PDF Oxu

Siyasət

  • 5 750

Tofiq Yaqublu və Əli Kərimli trolluğu daha üstün peşə hesab edirlər ANALIZ

Tofiq Yaqublu və Əli Kərimli trolluğu daha üstün peşə hesab edirlər ANALIZ

Son günlər cinayəti demokratiya, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyə çalışan dağıdıcı müxalifətin sosial şəbəkə virusları şər kampaniyalarını bir qədər də təkmilləşdiriblər. Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və digərləri sosial şəbəkələrdə vurnuxan trollarını hakimiyyətə qarşı böhtanlarını genişləndirmək, xalqına və dövlətinə bağlı olan insanları təhqir etmək barədə xüsusi tapşırıqlar veriblər. Bu tapşırıqların icra vəziyyətinə nəzarəti isə AXCP-dəki trolların başçısı İlham Hüseynliyə və siyasi düşərgənin tüfeyli məxluqu T.Yaqubluya tapşırılıb. Söz yox ki, erməni daşnaklarının və fars-molla rejiminin ölkəmizə qarşı terror siyasətlərinin artdığı bir vaxtda dağıdıcı müxalifətin içimizdə qarışıqlıq yaratmağa çalışmaları onların xarici maraqlı dairələrdən xüsusi tapşırıqlar aldıqlarını göstərir. Ancaq bu parazitlər anlamırlar ki, “sirkə nə qədər tünd olsa, öz qabını çatladacaq”. Gec-tez xalqa düşmən münasibətlərinə görə elə xalq tərəfindən ciddi şəkildə cəzalanacaqlar. Çünki Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar cəzasız qala bilməz. Əks halda, ictimai qınaq sərt ola bilər. Necə ola bilər ki, T.Yaqublu ermənilərlə qardaşlığından uzun-uzadı nağıllar danışır. Cəmil Həsənli Laçın sərhəd-keçid məntəqəsindən humanitar yüklərin daşınmasına icazənin verilməsinin vacibliyini söyləyir. Gültəkin Hacıbəyli “türmədə aclıq aksiyası keçirən Aytac Əliyevaya azadlıq qisməti olmasın” deyə sayıqlayır. Əli Kərimli xalqımıza, bütün müsəlman- türk dünyasına qalibiyyət zəfəri bəxş etmiş ordumuza şər atır. Seymur Həzi, Fuad Qəhrəmanlı, İlham Hüseynli və digərləri sosial şəbəkələrdə dövlətçiliyimizə qarşı hər cür çirkin qarayaxama kampaniyasını aparırlar. O dərəcədə ağıllarını və başlarını itiriblər ki, küçə söyüşləri ilə çıxış etməkdən çəkinmirlər.

Qubad İbadoğludan alət kimi istifadə etməyə çalışırlar

Dağıdıcı müxalifətin ağılsız siyasi fəaliyyətləri sırasında diqqətçəkən məqamlarından bir də əllərinə düşən hər bir imkandan bəhrələməyə çalışmalarıdır. Daha çox da məlum cinayət əməllərinə görə, məsuliyyətə cəlb olunanlardan siyasi qazanc əldə etməyə cəhd etmələridir. Əli İnsanov həbs edilən kimi dağıdıcı müxalifət ortaya çıxıb, onun müdafiəsinə qalxdı. Az qaldılar ki, dünən haqqında hər cür ittiham irəli sürdükləri Ə.İnsanovu “qəhrəman” etsinlər. Müxtəlif vaxtlarda toplantılar keçirib, Ə.İnsanovun müdafiəsi ilə bağlı müzakirələr qurdular. Elə ki, Ə.İnsanov müxalifətdən imtina edib, hakimiyyətin mövqeyini müdafiə etdiyini bəyan etdi, oldu dağıdıcı müxalifətin düşməni. “Milli Şura” rəhbərliyi, AXCP funksionerləri onu satqınlıqda, xəyanətdə günahlandırdılar. İndi də eyni məzhəkəni Qubad İbadoğlunun ətrafında qurublar. Halbuki, dünənə qədər Ə.Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və digərləri Q.İbadoğlunu “istiqamətini müəyyənləşdirə bilməyən şəxs” adlandırıb, haqqında ittiham xarakterli məlumatlar tirajlayırdılar. İndi isə Q.İbadoğlunun həbsi maraqlarına cavab verdiyi üçün sözlərini və düşüncələrini dəyişiblər. Başlayıblar eyni ssenari üzrə Q.İbadoğlu haqqında təmtaraqlı sözlər söyləməyə. Sosial şəbəkələrdə vurnuxan trolların əksəriyyəti Q.İbadoğlu haqqında yazırlar. AXCP sədri Əli Kərimli boynundan bir neçə metr hündürlüyə tullanmağa cəhd edərək, yersiz-yersiz fikirlər səsləndirir. Deyir ki, “Qubad bəyi dərhal azad etmək lazımdır. İlk növbədə, təqsirkar olmadığı, ikincisi, xalqımız tələb etdiyi, üçüncüsü, bu həbslə əlaqədar ölkəmizin beynəlxalq aləmdə qınağa məruz qalmaması üçün”. Bu məxluqa başa salmaq lazımdır ki, istintaq başa çatmadan və məsələyə məhkəmə baxışı keçirilmədən, hərzə-hərzə danışmağa nə hacət. Digər tərəfdən də, artıq toplanmış sübutlar əsasında Daxili İşlər Nazirliyinin açıqladığı məlumat Q.İbadoğlunun cinayət törətdiyini təsdiqləyir. C.Həsənli isə iddia edir ki, Q.İbadoğlu xəstədir və Ombudsman ona baş çəkməməklə ədalətsizliyə yol verir. Lakin bu məxluq hələ də anlamır ki, Milli Preventiv Qrupun üzvləri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüblər. Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmələr həyata keçirilib. Bildirilib ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisədə saxlanma şəraiti, rəftar məsələlərinin monitorinqi və bir sıra təqsirləndirilən şəxslərin qəbul edilməsi olub. Başçəkmələr zamanı bir sıra şəxslərlə, o cümlədən, Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə konfidensial qaydada görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti öyrənilib, müraciətləri yerində araşdırılıb. Həmin şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub. Eyni zamanda, bir sıra şəxslərin Ombudsmana ünvanlanmış ərizələri qəbul edilib, bəzi müraciətləri yerində təmin olunub. Başçəkmələrin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.
Bir sözlə, müvafiq dövlət qurumları qanunvericiliyin tələblərinə uyğun olaraq şəxslərə münasibətdə ayrı-seçkiliyə yol vermir. Hər bir kəs hüquqi, sosial, tibbi yardımlar göstərilir. Bunu cinayət məsuliyyətinə cəlb edilən şəxslər, o cümlədən də, Qubad İbadoğlu bilir və vəkili vasitəsi ilə yaxınlarına çatdırır. Bundan sonra Ə.Kərimlinin, Tofiq Yaqublunun, Cəmil Həsənlinin və onların ətrafında olan trolların ağzıgöycəklik etmələri, sadəcə, onların buyruq qulları olmalarından irəli gətirilir. Belə demək mümkünsə, bədbəxtlər reallığı dərk etməkdə acizdirlər, çünki xaricdəki ağaları onları cəzalandıra və maddi-mənəvi dəstəkdən məhrum edə bilər.

İ.ƏLİYEV

Digər xəbərlər