"Bildiyimiz kimi, Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Demokratiya uğrunda Dünya Hərəkatı (World Movement for Democracy Team) da Qubad bəyin müdafiəsinə qoşuldu. Onlar bu gün yaydıqları müraciətdə göstərirlər ki, korrupsiya ilə mübarizə üzrə tanınmış araşdırmaçı Azərbaycandan olan Qubad İbadoğlu hücuma məruz qalıb və hakimiyyət tərəfindən həbs edilib. Mən düşünürəm ki, Cəmil Həsənli özünü də belə bir aqibətin gözləməsini nəzərdə tutub və qorxuya düşüb". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.Onun sözlərinə görə, rəsmi istintaq orqanları ittiham irəli sürdü: "Bu insanı xaricə elə təqdim ediblər ki, o, saxta pul kəsir. Ona görə də bir sıra ziyalılar, xarici və ictimai təşkilatlar da elə bilirdilər ki, doğrudan da, Qubad İbadoğluna irəli sürülən ittiham saxta pul kəsməkdir. Amma orada birmənalı şəkildə yazılır ki, söhbət təkcə saxta pul kəsməkdən yox, onu əldə etməkdən və dövriyyəyə buraxmaqdan gedir. Rəsmi şəkildə onun evindən saxta pul tapılıb. Bir qədər gözləmək lazımdır ki, məlumatlar daha dəqiq araşdırılsın. Rəsmi qanunu gözləmək lazımdır. Hələ ki, mülahizələr səsləndirilir.Cəmil Həsənli vaxtilə deputat olduqda iqtidar yönümlülükdə dəridən-qabıqdan çıxırdı. İndi də iqtidara qarşı ləkələyici məlumat yaymaq üçün dəridən-qabıqdan çıxır. Ona görə də mən bunu birmənalı şəkildə pisləyirəm".Deputat sözlərinə belə davam edib: "Cəmil Həsənlinin bu canfəşanlığının məqsədi xaricdən maliyyələşmədir. O özü də dəfələrlə etiraf edib ki, Sorosdan maaş alıb. Deməli, sən haradan maaş alırsansa, ora qulluq edir, onları müdafiə edirsən, ay Cəmil?!Mən bütün hamını səbirli olmağa, rəsmi orqanların bəyantlarını izləməyə və buna uyğun da münasibət bildirməyi təklif edirəm".
Ayşən Vəli