“Rusiyanın Şimali Kiprdə konsulluq açması təbii ki, Türkiyə ilə Rusiya arasındakı strateji tərəfdaşlıqdan irəli gəlir. Qeyd edim ki, Rusiya prezidentinin Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində belə bir addım atması təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, hadisələr Avropa İttifaqı ilə Rusiya arasında gərginləşən münasibətlər fonunda həyata keçirilir: “Konsulluğun açılması, ölkənin müstəqilliyinin tanınması demək deyil. Hesab edirəm ki, Azərbaycan da Şimali Kiprin müstəqilliyini tanımalıdır.Qarabağla Şimali Kipri müqayisə etmək isə kökündən yanlışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, ərazimizdə hər hansı bir respublika yoxdur”.