cəhdlər göstəriblər. Qısası, fakt budur ki, T.Yaqublu və G.Hacıbəyli AXCP sədri Əli Kərimli vasitəsi ilə zəhərlənirlər. Bir növ Ə.Kərimli olub müxalifətin üz qarası. Dağıdıcı müxalifətin T.Yaqublu, G.Hacıbəyli, C.Həsənli kimi ünsürlərin islah olunmaları və sağlam cəmiyyətin normal vətəndaşlarına çevrilmələri üçün gərəkdir ki, ya Ə.Kərimli siyasətdən getməlidir, ya da xarici maraqlı dairələrin müxalifətlə əlaqələrinə son verilməlidir. Deyilənə görə, narkomanları həkim müayinəsi və müalicəsi sağalda bilməz, lazımdır ki, narkomanın sağalması üçün özündə iradə tapmalı, qətiyyət göstərməlidir. Əks halda qeyd etdiyim kimi iynə-dərmanla müalicə mənasızdır. Eləcə də T.Yaqublu, G.Hacıbəyli, C.Həsənli və digərləri cəmiyyətin normal vətəndaşları olmaq istəyirlərsə, mütləq özləri iradəli olmalı və kənar təsirlərə qarşı sərt müqavimət tədbirləri göstərməlidirlər. Əks halda, elə xəstə olaraq qalacaqlar.

İ.ƏLİYEV

Digər xəbərlər