PDF Oxu

Siyasət

  • 3 672

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatda dinamikanın təzahürüdür - TƏHLİL

Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatda dinamikanın təzahürüdür - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi"

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin etmişdir. Yüksək beynəlxalq nüfuza malik iqtisadi-maliyyə qurumları Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Azərbaycan özünün iqtisadi siyasətini zamanın dəyişən tələblərinə və meydana çıxan yeni çağırışlara uyğun qurur. 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsini şərtləndirən amillər sırasında ölkəmizin güclü iqtisadi potensialı xüsusi yer tutur. Və respublikamız son 20 ildə məhz getdikcə artan iqtisadi-maliyyə imkanlarından bəhrələnməklə güclü ordu yaratmağa, Silahlı Qüvvələrimizi müasir döyüş texnikası ilə təchiz etməyə nail oldu. Güclü Ordumuz isə Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşməni kapitulyasiyaya uğratdı və ərazi bütövlüyümüzü tam təmin etdi. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə əldə edilmiş tərəqqinin göstəricisi kimi, qeyd etmək olar ki, ölkəmiz bölgənin strateji, siyasi və iqtisadi proseslərinin gedişinə təsir göstərir. Dövlətimizin maraqlara uyğun olaraq xarici siyasət prioritetlərinin təmin olunmasında vətənimizin siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından məharətlə istifadə edir.Xüsusilə də, bütün bu uğurlu nailiyyətlər, məhz Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasət sayəsində qeyri-neft sektoruna dəstəyin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edir, həyata keçirilən islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdırır. Məhz bu baxımdan…
QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI PRİORİTET İSTİQAMƏTLƏRİMİZDƏNDİR
Son illərdə ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi uğrunda sahələrarası tarazlığın yaradılması, təbii və maddi resurslardan səmərəli istifadə edilməsi aktual məsələ olaraq qalmaqdadır. Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fərmanları əsasında müxtəlif illər ərzində hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşısına qoymuşdur. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilmişdir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın inkişafında diversifikasiya (şaxələnmə) tələb edir. Bu baxımdan dövlətin qarşısında duran mühüm məsələlərdən biri diversifikasiya proseslərinin sürətləndirilməsidir. Ayrı-ayrı regionların inkişaf etdirilməsi də bu sahədə mühüm mövqedə dayanır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması hazırda dövlətin qarşısında duran mühüm vəzifələrdən biri sayılır. Həmçinin, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi qeyri-neft sektorunun inkişafını vacib edir. Beləliklə, bütün bu qeyd olunanlar nəzərə alınaraq dissertasiya işində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətləri və inkişafı məsələrinin öyrənilməsi, bu sahədə olan problemlər və onların həlli yolları araşdırılmış, qeyri-neft sektorunun inkişaf etdirilməsinin müasir vəziyyəti qiymətləndirilmişdir.
"QEYRİ-NEFT SEKTORUMUZ VƏ QEYRİ-NEFT SEKTORUNUN SƏNAYE SAHƏSİ KİFAYƏT QƏDƏR ARTIBDIR. QEYRİ-NEFT SƏNAYEMİZ 6,5 FAİZ ARTIBDIR VƏ QEYRİ-NEFT SEKTORU, ÜMUMİYYƏTLƏ, 3 FAİZDƏN ÇOX ARTIBDIR"
Belə ki, cari ilin iyul ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir sıra əhəmiyyətli məsələlərə toxunulub ki, onlardan biri də qeyri neft sektorundakı cari vəziyyətlə əlaqədardır. Bununla bağlı olaraq müşavirədə Prezident İlham Əliyev qeyd etmişdir: «Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.”Göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tətəfindən uğurla davam etdirilərək həyata keçirilən uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü- illər üzrə) böyük əhəmiyyət kəsb edir. Və ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunması prespektivləri uğurla inkişaf etməsinin şahidi oluruq.
QEYRİ-NEFT İQTİSADİYYATININ İNKİŞAFI VƏ SƏNAYELƏŞMƏ PREZİDENT İLHAM ƏLİYEVİN İQTİSADİYYATIN ŞAXƏLƏNDİRİLMƏSİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏNDİR
Bu gün Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, eləcə də iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı strategiyasının əsas məqsədi ölkənin neft amilindən asılılığını minimuma endirməkdir. Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ki, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirakı, məhz dövlət başçısının sənayeləşmə siyasətinə diqqətinin bariz göstəricisidir. Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi əhəmiyyət verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.Qeyd edək ki, ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı da yaradılıb. Bu günədək Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Bu Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 37 milyon manatlıq məhsul istehsal olunub.Bir sözlə, ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə müəssisələrdən biri də “Diamed Development Group” MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə fəaliyyətə başlayan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.Bir sözlə, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər davam etdirilməsi, yeniləşən və güclənən Azərbaycanı göstərir. Və Azərbaycan bundan sonra daha sürətlə inkişaf edəcək, bütün işğaldan azad olunan torpaqlar bərpa olunacaq və xalqımız daha yaxşı yaşayacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər