PDF Oxu

Siyasət

  • 2 161

“Ermənistan revanşizm ideologiyasından əl çəkmir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan revanşizm ideologiyasından əl çəkmir“ - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Son dövrlər Azərbaycab-Ermənistan şərti sərhədində, eləcə də müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş rus sülhməramlılarının olduğu bölgədə aktivlik nümayiş olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu Ermənistan tərəfindən edilən cəhdlərin qarşısını alır: “Lakin sosial şəbəkələrdə yayılan görünütülərdə də çox ciddi surətdə sanki müharibəyə hazırlıq getdiyini görmək olur. Bu isə tamamilə qəbuledilməzdir.Digər tərəfdən, saxta blokada şousunu həyata keçirən qüvvələr regionda müharibə yaratmaq niyyətlərini də ifadə edirlər. Azərbaycan müharibənin tərəfdarı deyil. Sülh və danışıqlar yolu ilə bütün məsələlərin həlli bizim üçün prioritetdir. Lakin Ermənistan revanşizm ideologiyasından əl çəkmir, regionu yeni böhran vəziyyətinə daşımaq istəyir. Eyni zamanda, diplomatik sahədə hücumlar da yaradılır.Sabah BMT TŞ-də xüsusi dinləmələr keçiriləcək, iclas olacaq. Burada da ölkəmizə qarşı siyasi-hüquqi sahədə hər hansısa tədbirlər görmək niyyətləri var. Ümid edirəm ki, atılacaq bu addımlar da iflasa uğrayacaq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər