PDF Oxu

Siyasət

  • 2 676

Azərbaycanın sosial siyasəti dövlətin niyyətini və gücünü göstərir - TƏHLİL

image

PREZİDET İLHAM ƏLİYEV: "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik"

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sosial siyasət Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyevin "güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah" konsepsiyası Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik".

"Əsl siyasət konkret, real iş görməkdir" – deyən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində hazırda, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm addımlar atılmaqdadır. "Bizim məqsədimiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil dövlət qurmaqdır" – ölkə başçısının bu sözləri aparılan siyasətin ana xəttidir.

Belə ki, cari ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən biri də məhz sosial sfera ilə bağlıdır. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sənəd respublikamızda son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.
Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.

Azərbaycanın sosial siyasətini fərqləndirən daha bir cəhətə diqqət yetirək. Biz ayrı-ayrı ölkələrin timsalında əhalinin bir sıra hallarda iqtisadi islahatlardan əziyyət çəkdiyinin şahidi oluruq. Azərbaycanın tətbiq etdiyi model isə ölkə vətəndaşlarını, ələlxüsus da həssas qruplardan olan aşağı gəlirli insanları iqtisadi islahatlar nəticəsində baş verən dəyişikliklərin mənfi təsirlərindən qoruyur. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: "İqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".

BİZİM SİYASƏTİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN XALQI DAYANIR, ONUN SOSİAL RİFAHININ GÜNDƏN-GÜNƏ YAXŞILAŞDIRILMASI DAYANIR

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizim siyasətin mərkəzində Azərbaycan xalqı dayanır, onun sosial rifahının gündən-günə yaxşılaşdırılması dayanır. Sosial islahatlar bütün dövrlərdə və bütün ölkələrdə ən çətin, ağır gedişli və daha çox məsuliyyət tələb edən islahatlardır. Belə ki, 2023-cü il "Heydər Əliyev İli"nin ilk ayından uğurla başlayan və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasətinin əsasını səbəb və nəticə amili, ölçülü-biçili, hesablanmış proqramlarla maliyyələşmə, regional idarəetmə, mükəmməl iqtisadi siyasəti və infrastrukturun modernləşdirilməsi faktorları təşkil edir. Sosial siyasətin Azərbaycan modelində sosial xidmətlərin əsas istehsalçısı kimi dövlət, xərclərin bölüşdürülməsində isə dövlət büdcəsi mühüm rol oynayır, səbəblər aradan qaldırılır, nəticədə problemlər azalır, deinstitutlaşma siyasəti qanunvericilik səviyyəsində ardıcıl həyata keçirilir, ölkədə əlil və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, veteranların, ahılların sosial şəraitinin yaxşılaşdırılması üçün onlara sistemli yardımlar, mənzillər, minik maşınları verilir, işsizliyin aradan qaldırılması üçün kiçik və orta sahibkarlıq inkişaf etdirilir, yoxsulluğun sıfıra endirilməsi istiqamətində daim iş aparılır, proqramlarla və regional idarəetməyə üstünlük verilir, messenatlıq və xeyriyyəçilik fəaliyyətinin genişləndirilməsi üçün müvafiq şərait yaradılır. Bu gün Azərbaycan vətəndaşı inamlı və sabahından arxayındır! O inanır ki, Azərbaycan dövləti hər an öz vətəndaşının arxasındadır. O inanır ki, Prezident İlham Əliyev hər an Azərbaycan vətəndaşının rifahının güclənməsi barədə düşünür və sosial müdafiə məsələsi daim onun diqqət və qayğısı altındadır.

Belə ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir ki, Azərbaycan davamlı inkişaf yolundadır.

ÖTƏN 6 AYDA DA ÖLKƏMİZİN SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ BİR DAHA GÖSTƏRİR Kİ, AZƏRBAYCAN ƏVVƏLKİ İLLƏRDƏ OLDUĞU KİMİ, ÖLKƏMİZDƏ YENƏ DƏ DAYANIQLI İNKİŞAF TƏMİN EDİLİB

Göründüyü kimi, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir ki, bu gün Azərbaycan davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Müşavirədə çıxış edən ölkə rəhbəri qeyd edib ki, qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib.

Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəmizi rekord həddə çatdırıb. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 2023-cü il iyunun 16-da "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb.

Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olması olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında, müsahibələrində sosial sahənin çoxşaxəli olduğunu qeyd edərək bildirir ki, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. Və Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar da sübut edir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sosial rifahını qorumaq üçün zəruri addımlarını davam etdirməkdə qərarlıdır.

İQTİSADİ MÜSTƏQİLLİK SİYASİ MÜSTƏQİLLİK ÜÇÜN ƏSASDIR

Göründüyü kimi, bütün bunlar Azərbaycanın böyük iqtisadi imkanlara malik olduğunu təsdiqləyir. Çünki iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Dövlət başçısı İlham Əliyev çıxışlarında da vurğuladığı kimi, bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir və Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır.

Bir sözlə, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasında olmaqla, müstəqil, güclü iqtisadiyyata və maliyyə resurslarına malik, özünü təmin edən və mövqeyini müdafiə etməyi bacaran ölkədir. Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi, hər bir sahədə zəngin təcrübəyə malik olmasının təsdiqidir.
Bax, budur müasir Azərbaycan həqiqətləri. Bütün bunlar əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Və yuxarıda deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi Azərbaycanın tarixi nailiyyətidir. Bu gün heç bir xarici dövlət, heç bir beynəlxalq təşkilat ölkəmizlə diktat dili ilə danışmır və danışa da bilməz. Məhz, son illər ərzində görülən işlər, açılan istehsal müəssisələri bir daha onu göstərir ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı inkişafı təmin edir, ən əsası dünyaya yeni iqtisadi modeli nümayiş etdirir. Dövlət başçımızın dediyi kimi: "Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər