PDF Oxu

Siyasət

  • 2 922

Ermənistan diplomatiyasının darmadağın olmasına dünya şahid oldu ŞƏRH

Ermənistan diplomatiyasının darmadağın olmasına dünya şahid oldu ŞƏRH

Ənənəvi düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu dayandırmaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə nail olmuş bir sıra dövlətlərin sıralarına daxil olmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Avropa və Asiya, Rusiya ilə Yaxın və Orta Şərq ölkələri arasında həyat əhəmiyyətli körpü funksiyasını daşıyan Azərbaycanın müstəqilliyi və tədricən güclənməsi, bəzi qüvvələr tərəfindən həzm olunmayaraq, qəbul edilmir. Müasir Azərbaycan dünya miqyasda, qlobal beynəlxalq qüvvələrin maraqlarının kəsişdiyi ən qaynar nöqtələrdən birinə çevrilib. Ciddi siyasi iradəyə və zəngin təbii sərvətlərə malik müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi və mənəvi təzyiqlər dayanmır və bu gündə davam etməkdədir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində, dövlətimiz müxtəlif miqyaslı neqativ xarici təsirlərə və təyziqlərə layiqli cavab verərək, xalqımızın və ölkəmizin haqlı mövqeyini beynalxalq normaları və konvensiyaları rəhbər tutaraq, qəti şəkildə qoruyur və dünya ictimayyətinə çatdırır. Azərbaycan diplomatiyasının növbəti uğuruna və Ermənistan diplomatiyasının, o cümlədən onun havadarlarının darmadağın olmasına bütün dünya şahid oldu. Bu mühüm hadisə 16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) növbədənkənar iclasında baş verdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin görüşdəki parlaq çıxışı opponentlər üçün heç bir şans saxlamadı, əksinə əsassız olaraq Azərbaycana qarşı çıxan bəzi nümayyəndələrdən ibarət diplomatik koalisiyanı konkret arqumentlərlə siyasi hipnoza düçar etdi.

Son illərdə, Ermənistanın Laçın yolundan istifadə ilə bağlı sui-istifadələri Azərbaycan tərəfindən sərhəddə təhlükəsizliyin və asayişin təmin edilməsi məqsədilə, sərhəd-keçid məntəqəsinin yaradılması üçün haqlı və qanuni tədbirlər görməsinə səbəb olub. Ermənistanın bu addımı “blokada” kimi təqdim etməyə cəhd göstərməsinə və sözügedən SKM-nin ləğvi tələbi ilə, Beynəlxalq Məhkəməyə müraciət etməsinə baxmayaraq, iyulun 6-da qəbul etdilən qərar bu tələbi rədd edib. Bundan nəticə çıxartmayan mənfur qonşu, çirkin siyasətini davam etdirməyə davam edir.

Avqustun 11-də Ermənistan qondarma iddia ilə, BMT Təhlükəsizlik Şurasına guya “Qarabağın mülki əhalisinin məcburi şəkildə tam blokadaya alınması və humanitar vəziyyətin pisləşməsi” ilə əlaqədar növbədənkənar iclasın çağırılması xahişi ilə müraciət edib. Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının TŞ-ı, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı humanitar vəziyyətlə bağlı Ermənistanın müraciətinə baxıb. İclasda Təhlükəsizlik Şurasının 10 müvəqqəti və 5 daimi üzvü, Ermənistan, Azərbaycan, Türkiyə və Aİ nümayəndələrinin mövqeləri eşidildi.

Ermənistanın Laçın yolunda yaranmış qondarma “vəziyyət”lə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsinin arxasında rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi və Ermənistanın növbəti avantürası dayanır, o cümlədən “yalnız ermənilərin” dünya ictimaiyyətini özünə cəlb etmək və Azərbaycana qarşı qızışdırma cəhdlərindən xəbər verir. Hər zaman köməyə və müdafiəyə ehtiyacı olan “yazıq qurban” obrazında ermənilərin klassik davranış modeli, yumşaq desək, özünü çoxdan tükəndirib. Ermənisan keçmiş tarixi səhvlərin məsuliyyətini müstəqil şəkildə öz üzərlərinə götürmək, qonşularla mehriban münasibətlər qurmaq, Azərbaycanla sülh yolunda konstruktiv dialoq aparmaq əvəzinə, absurd dezinformasiyalar yaymaqla, ciddi dövlət və təşkilatları özlərinin “süni yalan dünyasına” cəlb etməklə məşğuldurlar, bununla da dünyada onsuz da gərgin olan vəziyyəti daha gərginləşdirir.

Bəzi ölkələri çıxmaq şərti ilə BMT TŞ üzvlərinin bəyanatlarına və bütövlükdə iclasın gedişinə diqqət yetirilsə, Ermənistan nümayəndəsi Ararat Mirzoyanın iyrənc şəkildə təhrif olunmuş bəyanatı ilə, şablon xarakterli komanda işini müşahidə etmək olar. Fransanın BMT-dəki Daimi Nümayəndəliyində aşağı rütbəli diplomat olan Natali Brodherstin çıxışı o qədər də təəccüb doğurmadı. Gözlənildiyi kimi, Parisin birmənalı dəstəyi “Qarabağ ermənilərinin blokadasını, eləcə də aclıq və soyqırım təhlükəsini” Ermənistanın vahid və razılaşdırılmış mövqeyi kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışan Ermənistanın üstüörtülü siyasi spekulyasiyalarına inandırıcı gəlmədi. Əksinə, Fransa və bəzi digər nümayəndələrin simasında dezinformasiyaların yayılmasına dəstək verən koalisiyaya əks təsirlə üzləşdi.

Ölkəmizi təmsil edən diplomat Yaşar Əliyev çıxışında, İrəvanın Qarabağda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmaq və onu çaşdırmaq üçün apardığı kampaniya və bu məsələdə Azərbaycanın mövqeyi barədə məlumat verib. Azərbaycan diplomatı Ermənistanın regionda “blokada və humanitar böhranla bağlı” əsassız iddialarını qəti şəkildə rədd edərək bildirib ki, bu yolla İrəvan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə çalışır və buna dair real faktları açıq şəkildə dünya ictimayyətinə çatdırıb. Bundan əlavə, BMT TŞ-nın 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə və TŞ sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə bağlı bir sıra bəyanatlarına məhəl qoymur. Bu o deməkdir ki, Ermənistanın hüquqi və mənəvi baxımından danışmağa ixtiyarı yoxdur.

Azərbaycan diplomatının son dərəcə əsaslandırılmış və obyektiv çıxışını türkiyəli həmkarı Sədat Önal da dəstəkləyərək bildirib ki, “Türkiyə regionda sabitlik və təhlükəsizliyə bilavasitə maraqlı olan, eləcə də təşəbbüslərin fəal iştirakçısı olan ölkə kimi bu məsələdən ciddi narahatdır. Ermənistanın beynəlxalq platformalardan siyasi motivli, o cümlədən Laçın yolu mövzusu ilə bağlı iddialar səsləndirmək cəhdləri”.

Qardaş Türkiyədən əlavə, Albaniya və Braziliya nümayəndələri Azərbaycanın mövqeyini dinləməyə çağırıb, BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar ki, bu da İrəvana birmənalı təklifdir ki, Ermənilərin həqiqətən də “humanitar ehtiyacları” varsa, bu variantdan istifadə etsin.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski xüsusilə Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırıb və qeyd edib ki, Rusiya tərəfi gərginliyin azaldılması üçün real kompromis həll yolları təklif edib. Rusiya nümayəndəsinin bu məsələnin əlavə xarici təsirlərsiz, yalnız Azərbaycan və Ermənistanın öz aralarında həll etməli olduğuna dair bəyanatını vurğulamaq yerinə düşər.

Birləşmiş Ştatlar hətta humanitar yüklərin çatdırılması üçün əlavə marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edib, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəni nəzərdə tutur. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild tibbi yardıma ehtiyacı olan 700-dən çox insanın Laçın yolu ilə köçürüldüyünü təsdiqləyib.

Ümumilikdə Ermənistanın dünya dövlətləri ilə münasibətlərin qurulması baxımından tarixi inkişafını nəzərə alsaq, ermənilərin özbaşına belə bəyanatlara gəlməsinə ciddi şübhələr var, o cümlədən Qarabağ münaqişəsinin həllində Türkiyənin və Rusiyanın rolunu və növbəti dəfə Qafqazda ermənilərin xilas edilməsini şübhə altına alır. Digər tərəfdən, Ermənistan tərəfinin çıxışında Laçın yolunda Rusiya sülhməramlı kontingentinə və ümumiyyətlə Rusiyanın bu məsələyə yanaşmasına, əlavə olaraq 9 noyabr bəyanatında inamsızlıq göstərək, islahatlar aparmaq istəyinə müşahidə oluna bilərdi. BMT TŞ-nın bütün üzvləri bu məsələ ilə bağlı öz mövqelərini bildirsələr də, nəticə onu göstərdi ki, haqq bizim tərəfimizdədir, Ermənistanın israrlı olduğu xüsusi qətnamə qəbul olunmadı. Nəticədə qətnamə layihəsi müzakirələrə daxil edilmədi, bu isə o deməkdir ki, İrəvan TŞ-nın daimi üzvlərinin ümumi mövqeyini əks etdirəcək mətn üzərində razılığa gələ bilməyib və yekunda Ermənistanın növbəti diplomatik təxribatı dünya səviyyəsində neytrallaşdı.Qeyd olunan faktları nəzərə alaraq, Ermənistan tərəfi nəhayət anlamalıdır ki, regionda sülhün və sabitliyin təmin olunmasının yolu BMT TŞ-da əsassız iddialarla məsələ qaldırmaq deyil, qonşu dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət göstərmək, sülhün bərqərar olması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlar aparmaqla, münasibətlər qurmaqdır.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər