PDF Oxu

Siyasət

  • 2 954

“BMT bu cür addımlar ilə öz ciddiliyini itirir” - DEPUTAT DANIŞDI

“BMT bu cür addımlar ilə öz ciddiliyini itirir” - DEPUTAT DANIŞDI

“Avqust ayının 11-də Ermənistan BMT TŞ-nin fövqalədə iclasının çağırılmasını istəmişdi və avqust ayının 16-da iclas baş tutdu. Bu məqamın özü bir sıra suallar doğurur. Çünki BMT Ermənistanın əsassız istəyini qısa müddət ərzində həyata keçirir. Bu isə BMT-nin Ermənistanın manipulyasiyalarının bir alətinə çevrildiyini göstərir. BMT həm də bir təşkilat kimi bu cür addımlar ilə öz ciddiliyini itirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycan əraziləri işğal edilən zaman BMT TŞ 4 qətnamə qəbul etdi: “Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu. Amma bu qətnamələr kağız üzərində qaldı. 2020-ci ildə isə Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdə BMT TŞ Azərbaycanın Ermənistana qarşı aqresiyya göstərdiyini iddia etməyə başladı. Bu istiqamətdə müzakirələr təşkil edildi. Bu da bir daha nümayiş etdirir ki, BMT müstəqil fəaliyyət göstərən bir təşkilat deyil, ayrı-ayrı siyasi dairələrin ambisiyalarına xidmət edir.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan BMT TŞ-da müzakirələrin təşkilinə nail olmaqla Azərbaycana qarşı gələcək qərəzli siyasi mövqelərin elementlərini formalaşdırmağa çalışırdı. Amma əksi baş verdi. Azərbaycan tərəfi BMT TŞ-nin iclasını həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün istifadə etdi. Baş tutan müzakirələr nəticəsində Azərbaycana qarşı heç bir sənəd qəbul olunmadı”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər