PDF Oxu

Siyasət

  • 2 415

“Göyçə-Zəngəzur Respublikası”nın yaradılması Azərbaycanın dövlət siyasətinə ziddir - POLİTOLOQ DANIŞDI

“Göyçə-Zəngəzur Respublikası”nın yaradılması Azərbaycanın dövlət siyasətinə ziddir - POLİTOLOQ DANIŞDI

“Göyçə-Zəngəzur Respublikası”nı yaradan Rizvan Talıbov kriminal keçmişə sahib şəxsdir. O, heç bir siyasi təcrübəsi olmadan, ətrafına özü kimiləri toplayan şəxs kimi xarakterizə olunur. Eyni zamanda, Ermənistanla bağlılığı orada anadan olmasıdır, Qərbi azərbaycanlılarla heç bir əlaqəsi yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, bizim soydaşlarımız Ermənistandan, öz dədə-baba yurdlarından didərgin düşəndə, onlar Azərbaycan Dövlət Qaçqın Komitəsinin nəzdində fəalliyyətə başladılar: “Bu gün də Qərbi azərbaycanlıların cəmiyyəti yaradılıb və onlar öz doğma torpaqlarına qayıtmaq üçün siyasi müstəvidə mübarizə aparırlar. Ancaq “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması birbaşa Azərbaycanın dövlət siyasətinə zidd olan məsələdir. Buna görə də yarandığı gündən bəri daim tənqid olunublar və onların heç bir siyasi fəaliyyətləri nəzərə çarpmayıb. Gördükləri tək iş boş bəyanatlar yaymaq olub. Bu baxımdan da, onların haqqında araşdırmalara başlanıldı və qanun qarşısında cavab verəcəklər. Azərbaycan dövlətinin vahid siyasi planı var, biz ölkəmizin ərazilərini tam bərpa etmişik və bu ilin sonuna qədər də Ermənistanla sülh sazişi imzalanacaq. Təbii ki, beynəlxalq qanunlara uyğun olaraq da hər bir köçkün öz yurduna qayıtmaq hüququna sahibdir”.

Digər xəbərlər