Fransa prezidenti Emmanuel Makron hərbi çevriliş nəticəsində ölkəni faktiki olaraq itirdiyi üçün Nigerdəki liderliyi ABŞ-a vermək məcburiyyətində qalıb. "Səs" qəzeti xəbər verir ki, bu fikri politoloq, Fransa Siyasi Araşdırmalar İnstitutunun fəxri professoru Bertran Badi İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində deyib.
O, Afrikadakı ən yaxşı tərəfdarını faktiki olaraq itirdiyi üçün Nigerdəki hadisələri “dəhşətli dram” və Makron üçün təhqir adlandırıb. Badi hesab edir ki, Fransa “bütün müstəmləkəçilik tarixindən qurtula bilmir” və buna görə də regionda uduzur.
“Xülasə etmək lazım gəlsəydi, deyərdim ki, Fransa Afrika dövlətləri müstəqillik əldə etdikdən sonra dərs vermək və cəzalar yaymaq şirnikliyinə əsaslanaraq, məktəb müəllimi diplomatiyasını həyata keçirib” – professor deyir.
İyulun 27-nə keçən gecə Nigerdə üsyankar hərbçilər milli televiziya ilə prezident Məhəmməd Bazumun vəzifəsindən uzaqlaşdırıldığını və hakimiyyətin Vətənin Qurtuluşu Milli Şurasına verildiyini elan ediblər. Qərbi Afrika ölkələri icmasının nümayəndələri avqustun 4-də Nigerə müdaxilə hazırladıqlarını etiraf ediblər, lakin indiyədək heç bir əməliyyata başlamayıblar.