Dağıdıcı müxalifət partiyalarının qərəzli və yanlış mövqe sərgilədikləri sosial şəbəkələrdə ağıllarına deyil, ağızlarına gələn statusları paylaşdıqları hər kəsə bəllidir. Onların statuslarını oxuyanda insanda elə təsəvvür yaranır ki, bu şəxslər siyasətdən uzaq olan fəaliyyətlərini, əsasən, “Fb fəalı” olmaq üzərində quran məxluqlardır. Bu baxımdan, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, şuranın üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri azərbaycanlı deyil, İrəvanda oturub, Azərbaycan dövləti və xalqı haqqında Koçaryan, Sarkisyan kimi sayıqlayan revanşistlərdir. Fikir verin, AXCP-dəki trolların rəhbəri İlham Hüseynlinin yerinə göz tikən T.Yaqublu iddia edir ki, “Laçın sərhəd keçid məntəqəsi açılmalı və Qarabağdakı ermənilərə humanitar yüklər göndərilməlidir”. Başqa bir sayıqlamasında isə deyir ki, “yaxşı olardı ki, Xankəndi ilə danışıqlar aparılsınr”. Bu fars-molla rejiminin bozbaş mollaları düşüncəsi ilə sayıqlayan məxluqa deyən lazımdır ki, Rusiyanın icazəsi olmadan hansısa ölkə Dağıstana və ya Tatarıstana yüklər göndərə bilərmi? Gürcüstanla razılaşdırmadan Almaniyanın, İngiltərənin Abxaziyaya yük göndərmələri mümkündürmi? Xankəndi, Ağdərə, Xocavənd və digər rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilər Azərbaycanın bütün dünyanın tanıdığı suveren torpaqlarıdır. Bu ərazlilərə hər hansı yüklərin daşınması Azərbaycan dövlətinin razılığı əsasında həyata keçirilə bilər. Ermənilərin və onların havadarlarının hay-küyləri isə boş qazanı danqıldatmaqdan başqa bir şey deyil. Bunu T.Yaqublu və onun əqidə dostları Koçaryan, Sarkisyan, Artunyan, Vardanyan və digərləri anlamalıdırlar. Əgər başa düşmürlərsə, dəmir yumruqla anlatmaq olar. T.Yaqublu kimiləri isə təkrar qeyri-qanuni hərəkətlərə yol verəcəyi təqdirdə, dəmir barmaqlıqlar arasına göndərməklə yenidən islah olunmasına cəhdlər göstəriləcək.
“Azadlıq radiosu” Tofiq Yaqublunu məyus etdi
T.Yaqublu paylaşımında həqiqəti yazan, reallıqdan çıxış edən jurnalistləri təhqir edir, onları yaltaq adlandırır: “Son günlər yaltaq Adamlar Parnikinə (YAP) tabe media quruluşları şərlənərək həbsə atılmış Qubad İbadoğluya və Milli Şuranın rəhbərliyinə daxil olan şəxslərə qarşı ciddi qarayaxma və şərləmə kampaniyası aparırlar. Onların yazdıqlarının nə qədər absurd və ədəbsiz olduğunu qeyd etməyə ehtiyac görmürəm, çünki onların hansı yuvanın quşları olduğunu yaxşı bilirsiniz. Bu ittihamların içində Cəmil Həsənliyə və Qubad İbadoğluya qarşı elə orijinal ittiham var ki, onların yanında “saxta pul kəsmək”, “narkotik satmaq”, “erməniyə işləmək” və s. adama xoş zarafat kimi gəlir. Adam məttəl qalır ki, o trol jurnalist “özlərini alim adlandıran Cəmil Həsənli və Qubad İbadoğlu” ifadələrini yazanda, nə əcəb kompüter tüstülənməyib”. Məsələyə özəl şərhimi verməzdən əvvəl qeyd edim ki, T.Yaqublu bütün statuslarında “Azadlıq radiosu”nun əməkdaşlarını “fədakar jurnalistlər”, “cəsur qələm əhli” adlandırırdı. Lakin bu yaxınlarda aydın oldu ki, radioda hərc-mərclik hökm sürür, addımbaşı jurnalistlərin haqları pozulur, hüquqları tapdalanır. Radionun əməkdaşları İslam Şıxəlinin, Rəvan Seyfullanın, Orxan Rüstəmzadənin, Arzu Əliyevanın, Ramin Dekonun və digərlərinin imzaladıqları bəyanatda idarəçilərə qarşı sərt ittihamlar irəli sürülür: “İşçilərə pis rəftar edilir, onlar təhdidə və qısnamaya məruz qoyulur. Etiraz edənlərə qarşı qisasçı mövqe sərgilənir, işdən uzaqlaşdırılır və ya elə bir vəziyyətə gətirilir ki, özləri çıxıb gedirlər: Ştatdan kənar çalışan əməkdaşların bir çoxu illərdir davam edən "maliyyə pozuntularında” oyuncağa çevrilib. Azadlıq Radiosunun Azərbaycan xidmətində qərarverici statusa malik insanlar, radionun onlara verdiyi səlahiyyətləri şəxsi maraqları naminə qisasçılıq, tabeliyindəki insanları mənəvi və psixoloji cəhətdən əzmək, maddi maraqları üçün istifadə etmək yolu tutublar”.
Q.İbadoğlunun ailəsi hüquq-mühafizə orqanlarının açıqlamasından razı qalıb
Radionun fəaliyyətindən narazı qalan jurnalistlər onu da qeyd edirlər ki, biz yazdıqlarımızda problemləri kifayət qədər açıq ortaya qoymuşuq, lakin RFE/RL bizim yazdıqlarımızın heç birinə tutarlı cavab verməyib: “Bu problemlərin həll edilməsi üçün hər hansı bir araşdırmaya başlamayıb. Biz, demokratiyanın təbliğini, azad medianı özünün missiyası elan edən RFE/RL-i haqqı tapdanan jurnalistlərin haqlarını dəstəkləməyə, şikayətlərini araşdrımağa çağırırıq. ABŞ konqresi - ABŞ xalqının vergiləri hesabına maliyyələşdirdiyi radioda pulların necə xərcləndiyini, şəffaflığı sorğulamağa çağırırıq. Biz, bir daha Azərbaycanda və dünyadankı insan haqları qurumlarından, azad sözü, medianı müdafiə edən təşkilatlardan bizim qaldırdığımız məsələlərə diqqət yetirmələrini, radionun içərisində qalıb hələ də hər an aşağılanmaq, təhqir olunmaq, işdən qovulmaq təhdidləri qarşısında olan jurnalist həmkarlarımızın müdafiəsi üçün əllərindən gələni etməyə çağırırıq”.Görən “Azadlıq radiosu”na, dolayısı ilə də ABŞ-ın qaranlıq dairələrinə xidmət edən T.Yaqublu radionun fəaliyyətindən və işçilərə qarşı olan qərəzli münasibətindən xəbərdardırmı? Başa düşürmü ki, xarici KİV-lərdə haqq, ədalət deyilən anlayış yoxdur? Onlarda bir prinsip var: Kim daha çox söysə, şər və böhtanlar səsləndirsə, o, müvəqqəti zaman üçün yaxşı jurnalistdir. Maraqlar ziddiyyət təşkil edəndə isə, arzuolunmaz şəxslərdir. T.Yaqublu bunu anlamırsa, deməli, qabiliyyəti yoxdur. Anlayıb, səsini çıxarmırsa, deməli, ağasından ehtiyat edir. O ki qaldı Qubad İbadoğlu haqqında dediklərinə, bu məsələyə də Azərbaycanın hüquq-mühafizə orqanları aydınlıq gətirib. Nəticədə, Q.İbadoğlunun ailəsi açıqlamadan razı qalıb. Bundan sonra T.Yaqublunun və digərlərinin hay-küy qaldırmaları ucuz siyasi divident qazanmağa cəhddən başqa bir şey deyil.
İ.ƏLİYEV