PREZİDENT İLHAM ƏLİYEV: "İndoneziya ilə münasibətlərin dostluq məcrasında inkişafında birgə səylər göstərəcəyik"
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik üvanlayıb.
Təbrik məktubunda deyilir: "İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Təbrik məktubunda o da vurğulanır ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
İndoneziya Prezidentinə və onun simasında dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı bu bayram günündə Coko Vidodoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.
AZƏRBAYCAN-İNDONEZİYA ARASINDA İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Artıq bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Artıq bu gün Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bu etibarın nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. O cümlədən, Azərbaycanla İndoneziya arasında münasibətlər ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra başlayıb. İndoneziya ölkəmizin müstəqilliyini tanıyan ölkələr sırasında altıncı olub. Belə ki, İndoneziya Respublikası 28 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb, 24 sentyabr 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr qurulub. 2 dekabr 2010-cu il tarixindən isə artıq İndoneziya dövləti Azərbaycanda öz səfirliyini açıb və səfirlik fəaliyyətini Bakıdan davam etdirməyə başlayıb.
İNDONEZİYA HƏR ZAMAN AZƏRBAYCANI DƏSTƏKLƏYƏN, ÖLKƏLƏRİMİZ ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNƏ XÜSUSİ ÖNƏM VERƏN ÖLKƏLƏRDƏNDİR
Zaman-zaman bəzi dövlətlərin 44 günlük Vətən müharibəsindən əvvəl mövcud olmuş, lakin indiyə qədər geridə qalmış Qarabağ münaqişəsinə ikilli standartlar səviyyəsində yanaşdığının şahidi olmuşuq. Lakin İndoneziya o ölkələrdəndir ki, Ermənistanın işğalçılıq siyasətini hər zaman pisləyib. Onu da vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi bizə dost və dost olmayan ölkələri üzə çıxardı. Bizim ədalətli mübarizəmizin yanında olan ölkələrdən biri də İndoneziya oldu. Belə ki istər İndoneziya XİN-i, istərsə də parlamenti səviyyəsində haqlı mübarizəmizə, suverenliyimizə, torpaq bütövlüyümüzə dəstək çağırışları oldu. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəldilmiş təcavüzü İndoneziya parlamenitinin “Milli Oyanış Partiyası” fraksiyası tərəfindən pislənib, qınanıb və Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən bəyanat verilib.
Bir sözlə, bu gün Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür. Avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 78-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Qeyd edək ki, İndoneziyanın müstəqilliyinin 78-ci ildönümünün mövzusu “İrəliləyən, inkişaf edən İndoneziya” olub. Bu, İndoneziya xalqının irəliləməsini və ölkənin inkişafını həyata keçirməkdə bir-biriləri ilə əməkdaşlıq ruhunu əks etdirir.
Bir sözlə, dövlət başçımızın söylədiyi kimi: "İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək".
RƏFİQƏ HÜSEYNOVA