PDF Oxu

Siyasət

  • 1 952

BMT TŞ-nın iclasında Azərbaycanın diplomatik qələbəsi ŞƏRH

BMT TŞ-nın iclasında Azərbaycanın diplomatik qələbəsi ŞƏRH

16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə iclas keçirildi. Bu iclasda Ermənistanın iddiaları ifşa edildi. Ermənistanın əsas məqsədi Azərbaycana qarşı ərazi iddiaları və onun daxili işlərinə qarışmaq, humanitar məsələdə ittiham etmək oldu. Halbuki, Azərbaycanın torpaqlarını işğal edərək 30 il ərzində işğal altında saxlayaraq azərbaycanlıları öz torpaqlarına, öz evlərinə qayıtmağa imkan verməyən Ermənistan olub. “2020-ci il müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən köçmüş ermənilərin müharibədən dərhal sonra təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan yaratmış və hazırda onların reinteqrasiyasına çalışan Azərbaycan tərəfi öz Konstitusiyasının və insan hüquqlarının aliliyini təmin edir və bölgədə davamlı sülhün əsaslarını möhkəmləndirir”. Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür və humanitar məsələləri siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Təbii ki, buda açıq-aydın görünür və Ermənistan özü çağırdığı növbədənkənar iclasda özünü ifşa etdi.

Guya Qarabağda ermənilərin yaşadığı ərazi ilə Ermənistanı birləşdirən Laçın-Xankəndi yolu “bağlanıb” və “humanitar böhran” yaranıb. İclasın keçirilmə məqsədi hesabına bir çox məqamlara aydınlıq gətirildi. Ermənistan bu illər ərzində Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb. Azərbaycan dövləti ikili standartlara əsaslanan siyasətə son qoyulmasını çağırış edir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Hələ 2021-ci ildə keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində dövlət başçısı cənab İlham Əliyev öz çıxışında demişdi: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir”. Azərbaycanda hec zaman monoetniklik və etnik ayrı-seçkilik olmayıb. Bu siyasəti aparan həmişə Ermənistan olub. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətandaşlar kimi siyasətini həyata keçirir. Bu öz əksini konstitusiyada göstərir və bütün hüquq və azadlıqlara zəmanət verir. Azərbaycan növbəti dəfə öz diplomatik gücünü göstərdi. Azərbaycan regionda sülh və sabitliyini həm sözdə həm də əməldə tutur.Əsas məqsəd ərazi bütövlüyünün tanınmasıdır. Həm Vətən müharibəsində həm də diplomatik masada qalib Prezident İlham Əliyevin olduğu Azərbaycandır.

Qarabağ Azərbaycandır!

Şəhla Xəlilova

YAP Yasamal rayonu AMEA Fizika İnstitutu üzrə

ərazı partiya təşkilatının sədri

Digər xəbərlər