16 avqust 2023-cü il tarixində BMTTəhlükəsizlikŞurasının Ermənistanıntəşəbbüsü ilə keçirilmişiclası zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı guya Azərbaycanın hərəkətləri nəticəsində hansısa humanitar vəziyyətin olması ilə bağlı iddiaları bir daha iflasa uğrayıb.İclas həmçinin Ermənistanın siyasətinin əsl mahiyyətinin Azərbaycana qarşıərazi iddiaları və onun daxili işlərinə qarışmaq olduğunu bir daha göstərib.Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının iclasında Ermənistanın hərəkətlərini öncədən planlaşdırılmış siyasi ikiüzlülüyün bariz nümunəsini bir daha sübut etdi.
Ermənistan 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam,dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan dövlətdir.BMT TŞ-nın iclasında Yaşar Əliyevin əsaslı və qərəzsiz olaraq bildirdiyi fikir Ermənistana tutarlı cavabdır;"Əgər Ermənistan həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir. Dağ serpantinləri ilə uzanan 59 km-lik Laçın-Xankəndi yolu ilə müqayisədə bu yolun Ağdamla Xankəndi arasında uzunluğu cəmi 18 km-dir.Bu gün Ağdama səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin rezident əlaqələndiricisinin ofisivə BMT-nin digər strukturlarının nümayəndələri yolun işləməsi və yüklərin daşınmasına hazırlığının şahidi olublar".Qarabağ bölgəsi Azərbaycanın əzəli və tarixi torpağı olduğu üçün orada yaşayan etnik ermənilər Azərbaycanın sakinləri hesab olunur. Ermənistan cəfəngiyat fikirlərini bütün dünyaya sıramaq istəyir, ancaq bilməlidirlər ki, artıq dünya dövlətləri onların aparmış olduğu ikiüzlü siyasətdən xəbərdardır.BMT TŞ-nın iclasından sonra bir daha əminliklə demək olar ki, belə müzakirələrə ehtiyac yoxdur. Problem BMT və digər qurumlarda deyil, Qarabağ ermənilərinin aid olduqları Azərbaycan dövlətinin şərtləri əsasında aparılmalıdır. Beləliklə, Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri boşuna oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin çıxışından sonra ümumiyyətlə kölgədə qaldı. İrəvanın baş diplomatı növbəti dəfə vətəninəəliboş qayıtmağa məcbur olacaq. Bu iclasdan sonra bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Qarabağ erməniləri anlamalıdılar ki, başqa yol yoxdur: danışıqlar aid olduqlarıölkənin - Azərbaycanın şərtləri əsasında aparılmalıdır.BMT TŞ-nin toplantısı Azərbaycan diplomatiyasıüçün növbəti uğurla,Ermənistan üçün isənövbəti məğlubiyyətlə nəticələndi.
Milli məclisin deputatı,
Rauf Əliyev