Azərbaycan sosial, iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bununla yanaşı, ölkəmizin sabitlik adası olması dost ölkələri sevindirib, düşmənləri isə pərişan edir. Dünyanın bir sıra ölkələrində vətəndaş müharibələri, dövlətlərarası münaqişələr cərəyan etdiyi halda, ölkəmiz bu kimi münaqişələrdən, qarşıdurmalardan uzaqdır. Bu vəziyyət bir sıra məkrli ölkələri, xüsusilə də Fransa, Ermənistan, fars-molla rejimini ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycana qarşı məkrli və terrorizm siyasəti aparırlar. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasına çıxarılan, lakin uğursuzluqla nəticələnən müzakirələrin bir tərəfdən Ermənistan vasitəsi ilə Fransa gündəliyə çıxarmışdısa, digər yandan fars-molla rejimi və Avropanın bəzi ikili siyasət yürüdən dövlətləri dolayısı ilə məsələyə dəstək nümayiş etdirmişdirlər. Necə ola bilər ki, suveren, müstəqil Azərbaycanın icazəsi olmadan hansısa dövlət ölkəmizin ərazisinə yüklərin daşınmasını həyata keçirsin? İspaniya dövləti belə bir yüklərin Kataloniyaya və Barsoloniyaya daşınmasına icazə verə bilərmi? Yaxud Rusiyanın razılığı olmadan Dağıstan, Tatarıstana yüklərin daşınması mümkündürmi? Digər tərəfdən 30 ilə yaxın Azərbaycan torpaqları Ermənistanın işğalı altında inildədir. Niyə dünyanı idarə edən güc mərkəzləri Ermənistanın iqtisadi cəhətdən sanksiyalara məruz qalması üçün tədbirlər görmədi? Nədən Ermənistan cəzasız qaldı? Cavablar aydındır, həm də sadədir. Ermənistan xristian klubuna daxil olan dövlətlərdəndir. Səlibçilər yenidən peyda olmasa da, onun tör-töküntüləri dünyada sülhə və sabitliyə təhlükə yaratmaqda davam edirlər. Lakin nə planlaşdırmalarından asılı olmayaq, Azərbaycanın qanuni haqlarına müdaxilələr edə bilməyəcəklər. Azərbaycanın icazəsi və razılığı olmadan Laçın keçid məntəqəsindən humanitar yük adı altında, şounun həyata keçirilməsinə imkan verilməyəcək.
Fars-molla rejimi erməni qardaşlarının yanındadır
Torpaqlarımız işğal altında olduğu vaxtlarda özünü müsəlman adlandıran, hər fürsətdə başbilənləri dini təəssübkeşlikdən danışan fars-molla rejimi “qırmız xətt”, “ regional maraqlarımız” kimi terminlərdən istifadə etmədi. Elə ki, Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi, mollalar danışmağa başladılar. Hətta fars-molla rejimin baş mollası Xomneyni “Zəngəzur bizim qırmızı xəttimizdir” deyə bildirdi. Bununla kifayətlənməyi açıq şəkildə Ermənistana iqtisadi, hərbi, siyasi dəstək göstərildi. Nəhayətdə isə, Azərbaycana təhdid siyasətinin gücləndirilməsi üçün terror aktları təşkil olundu. İngiltərə, Fransa və nəhayət, Tehranda səfirliyimizə edilən xain hücumları ölkəmizin dünyada artan nüfuzuna, gücündən və qüdrətindən narahat olmalarından irəli gəlir. Sübuta yetirildi ki, Londonda səfirliyimizə təşkil oluna hücumun arxasında fars-molla rejimin qüvvələri dayanıb. Londondakı səfirliyimizə hücumdan dərhal sonra molla-rejimi hücumda iştiraklarını ört-basdır etməyə cəhdlər göstərdilər. Lakin hücum edən terrorçuların fikirləri ilə Tehrandan gələn bəyanatlarla üst-üstə düşürdü. Fransa və İngiltərə ssenarisinin bir o qədər işə yaramadığını anlayan, terrorçu qruplar nəhayət, məkrli terror əməllərini Tehranda həyata keçirdilər. 2023-cü ilin yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində bir nəfər səfirlik əməkdaşı şəhid edildi, iki nəfər isə ağır yaralandı. Bu günə qədər də molla rejimi səfirliyə edilən xain hücuma düz-əməlli izahat verməyib, həm də dövlət səviyyəsində üzr istənilməyib. Bu yaxınlarda Qoşulmama Hərəkatının Bakıda keçirilən növbəti sammitində fars - molla rejiminin xarici işlər naziri səfirliyimiz edilən xain terror aktı ilə bağlı aparılan istintaq araşdımalarını Azərbaycan tərəfini məlumatlandıracaqlarını bildirmişdir. Ancaq verilən söz vədindən uzun vaxt keçməsinə baxmayaraq fars- molla rejimindən məsələ ilə bağlı səs -soraq yoxdur.
Fars- molla rejimi dünya üçün təhlükələr yaradır
Hər zaman fars-molla rejimi terror aktlarını gizli şəkildə həyata keçirib. İnsan ölümlərini, dağıntılarını hiyləgərliklə həyata keçirib. Bu baxımdan, Tehranda Azərbaycan səfirliyinə edilən xain hücumun dövlət səviyyəsində təşkil edildiyini etiraf etməsi inandırıcı deyil. Əgər etiraf etsə, bu, molla rejimi prinsiplərinə zidd hərəkət etmiş olar. Molla rejimi bütün insanlıq və bəşəri dəyərlərdən uzaq olan bir rejimdir. Belə rejimlər sivil, demokratik dünya üçün təhlükə mənbəyidir. Belə təhlükəli terrorçu dövlətin zərərsizləşdirilməsi dünyanın rahat nəfəs alması demək olar. Molla rejimi öz xalqına, xüsusilə də, güneyli soydaşlarımıza qarşı amansızlıq göstərir. 22 yaşlı Məhsa Əmininin amansızlıqla öldürülməsindən sonra başlanmış etirazların yatırılmasında ən vəhşi, qəddar üsullardan istifadə edilir. Nəticədə, 1200 -ə yaxın insan öldürülüb ki, onların da yarıdan çoxu azərbaycanlılardır. 73 uşaq qətliamın qurbanı olub, 25 min insan gecələr evlərindən oğurlanaraq zindanlara atılıblar. Bu vəhşilik Xoy şəhərində baş verən zəlzələdən əziyyət çəkən azərbaycanlılara qarşı etinasız münasibətlə davam etməkdədir. Onlarla insan zəlzələnin qurbanı olub, minlərlə ailə evsiz-eşiksiz qalıb. Azərbaycan, Türkiyə və Pakistan, Xoy şəhərində zəlzələdən əziyyət çəkən insanlara humanitar yardım təklif etsələr də, əmmaməli mollalar yardımdan imtina etdilər. Molla rejimi Azərbaycan dövlətinin tarixi torpaqlarında yaşayan soydaşlarımızın basqı altında qalmasında maraqlıdır. Çünki qorxur ki, günün birində azadlıq mübarizəsi daha mütəşəkkil xarakter alar və xalq ayağa qalxaraq rejimi məhv edər. Sonrakı mərhələdə Cənubi Azərbaycan Cümhuriyyəti yaranar. Təbii ki, təhdidlərə, zülm və qətliamlara baxmayaq fars-molla rejiminin çökməsi uzaqda deyil. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda Təbrizdə, Tehranda və digər tarixi torpaqlarımızda Azərbaycan dövləti yaradılacaq, o yerlərdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaq.
İ.ƏLİYEV