15 avqust 2023 - cü il tarixində Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının qərərgahında ərazi partiya təşkilatlarının gördüyü işlərin hesabat yığıncağı keçirildi.Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs etdi. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası , iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Sonra Ayaz Quliyev çıxışında Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra qarşıya qoyulan məsələlərdən, ideoloji işin aparılması vəziyyətindən, ərazi partiya təşkilatlarında partiya sıralarına qəbul və partiya üzvlərinin uçotunun dəqiqləşdirilməsindən söz açdı .Tədbirdə Yeni Azərbaycan Partiaysı Xızı rayon təşkilatının sabiq sədri Fərrux Haqverdiyev Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi xidmətlərdən söz açdı. Daha sonra Mədəniyyət müəssisələri və Tıxlı ərazi partiya təşkilatlarının sədrləri hesabat məruzəsi ilə çıxış etdi. Ümumilikdə ərazi partiya təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edildi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
Rəfiqə